Məhkəmə qərarları › İş №2(037)-515/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-515/2023

28.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-515/2023 28.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evlərində və həyətyanı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işə 28 iyul 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 34 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evlərində və həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi, paylara uyğun naturada bölünməsi və paylarına uyğun mülkiyyət hüquqlarının qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı Niqra Zülfüqarovanın nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək fərdi yaşayış evinin texniki pasportunda A kimi qeyd edilmiş yaşayış evi və onun yerləşdiyi 0,07 hektar həyətyanı torpaq sahəsi naturada bölünərək iddiaçılara, fərdi yaşayış evinin texniki pasportunda B kimi qeyd edilmiş yaşayış evi və onun yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi naturada bölünərək cavabdehlərə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Niqra Zülfüqarova məhkəmə iclasına gəlməmiş, nümayəndəsi işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçılar Niqra Zülfüqarova, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdiki,onlar və cavabdehlər bir ailənin üzvü olaraq yaşadıqları həyətyanı torpaq sahəsi 0,12 hektar olmaqla Cavabdeh6 oglu xaric 11 nəfərin ümumi birgə mülkiyyətindədir. 0,12 hektar həyətyanı torpaq sahəsində A və B olmaqla iki yaşayış evi yerləşir və həmin ümumi birgə mülkiyyətdə olan evlərin 9/12 hissəsi X3, 1/12 hissəsi ona, 1/12 hissəsi Cavabdeh2 və 1/12 hissəsi Cavabdeh6 məxsusdur. Cavabdeh6 oglunun özünə məxsus İsmayıllı şəhərində ayrı yerdə evi var və ailəsi ilə birlikdə öz evində yaşayır. Qeyd olunan torpaq sahəsində yerləşən A fərdi yaşayış evini o, öz vəsaiti ilə tikmiş və hal-hazırda həmin evdə öz ailəsi ilə birlikdə yaşayır. B işarəli fərdi yaşayış evində Cavabdeh2 öz ailəsi ilə birlikdə yaşayır. ******* saylı çıxarışdan və fərdi yaşayış evinin texniki pasportuna əsasən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,07 hektar onların, 0,05 hektar hissəsi isə cavabdehlərin mülkiyyətindədir. Cavabdeh6 oglunun evdə 1/12 hissə payı olsa da, evin yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsində payı yoxdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən evlərin və həyətyanı torpaq sahəsinin bölünməsi haqqında sxem tərtib etmiş və həmin sxemin, mümkün imzalanacaq bağışlanma müqaviləsinə əlavə edilməsi üçün onlara verilmişdir. Bu razılaşmanı cavabdehlər Cavabdeh2 və Cavabdeh6 pozmuş və onlar bu səbəbdən məvbur qalaraq məhkəməyə müraciət etmişlər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş sxem üzrə həm torpaq sahəsi düzgün bölünmüş, həm də yaşadıqları evlərə uyğun bölgü aparılmışdır. Texniki pasportda A kimi qeyd edilən və onların yaşadıqları fərdi yaşayış evi onların paylarına, B kimi qeyd edilən fərdi yaşayış evi isə cavabdehlərin payları kimi qeyd edilsə düzgün olar. Onlar B fərdi yaşayış evində olan paylarından imtina edirlər. Cavabdehlər notariat ofisinə gəlməkdən imtina etdikləri üçün onlar məcbur qalaraq məhkəməyə müraciət etmişlər. Fərdi yaşayış evinin texniki pasportunda A kimi qeyd edilmiş yaşayış evi və onun yerləşdiyi 0,07 hektar həyətyanı torpaq sahəsi naturada bölünərək iddiaçılara, fərdi yaşayış evinin texniki pasportunda B kimi qeyd edilmiş yaşayış evi və onun yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi naturada bölünərək cavabdehlərə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı Niqra Zülfüqarovanın nümayəndəsi Nümayəndə İddiaçı2 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia tələbinə dair hər hansı etiraz və vəsatətlərinin olmadığını, mübahisəli torpaq sahəsinin naturada paylarına uyğun bölünməsinə etiraz etmədiklərini bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh6 məhkəmə prosesinin gedişində ərizə göndərərək mübahisə predmeti olan torpaq sahəsindən və fərdi yaşayış evindən pay istəmədiyini və payından iddiaçıların xeyrinə imtina etdiyini bildirmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. 12 mart 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın və həmin tarixli 407- 1/805 inventar nömrəli texniki pasportun təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi, ev 34 ünvanında 0,12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evində X4 9/12 hissə, İddiaçı2 Abdulsəməd oğlu 1/12 hissə, Cavabdeh2 1/12 hissə və X1 1/12 hissə payı vardır. İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi ünvanında 0,12 hektar torpaq sahəsi X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyəinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş sxemin surətindən görünür ki, tərəflər arasında A və B saylı evlərin və həyətyanı torpaq sahəsinin bölünməsi haqqında sxem tərtib edilmiş və həmin sxemin, mümkün imzalanacaq bağışlanma müqaviləsinə əlavə edilməsi üçün onlara verilmişdir. İsmayıllı rayon Notariat Ofisinin İddiaçı2 Abdulsəməd oğluna ünvanladığı 01 fevral 2023-cü il tarixli, 101 nömrəli məktubundan görünür ki, hüquq müəyyənedici çıxarışda adları olan mülkiyyətçilərdən bir neçəsinin notariat ofisinə gəlməməsi səbəbindən müraciətə baxılmamışdır. Bu məsələnin həlli ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 iyun 2023-cü il tarixli 3-21-3-42/2-3217/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, 407-1/805 inventar nömrəli texniki pasporta əsasən iddiaçı X5, Cavabdeh2, Cavabdeh6 və İddiaçı4 mülkiyyətində olan İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evlərinin mülkiyyətçilərinin payına uyğun olaraq naturada real bölgü əsasında bölünməsi mümkün deyildir. Məhkəmə mübahisə predmetinə aid olan əraziyə mütəxəssisin iştirakı ilə keçirilmiş yerində müayinənin nəticələrini, İddiaçı2 və Nümayəndə izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 12 mart 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa və həmin tarixli 407-1/805 inventar nömrəli texniki pasporta əsasən İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi, ev 34 ünvanında 0,12 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evində X4 9/12 hissə, İddiaçı2 Abdulsəməd oğlu 1/12 hissə, Cavabdeh2 1/12 hissə və X1 1/12 hissə payı vardır. İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi ünvanında 0,12 hektar torpaq sahəsi X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyəinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş sxemə əsasən tərəflər arasında A və B saylı evlərin və həyətyanı torpaq sahəsinin bölünməsi haqqında sxem tərtib edilmiş və həmin sxemin, mümkün imzalanacaq bağışlanma müqaviləsinə əlavə edilməsi üçün onlara verilmişdir. İsmayıllı rayon Notariat Ofisinin İddiaçı2 Abdulsəməd oğluna ünvanladığı 01 fevral 2023-cü il tarixli, 101 nömrəli məktubuna əsasən hüquq müəyyənedici çıxarışda adları olan mülkiyyətçilərdən bir neçəsinin notariat ofisinə gəlməməsi səbəbindən müraciətə baxılmamışdır. Bu məsələnin həlli ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 iyun 2023-cü il tarixli 3-21-3-42/2-3217/2023 nömrəli mütəxəssis rəyinə əsasən 407-1/805 inventar nömrəli texniki pasporta əsasən iddiaçı X5, Cavabdeh2, Cavabdeh6 və İddiaçı4 mülkiyyətində olan İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evlərinin mülkiyyətçilərinin payına uyğun olaraq naturada real bölgü əsasında bölünməsi mümkün deyildir. İddiaçılar fərdi yaşayış evinin texniki pasportunda A kimi qeyd edilmiş yaşayış evi və onun yerləşdiyi 0,07 hektar həyətyanı torpaq sahəsi naturada bölünərək iddiaçılara, fərdi yaşayış evinin texniki pasportunda B kimi qeyd edilmiş yaşayış evi və onun yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi naturada bölünərək cavabdehlərə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddia tələbinə dair hər hansı etiraz və vəsatətlərinin olmadığını, mübahisəli torpaq sahəsinin naturada paylarına uyğun bölünməsinə etiraz etmədiklərini bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh6 ərizə göndərərək məhkəmə prosesinin gedişində ərizə göndərərək mübahisə predmeti olan torpaq sahəsindən və fərdi yaşayış evindən pay istəmədiyini və payından iddiaçıların xeyrinə imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən 12 mart 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi, ev 34 ünvanında yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin onun mülkiyyətçilərinin payına uyğun olaraq və həmin tarixli 407-1/805 inventar nömrəli texniki pasporta əsasən X5, Cavabdeh2, Cavabdeh6 və İddiaçı4 mülkiyyətində olan İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evinin onun mülkiyyətçilərinin payına uyğun olaraq naturada real bölgü əsasında bölünməsinin mümkünlüyü barədə mütəxəssis rəyi verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu edilmişdir. Sorğuya cavab olaraq, “Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 24 iyun 2023-cü il tarixli 3-21-3-42/2-3217/2023 nömrəli məktubla bildirmişdir ki, 407-1/805 inventar nömrəli texniki pasporta əsasən iddiaçı X5, Cavabdeh2, Cavabdeh6 və İddiaçı4 mülkiyyətində olan İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evlərinin mülkiyyətçilərinin payına uyğun olaraq naturada real bölgü əsasında bölünməsi mümkün deyildir. Məhkəmə mütəxəssis rəyi ilə razılaşmır. Belə ki, verilmiş rəydə qeyd edilmiş əsaslar həmin torpaq sahəsinin sənəd üzrə göstərilən koordinatlarda real bölgüsünün aparılmasının mümkün olubolmaması üçün rəy verilməməsinə səbəb ola bilməz. Qeyd edilən torpaq sahəsinə dair Ərazi İdarəsinin tərtib etdiyi sxemdə həmin torpaq sahəsinin bütün koordinatları öz əksini tapmışdır. Qeyd edilən mübahisəli torpaq sahəsinə yerində müayinə keçirilmədən də həmin sənədlər əsasında tərəflərin payı naturada bərabər bölünməklə ayrılmasının mümkün olub-olmaması barədə rəy verilə bilər. Cavabdeh6 məhkəmə prosesinin gedişində ərizə göndərərək mübahisə predmeti olan torpaq sahəsindən və fərdi yaşayış evindən pay istəmədiyini və payından iddiaçıların xeyrinə imtina etdiyini bildirmişdir. Ona görə də məhkəmə, hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, iddia tələbinə mahiyyəti üzrə baxılmalı, tələb paylı mülkiyyətdə olan torpaq sahələrinin naturada bölünməsi hissəsində qismən təmin edilməli, 12 mart 2014-cü il tarixli, 407-1/805 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda A kimi qeyd edilmiş yaşayış evi və onun yerləşdiyi 0,07 hektar həyətyanı torpaq sahəsi naturada bölünərək iddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6, fərdi yaşayış evinin texniki pasportunda B kimi qeyd edilmiş yaşayış evi və onun yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi naturada bölünərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə hesab edir ki, hazırki iddia üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı X2 özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 12 mart 2014-cü il tarixli, 407-1/805 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda A kimi qeyd edilmiş yaşayış evi və onun yerləşdiyi 0,07 hektar həyətyanı torpaq sahəsi naturada bölünərək iddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6, fərdi yaşayış evinin texniki pasportunda B kimi qeyd edilmiş yaşayış evi və onun yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi naturada bölünərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 verilsin. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı X2 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar