Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-543/2020 18.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: “İddiaçı” İstehsalat Birliyi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) təbii qazdan istifadəyə görə yaranmış 342 manat 80 qəpik borc və 20 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 362 (üç yüz altmış iki) manat 20 (iyirmi) qəpik məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi izahat verərək göstərd ki, xx xxxx 2016-cı il tarixli qazın alqısatqısı barədə müqaviləyə əsasən cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 342,8 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməlidir. Məhkəməyə müraciət edildikdən sonra cavabdeh borcunu tam şəkildə ödəmişdir. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 İstismarı İdarəsi ilə cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, cavabdeh yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab üzrə tam şəkildə ödəməlidir. xx xxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, cavabdehin **********00030 nömrəli abonent koduna 2020-ci ilin may ayının sonuna təbi qazdan istifadəyə görə 342,8 manat borcu olduğu göstərilmişdir. 01NM-13HŞ-1212 nömrəli xx xxxx 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbbi qaza görə xx xxxx 2020-ci il tarixə yaranmış 342,8 manat borc məbləğinin beş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 654335255 nömrəli xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, cavabdeh 2020-ci ilin iyul və avqust aylarında borc məbləğindən 350 manat ödəniş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdeh iddia tələbində göstərilən istifadə etdiyi təbii qaza görə yaranmış borc məbləğini tam şəkildə ödədiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddia tələbi rədd edildiyinə görə məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı məbləğləri iddiaçının özünə aid edilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "İddiaçı" İstehsalat Birliyinin Cavabdeh qarşı 342,8 manat istifadə edilmiş qazın dəyəri və 20,40 manat dövlət rüsumu – cəmi 363,2 manat borc tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-543/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-543/2020
18.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver