Məhkəmə qərarları › İş №2(037)-550/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-550/2021

30.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-550/2021 30.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 30 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh onun X12un arvadıdır. X15 2006cı ildə, X12 isə 2016-cı ildə vəfat etmişdir. Respublikada aparılan torpaq islahatları zamanı anasının əvəzsiz mülkiyyətinə İsmayıllı rayon Tircan kəndi ərazisindən JN 061F KOD 40726018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Anası ömrünün son illərini Bakı şəhərində onun himayəsində yaşamış və onun evində də vəfat etmişdir. X12 İsmayıllı rayon Tircan kəndində özünün müstəqil həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi olmaqla ayrı yaşamış, anasına qulluq etməmiş, eyni zamanda mirası da qəbul etməmişdir. O, 2017-ci il tarixdə İsmayıllı rayon notariat kontoruna müraciət edərək anasından miras qalan JN 061F KOD 40726018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İsmayıllı rayon Tircan kəndi ərazisində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinə dair 29 dekabr 2017-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin torpaq sahəsi onun qanuni istifadəsinə və sahibliyinə keçmişdir. İddiaçı onun xəstə olmasından və müvəqqəti olaraq kəndə gələ bilməməsindən istifadə edərək özbaşına olaraq onun qanuni istifadəsində və sahibliyində olan mübahisəli həyətyanı torpaq sahəsini özbaşına bölərək orada özü üçün yaşayış evi tikmişdir. Daha sonra Cavabdeh ona və İsmayıllı rayon notariat kontoruna qarşı məhkəməyə müraciət edərək 29 dekabr 2017-ci il tarixdə ona verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X4 ölümündən sonra miras qalmış İsmayıllı rayonu Tircan kəndində yerləşən yaşayış evi və 0.08 hektar həyətyanı torpaq sahəsinə dair miras əmlakın faktiki olaraq Cavabdeh tərəfindən qəbul olunmasının müəyyən edilməsi və həmin əmlaklar üzərində Cavabdeh mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona və İsmayıllı rayon notariat kontoruna qarşı Qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, miras əmlakının onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakı üzərində mülkiyyət hüququnun tanınması barədə iddiası tələbi təmin edilməmişdir. Daha sonra Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin 24.04.2019-cu il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 12 iyul 2006-cı ildə ölmüş Göyçək Əhmədovadan miras qalmış İsmayıllı rayon Tircan kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin Güdüz Əhmədov tərəfindən qəbul edilməsi və sonuncunun 09 avqust 2016-cı il tarixdə ölümündən sonra mirasın onun arvadı Cavabdeh tərəfindən faktiki qəbul edilməsi müəyyən edilibvə qalan hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmışdır. Ali Məhkəmə Mülki Kollegiyasının 23.08.2019-cu il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin MK-nın 24.04.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin 05.12.2019-cu il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 28.12.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, 12 iyul 2006-cı ildə ölmüş Göyçək Əhmədovadan miras qalmış İsmayıllı rayon Tircan kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin Güdüz Əhmədov tərəfindən qəbul edilməsi və sonuncunun 09 avqust 2016-cı il tarixdə ölümündən sonra mirasın onun arvadı Cavabdeh tərəfindən faktiki qəbul edilməsi müəyyən edilib və qalan hissədə iddia rədd edilmişdir. Ali Məhkəmə MK-nın 19.05.2020-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, onun kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli qətnaməsi qismənmərhum X6 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq X3 tərəfindən qəbul edilməsi və sonuncunun 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı Cavabdeh Rasul qızı tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qalan hissədə qətnamə onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o, JN 061F KOD 40726018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən mərhum X15dan miras qalan 0.08 hektar həyətyanı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən 09.03.2021-ci il tarixli məktubla miras əmlaka münasibətdə vərəsələr arasında mübahisə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. O, anası vəfatından sonra birinci növbəli vərəsə kimi anasından miras qalmış əmlaklara faktiki sahib olaraq istifadə etmişdir. Ona görə də o, mərhum anası X2 miras qalmış İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.08 hektar torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə prosesinə gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (qızı) X7 təmsil etmişdir. Cavabdehin nümayəndəsi Sevinc Bədəlova məhkəmə prosesində iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun əmisidir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli, 49 saylı qərarı əsasında 13 oktyabr 2004-cü il tarixli JN-061F KOD 40726018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi nənəsi Göyçək Əhmədovanın mülkiyyətinə verilmiş və həmin torpaq sahəsində sonuncu tərəfindən yaşayış evi inşa edilmişdir. Nənəsi 12 iyul 2006-cı il tarixdə vəfat etmişdir. İsmayıllı rayonu Tircan kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi nənəsinə məxsus olmaqla sonuncudan miras qalmışdır. Nənəsi vəfat etməmişdən əvvəl anası atası ilə birlikdə nənəsinə məxsus evdə yaşamış, nənəsi xəstə olanda anası nənəsinə qulluq etmiş və vəfat edəndə onun dəfn xərclərini ödəmişdir. Anası 2016-cı ildə atası vəfat edənədək mübahisəli əmlakda atası ilə birlikdə yaşamış, nənəsi 2006-cı ildə vəfat etdikdən sonra miras qalmış əmlakı atası və anası qəbul etmiş və həmin əmlaka faktiki sahiblik etməyə başlamışlar. 2016-cı ildə atasının vəfatından sonra əmisi qanunsuz yolla saxta sənədlər təqdim etməklə İsmayıllı rayon notariat kontoruna müraciət edərək 29 dekabr 2017-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Digər vərəsə olan əmisi Rafiq Əhmədov miras əmlakının ona düşən hissəsindən əmisi İddiaçı xeyrinə imtina etmişdir. İsmayıllı rayon notariat kontoru tərəfindən nənəsinin ölümündən sonra ondan miras qalan İsmayıllı rayonu Tircan kəndində yerləşən yaşayış evi və 0.08 hektar həyətyanı torpaq sahəsinə dair vərəsəlik işi açılarkən vərəsələrin dairəsi düzgün müəyyən olunmamışdır. İsmayıllı rayon notariat kontorunun 29 dekabr 2017-ci il tarixli, 2V-315 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində 12 iyul 2006-cı il tarixdə vəfat etmiş qaynanasının yeganə vərəsəsi kimi əmisi İddiaçı müəyyən edilmiş və miras əmlakdan əmisinin 1/1 pay alması qeyd edilmişdir. Əmisi İddiaçı notariat kontoruna yazdığı ərizədə digər vərəsələri göstərməməklə yalan məlumat vermişdir. Əmisi İddiaçı ilə onların müxtəlif instansiya məhkəmələrində mübahisələri olmuş, yekun sənəd kimi Ali Məhkəmənin qərarı ilə mərhum nənəsi Göyçək Əhmədovaya məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq atası Gündüz Əhmədov tərəfindən qəbul edilməsi və atasının 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın anası Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi hissəsində ləğv edilərək, qətnamə qalan hissələrdə, əmisi İddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, nənəsi Göyçək Əhmədovadan miras qalmış İsmayıllı rayon Tircan kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin atası Güdüz Əhmədov tərəfindən qəbul edilməsi və atasının ölümündən sonra mirasın anası Cavabdeh tərəfindən faktiki qəbul edilməsi müəyyən edilmişdir. Qeyd etdiyi əsaslara görə iddiaçının tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Üçüncü şəxs İsmayıllı Rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli 2(037)-892/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Rasul qızının cavabdehlər İddiaçı İspəndiyar oğlu və İsmayıllı rayon notariat kontoruna qarşı 29 dekabr 2017-ci il tarixdə İsmayıllı rayon Notariat Kontoru tərəfindən İddiaçı verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X4 ölümündən sonra miras qalmış İsmayıllı rayonu Tircan kəndində yerləşən fərdi yaşayış evi və 0.08 hektar həyətyanı torpaq sahəsinə dair miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul olunmasının müəyyən edilməsi və həmin əmlaklar üzərində onun mülkiyyət hüququnun tanınması barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 05.12.2019-cu il tarixli 2(107)-2956/2019 saylı qətnaməsinin surətindən görünür ki, 29 dekabr 2017-ci il tarixdə İsmayıllı rayon Notariat Kontoru tərəfindən İddiaçı verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, 12 iyul 2006-cı ildə ölmüş X4 miras qoyduğu İsmayıllı rayon Tircan kəndindəki 0.08 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin miras əmlak kimi faktik olaraq X5 tərəfindən qəbul olunması və X1 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı Cavabdeh Rasul qızının faktik olaaraq qəbul etməsi müəyyən edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin 19.05.2020-ci il tarixli 2(102)-2584/2020 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(107)-2956/2019 saylı qətnaməsi qismən- mərhum X6 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq X3 tərəfindən qəbul edilməsi və sonuncunun 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı Cavabdeh Rasul qızı tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qalan hissədə qətnamə cavabdeh İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 18.11.2020-ci il tarixli, AZ-İİ 112168 saylı təkrar ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12.07.2006-cı il tarixdə ölmüşdür. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair 09.03.2021ci il tarixli N-278 saylı məktubdan görünür ki, İddiaçı mərhum X2 qalmış miras əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmiş, lakin 29.12.2017-ci il tarixdə İsmayıllı rayon Notariat ofisində verilmiş 2V-315 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 05.12.2019-cu il tarixində Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2956/2019 nömrəli qətnamə əsasında etibarsız hesab edildiyindən və digər vərəsələr ilə mübahisələr olduğundan notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.05.2020-ci il tarixli 2(102)-2584/2020 saylı qanuni qüvvəyə minmiş qərarında Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(107)-2956/2019 saylı qətnaməsi qismən- mərhum X6 məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki olaraq X3 tərəfindən qəbul edilməsi və sonuncunun 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı Cavabdeh Rasul qızı tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qalan hissədə qətnamə İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi mübahisəli fərdi yaşayış evinə münasibətdə istisna olmaqla, apelyasiya instansiyası məhkəməsinin İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) qətnaməsini ləğv edib, iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, Göyçək Əhmədovanın ölümündən sonra həyətyanı torpaq sahəsinin ondan miras qalmasına, Cavabdeh və mərhum əri Gündüz Əhmədovun torpaq sahəsini faktiki olaraq qəbul etmələrinə, həmin əmlaklar üzərində onların mülkiyyət hüququnun tanınması üçün əsasların müəyyən edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmış və maddi və prosessual hüquq normalarının tələblərini mülki mübahisəyə düzgün tətbiq etdiyini hesab etmişdir. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə 29 dekabr 2017-ci il tarixdə İsmayıllı rayon Notariat Kontoru tərəfindən İddiaçı verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, 12 iyul 2006-cı ildə ölmüş X4 miras qoyduğu İsmayıllı rayon Tircan kəndindəki 0.08 hektar həyətyanı torpaq sahəsinin miras əmlak kimi faktik olaraq X5 tərəfindən qəbul olunması və X1 09 avqust 2016-cı il tarixdə ölümündən sonra həmin mirasın onun arvadı Cavabdeh Rasul qızının faktik olaraq qəbul etməsi müəyyən edildiyindən, məhkəmə qərara gəlir ki, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından, mülki iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar