Məhkəmə qərarları › İş №2(037)-546/2021

İsmayıllı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(037)-546/2021

23.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-546/2021 23.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kirayə haqqının və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 23 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 400 manat kirayə haqqı borcu, istifadə etdiyi suya görə 98.59 manat və 450 manat maddi zərər olmaqla, cəmi 1048.59 manat məbləğinin alınaraq İddiaçı1 və təbii qaza görə 312.60 manat pul alınaraq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 400 manat kirayə haqqı borcu, istifadə etdiyi suya görə 98.59 manat, təbii qaza görə 312.60 manat, ziyan vurulmuş əmlakların dəyəri olan 270 manat, 450 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1561.19 manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsini xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında iştirak etməmişdir. Onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İddiaçı2 təmsil etmişdir. İddiaçı2 hazırkı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. İddiaçı1 qızıdır. Qızı İddiaçı1 ərindən boşandığından üç uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən evini isə ona maddi kömək üçün hər ay 80 manat ödəmək şərti ilə Cavabdeh kirayəyə vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh yaşadığı müddətdə evi və həyətyanı torpaq sahəsini qorumağı, istifadə etdiyi həcmdə kommunal xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh onun razılığı olmadan həyətyanı torpaq sahəsində ehtiyat üçün yığdığı üç kubdan artıq oduncağı icazəsiz istifadə etməklə ona və qızına 200 manat, hamamın su kalonkasını və turbalarını sındırıb sıradan çıxarmaqla 150 manat, daş hasarı uçurub yol açmaqla 100 manat zərər vurmuşdur. Bundan əlavə cavabdeh 2020-ci ilin oktyabr ayı və 2021-ci ilin yanvar ayından may ayınadək olan dörd ayı, cəmi beş ayın kirayə haqqı olan 400 manatı, habelə istifadə etdiyi təbii qaza görə 312.60 manat və suya görə 98.59 manat məbləğində pulu ödəməmişdir. Bütün bunlara baxmayaraq cavabdeh 08 may 2021-ci il tarixdə ona məlumat vermədən gecə ilə gizlin olaraq əmlakını yığışdırıb evdən çıxmış, evin qapılarını və gedərkən küçə qapısını taybatay açıq qoyaraq getmişdir. Qonşu tərəfindən məlumat verildikdən sonra ona məlum olmuşdur ki, cavabdeh kirayə qaldığı evdən ona məlumat vermədən gizlin çıxıb getmişdir. Hazırda cavabdehin ona və qızına 400 manat kirayə haqqı borcu, istifadə etdiyi suya görə 98.59 manat, təbii qaza görə 312.60 manat, ziyan vurulmuş əmlakların dəyəri olan 270 manat, 450 manat məbləğində maddi zərər olmaqla, cəmi 1531.19 manat borcu vardır. Cavabdeh borcunu ödəmədiyindən məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdehdən 400 manat kirayə haqqı borcu, istifadə etdiyi suya görə 98.59 manat, təbii qaza görə 312.60 manat, ziyan vurulmuş əmlakların dəyəri olan 270 manat, 450 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1561.19 manat pulun alınıb ona və qızı İddiaçı1 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. X1 ifadə verərək göstərdi ki, İddiaçı2 anası, İddiaçı1 isə bacısıdır. O, bacısına məxsus İsmayıllı şəhəri R.Bədəlov küçəsi 25 ünvanında yerləşən fərdi yaşayış evini hər ay 80 manat ödəmək şərti ilə Cavabdeh kirayəyə vermişdir. Cavabdeh razılıq almadan həyətyanı torpaq sahəsində ehtiyat üçün yığılmış üç kubdan artıq oduncağı icazəsiz istifadə etməklə 200 manat, hamamın su kalonkasını və turbalarını sındırıb sıradan çıxarmaqla 150 manat, daş hasarı uçurub yol açmaqla 100 manat ziyan vurmuş, bundan əlavə 2020-ci ilin oktyabr ayı və 2021-ci ilin yanvar ayından may ayınadək olan dörd ayı, cəmi beş ayın kirayə haqqı olan 400 manat, istifadə etdiyi təbii qaza görə 312.60 manat, suya görə 98.59 manat məbləğində pulu ödəməmiş və 08 may 2021-ci il tarixdə əvvəlcədən məlumat vermədən gizlin olaraq əmlakını yığışdırıb kirayəyə qaldığı evdən çıxıb getmişdir. İddiaçı2 məhkəməyə yazılı formada ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş 25.02.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və çıxarışa əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, İsmayıllı şəhəri, R.Bədəlov küçəsi ev 25-də yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 103.4 kv.metr olan iki mərtəbəli bir otaqlı fərdi yaşayış evi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində İddiaçı1 adına qeydiyyata alınaraq 25.02.2021-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. İşə əlavə edilmiş 24.05.2021-ci il tarixli **********02050 nömrəli Abonentin Saldosundan görünür ki, İsmayıllı şəhəri, R.Bədəlov küçəsi ev 25-də quraşdırılmış, ZENNER G4T mexaniki tipli, **********02050 nömrəli sayğacdan istifadəyə görə 24.05.2021-ci il tarixə İddiaçı2 312.60 manat borcu yarandığı qeyd edilmişdir. İşə əlavə edilmiş 24.05.2021-ci il tarixli **********000 nömrəli Azərsu ASC tərəfindən verilmiş abonent kartından görünür ki, İddiaçı1 24.05.2021-ci il tarixə istifadə edilmiş suya görə Azərsu ASC-yə 98.59 manat borcu yarandığı qeyd olunmuşdur. İşə əlavə edilmiş 24 may 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, habelə iddia tələbinin mahiyyəti üzrə məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiyindən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiklərini, məhkəmə iclasında verdiyi izahatındakı xüsusatları, habelə şahid ifadələrini və iş materiallarını sübut kimi qəbul edir və hesab edir ki, iddiaçıların dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 400 manat kirayə haqqı borcu, istifadə etdiyi suya görə 98.59 manat, təbii qaza görə 312.60 manat, ziyan vurulmuş əmlakların dəyəri olan 270 manat, 450 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu olmaqla,cəmi 1561.19 manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qiyabi qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 238-253-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 400 manat kirayə haqqı borcu, istifadə etdiyi suya görə 98.59 manat, təbii qaza görə 312.60 manat, ziyan vurulmuş əmlakların dəyəri olan 270 manat, 450 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu olmaqla,cəmi 1561.19 manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov İş № 2 (037) - 546 / 2021 Q Ə R A R D A D İsmayıllı Rayon Məhkəməsi Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kirayə haqqının və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 23 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 400 manat kirayə haqqı borcu, istifadə etdiyi suya görə 98.59 manat və 450 manat maddi zərər olmaqla, cəmi 1048.59 manat məbləğinin alınaraq İddiaçı1 və təbii qaza görə 312.60 manat pul alınaraq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 400 manat kirayə haqqı borcu, istifadə etdiyi suya görə 98.59 manat, təbii qaza görə 312.60 manat, ziyan vurulmuş əmlakların dəyəri olan 270 manat, 450 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu olmaqla,cəmi 1561.19 manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. İddiaçı məhkəməyə yazılı formada ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Məhkəmə qərara gəlir ki, cavabdeh iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbi barədə məlumat vermədiyinə görə, iddiaçı isə işə qiyabi icraat qaydasında baxılması üçün ərizə verdiyinə görə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kirayə haqqının və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılsın. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar