Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-588/2021 08.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, Məhərrəmova Mı̇ rvari Hüseyı̇ n qızı, İsgəndərlı̇ Pənah Bahəddı̇ n oğlunun cavabdehlər Əzı̇ zov Tahı̇ r Əbı̇ l oğlu, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Bələdiyyəsinə qarşı küçə sakinlərinin yolunun açılması tələbinə dair mülki işə 08 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Məhərrəmova Mı̇ rvari Hüseyı̇ n qızı, İsgəndərlı̇ Pənah Bahəddı̇ n oğlu cavabdehlər Əzı̇ zov Tahı̇ r Əbı̇ l oğlu, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 tərəfindən zəbt olunmuş İsmayıllı rayonu İsmayıllı kənd əhalisinin ümumi istifadəsində olan gediş-gəliş ictimai yolunun öz hesabına açılması və yoldan istifadə üzrə törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı3 məhkəmə iclaslarına gəlməmiş, cavabdehlər və digər iddiaçılar işə İddiaçı3 işirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə İddiaçı3 iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu İsmayıllı kəndində ötən dövrdən 2021-ci ilin mart ayına qədər onların istifadəsində ictimai yol olmuş və həmin yoldan gediş-gəliş yol kimi istifadə etmişlər. Qeyd olunan yolun sol tərəfində fərdi yaşayış evi, sağ tərəfində isə Cavabdeh1 məxsus fərdi yaşayış evi və əlavə həyətyanı torpaq sahəsi yerləşmişdir. Lakin Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini genişləndirərək kənd əhalisinin gedişgəliş kimi istifadə etdiyi ictimai yola birləşdirmişdir. Cavabdeh1 0,05 hektar torpaq sahəsini alğı-satqı yolu ilə Cavabdeh2 satmışdır. Cavabdeh2 həmin torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin planı və ölçü sənədini almışdır. Hal-hazırda həmin yol bağlı olduğundan böyük çətinliklə üzləşmişdir. Cavabdeh2 bu barədə müraciət etsə də nəticəsi olmamışdır. Bu məsələ ilə bağlı İsmayıllı rayon Bələdiyyəsinə müraciət olunmuş, müraciətə cavab olaraq bildirilmişdir ki, mübahisəli əraziyə baxış keçirilmiş və həmin ərazidə zəbt edilmiş torpaq sahəsi aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsinin zəbt edilməsi bağlı məhkməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh2 tərəfindən zəbt olunmuş İsmayıllı rayonu İsmayıllı kənd əhalisinin ümumi istifadəsində olan gediş-gəliş ictimai yolunun öz hesabına açılması və yoldan istifadə üzrə törədilən maneələrə son qoyulmasını tələb edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçılar İddiaçı2 və İddiaçı4̇ İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh Tahir Əzı̇ zov iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, mübahisəli torpaq sahəsi onun atasının olmuşdur. Həmin torpaq sahəsi 0,30 hektar olmuş və onun 0,05 hektar hissəsini X1. İddiaçıların iddia etdikləri yol əvvəllər tövlə olmuşdur. Heç bir zaman orada yol olmamış və ya zəbt olunmamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, mübahisəli ərazidən 0,05 hektar torpaq sahəsini X2 almışdır. O, həmin torpaq sahəsini alan zaman orada heç bir yol olmamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Üçüncü şəxs İsmayıllı rayon Bələdiyyəsinin nümayəndəsi Fərman Dəmirov izahat verərək göstərdi ki, mübahisə predmeti olan əraziyə yerində baxış keçirilmiş və həmin ərazidə zəbt edilmiş torpaq sahəsi aşkar edilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. 10 iyun 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəlii Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində 0,03 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 61,6 kv.metr yaşayış, 30,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına qeydə alınmışdır. 17 noyabr 2012-ci il tarixli, 407-1928/240 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportu və 20 noyabr 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəlii Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində 0,03 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 127.9 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. 15 sentyabr 2020-ci il tarixli AN-İ №0881815 nömrəli alğı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X6 tam mülkiyyət hüququ üzrə mülkiyyətində İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0,05 hektar torpaq sahəsini Cavabdeh2 satmışdır. 06 oktyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və AA№553244 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0,05 hektar torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. 08 may 2021-ci il tarixli, 205 nömrəli İsmayıllı rayon Bələdiyyəsinin müraciətə cavab məktubundan görünür ki, 06 oktyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış sənədinə və mübahisəli əraziyə yerində baxış keçirilmiş və zəbt edilmiş torpaq sahəsi aşkar edilməməsi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 17 avqust 2021-ci il tarixli, **********08 nömrəli mütəxəssis rəyindən görünür ki, Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli əraziyə baxış keçirilərək çöl ölçmə işləri aparılmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçıların açılmasını tələb etdikləri gediş-gəliş yolunun 0,0190 hektar hissəsi Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən, 0,0110 hektar hissəsi isə bələdiyyə mülkiyyətində olan açıq sahədən keçir. Məhkəmə mübahisə predmetinə aid olan əraziyə mütəxəssisin iştirakı ilə keçirilmiş yerində müayinənin nəticələrini, iş materiallarını və tərəflərin iddia tələbinə münasibətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçıların açılmasını tələb etdikləri gedişgəliş yolunun 0,0110 hektar hissəsi bələdiyyə mülkiyyətində olan açıq sahədən, 0,0190 hektar hissəsi isə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən keçir. Həmin ərazidə zəbt edilmiş torpaq sahəsi aşkar edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, Məhərrəmova Mı̇ rvari Hüseyı̇ n qızı, İsgəndərlı̇ Pənah Bahəddı̇ n oğlunun cavabdehlər Əzı̇ zov Tahı̇ r Əbı̇ l oğlu, Cavabdeh2, üçüncü şəxslər DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və İsmayıllı rayon Bələdiyyəs qızına qarşı Cavabdeh2 tərəfindən zəbt olunmuş İsmayıllı rayonu İsmayıllı kənd əhalisinin ümumi istifadəsində olan gediş-gəliş ictimai yolunun öz hesabına açılması və yoldan istifadə üzrə törədilən maneələrə son qoyulmasına dair iddia tələbləri rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-588/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-588/2021
08.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver