Məhkəmə qərarları › İş №2(037)-544/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-544/2020

11.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-544/2020 11.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: “İddiaçı” İstehsalat Birliyi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 561 manat 60 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 592 (beş yüz doxsan iki) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərd ki, xx xxxxxx 2020-ci il tarixdə “İddiaçı” İB-nin X2 X1 Xidmət Sahəsinin əməkdaşları tərəfindən cavabdehin İsmayıllı rayonun İvanovka kəndində yerləşən evinin qaz xəttinə baxış keçirilərkən sayğacdan kənar əlavə qaz xətti aşkar olunmuşdur. Bu barədə iddiaçı təşkilatın əməkdaşları tərəfindən fotoşəkillər və video görüntülər çəkilmişdir. Bununla bağlı həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədilə “İddiaçı” İB-nin X2 İstismar İdarəsinə göndərilmişdir. Tərtib olunmuş aktı cavabdeh imzlamaqdan imtina etmişdir. Həmin akta əsasən xx xxxxxx 2020-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 5616 m3 itirilmiş təbii qazın dəyəri 561,6 manat cavabdehin abonent koduna vurulmuşdur. Cavabdehin abonent koduna vurulmuş məbləğ sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh ziyanın ödənilməsini təmin etməmişdir. Cavabdehdən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 561 manat 60 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 592 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. xx xxxxxx 2020-ci il tarixdə qaz idarəsinin işçiləri sayğaca və qaz xəttinə baxış keçirmişlər. xx xxxxxx 2020-ci il tarixdə ona bildirilmişdir ki, qaz sayğacının şüşəsi sınmışdır və bundan başqa qaz xəttinə əlavə qoşulma da aparılıb. O və ailə üzvləri tərəfindən qaz xəttinə qanunsuz qoşulma aparılmamışdır. İddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, cavabdehin İsmayıllı rayonun İvanovka kəndində yerləşən evinin qaz xəttinə baxış keçirilmiş, baxış zamanı qaz sayğacından kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Tərtib olunmuş aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilmiş və qeyri-qanuni istifadə edilmiş 5616 kub metr itirilmiş qazın dəyərinin ödənilməsi abonentdən tələb olunmuşdur. 01NM-13HŞ-1124 nömrəli xx xxxx 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbbi qaza görə xx xxxx 2020-ci il tarixə yaranmış 580,6 manat borc məbləğinin beş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Abonentin saldosundan görünür ki, 2020-ci ilin yanvar ayının sonuna iddiaçının **********00800 nömrəli abonent koduna akt üzrə 561,6 manat borc vurulmuşdur. 654345845 nömrəli xx xxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “İddiaçı” İB-nin əməkdaşları tərəfindən 14 yanvar il tarixdə cavabdehin fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, sayğacdan kənar əlavə qaz xətti aşkar olunmuşdur. Bununla bağlı həmin tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş aktı abonent imzalamaqdan imtina etmişdir. Həmin akta əsasən xx xxxxxx 2020-ci il tarixdə Ağsu RQİİ-nin rəisi tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək cavabdehin abonent koduna 5616 m3 itirilmiş təbii qaz vurulmuşdur. Cavabdehdən abonent koduna vurulmuş 561,6 manat məbləğində borcun ödənilməsi tələb olunmuş, lakin istehlakçı tərəfindən tələb olunan borc məbləğinin ödənilməsi təmin olunmamışdır. İddiaçının nümayəndəsi cavabdehdən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 561 manat 60 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 592 (beş yüz doxsan iki) manat məbləğinin alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini və qaz xəttinə qanunsuz qoşulmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehin qanunsuz olaraq qaz xəttinə qoşulması iddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə sübuta yetirildiyindən sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 561 manat 60 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 592 (beş yüz doxsan iki) manat məbləğinin cavabdehdən alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 561 manat 60 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 592 (beş yüz doxsan iki) manat məbləği alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar