Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-53/2021 12.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu - cəmi 5030,40 manat məbləğinin cavabdehdən tutularaq "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi teleqram göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2018-ci il tarixdə cavabdeh idarə etdiyi “Opel Vectra” markalı ** MT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək manevr qaydasını pozaraq “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş qəzadan sonra cavabdehin hadisə yerindən yayınması sonradan məlum olmuşdur. Baş vermiş yol-nəqliyyat hasiəsi nəticəsində cavabdehin təqsirli olması Bakı şəhəri Dövlət X5 xx xxxxxxx 2018-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yolnəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesablanması İlkin Defekt aktına uyğun olaraq “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat ziyan dəymişdir. xx xxxxxxx 2018-ci il tarixli, 057306 saylı sığorta aktına və ödəniş tapşırığına əsasən iddiaçı 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Ona görə də iddiaçı “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu - cəmi 5030,40 manat məbləğinin cavabdehdən tutularaq "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh 050 659 57 79 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) xx xxxx 2018-ci il tarixli AD 165672 nömrəli nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Opel Vectra” minik markalı ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. xx xxxxxxxx 2018-ci il tarixli Bakı şəhəri 14 saylı Notariat Kontorunun reyestrdə 7E- 13780 nömrə ilə qeydə alınmış nəqliyyat vasitələrinən istifadə edilməsi haqqında etibarnamənin surətindən müəyyən edilir ki, “Opel Vectra” minik markalı ** MT *** dövlət nömrə nişanlı avtomobil X1 nümayəndəsi X4 tərəfindən 2 (iki) ay müddətinə Cavabdeh etibar edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli Bakı şəhəri Dövlət X5 İnzibati tənbeh vermə haqqında qərarının surətindən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında inzibati cərimə edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli İlkin Defekt aktından müəyyən edilir ki, “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə şərti olaraq yekun məbləğ 5112 manat miqdarında ziyan dəydiyi müəyyən olunmuşdur. xx xxxxxxx 2018-ci il tarixli, 057306 nömrəli sığorta aktından müəyyən edilir ki, iddiaçı tərəfindən sığortalanmış “Opel Vectra” minik markalı ** MT *** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5112 manat müəyyən edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli, 11969 nömrəli ödəniş tapşırığının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən xx xxxxxxx 2018-ci il tarixli, 057306 nömrəli sığorta aktına əsasən 5000 manat sığorta ödənişi məbləği X2 hesabına ödənilmişdir. xx xxxxxx 2018-ci il tarixli P4161/18 nömrəli pretenziyadan müəyyən edilir ki, iddiaçının ödədiyi 5000 manat sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tələb edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx xxxxxxx 2018-ci il tarixdə cavabdeh idarə etdiyi “Opel Vectra” markalı ** MT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək manevr qaydasını pozaraq “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş qəzadan sonra cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında inzibati cərimə edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli İlkin Defekt aktından müəyyən edilir ki, “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə şərti olaraq yekun məbləğ 5112 manat miqdarında ziyan dəydiyi müəyyən olunmuşdur. xx xxxxxxx 2018-ci il tarixli, 057306 nömrəli sığorta aktına əsasən “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə 5112 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli, 11969 nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən xx xxxxxxx 2018-ci il tarixli, 057306 nömrəli sığorta aktına əsasən 5000 manat sığorta ödənişi məbləği X2 hesabına ödənilmişdir. İddiaçının ödədiyi 5000 manat sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu - cəmi 5030,40 manat məbləğinin cavabdehdən tutularaq "İddiaçı" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir. Cavabadeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsini iddia tələbi ilə razılaşması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, cavabdehin xx xxxxxxx 2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry” markalı ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat məbləğində ziyan dəyməsinə görə sığorta məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat sığorta ödənişi, 30,40 manat ödənilmiş rüsum məbləği – cəmi 5030 (beş min otuz) manat 40 (qırx) qəpik tutularaq iddiaçı "İddiaçı" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-53/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-53/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver