Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-59/2021 04.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Səmədov Pərvı̇ n Əlı̇ zadə oğlunun Cavabdeh Şəhrı̇ yar oğluna qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Səmədov Pərvı̇ n Əlı̇ zadə oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Şəhrı̇ yar oğlundan (bundan sonra cavabdeh) 450 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən avtomobillərin təmir sexinə gələrək elektrik işlərinin görülməsi üçün “VAZ-210632 markalı, ** BG *** qeydiyyat nişanlı avtomobilini orada usta kimi çalışan Cavabdeh təhvil vermişdir. Təxminən saat 18:00-19:00 radələrində ona cavabdeh zəng edərək ona məxsus avtomobilin İsmayıllı rayon Polis şöbəsinə aparıldığını bildirmişdir. O, dərhal polis şöbəsinə gəldikdən sonra ona məxsus avtomobillə cavabdeh ehtiyat hissələri almaq üçün şəhər ərazisinə çıxdığı məlum olmuşdur. Cavabdeh ona məxsus avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə saxlanıldıqdan sonra onun nəqliyyat vasitəsinin idarə edilməsinə dair səlahiyyətinin olmadığı və sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olmuşdur. Bu səbəbdən də ona məxsus “VAZ-210632 markalı, ** BG *** qeydiyyat nişanlı avtomobil polis şöbəsinin dayanacağına gətirələrək orada saxlanılmışdır. İsmayıllı rayon Polis şöbəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunaraq cavabdeh İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə olunmuşdur. O, sonradan cavabdehə avtomobilini polis şöbəsindən çıxarmağı üçün cərimə məbləğini ödənilməsini bildirmişdir. Bundan sonra cavabdeh ona maddi imkanın yaxşı olmadığını bildirərək onun əvəzinə cərimə məbləğini ödəməyini xahiş etmiş və sonra həmin pulu ona qaytaracağını bildirmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə cavabdehin adına olan 450 manat cərimə məbləğini ödəmiş və sonra ona məxsus “VAZ-210632 markalı, ** BG *** qeydiyyat nişanlı avtomobili polis şöbəsindən çıxarmışdır. Bir müddət sonra o, cavabdehə zəng edərək ödədiyi 450 manat pulu qaytarmağını istəsə də o hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Cavabdeh həmin pulu ona qaytarmaq istəmir. Cavabdehdən 450 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, maşın ustası işləyir. İddiaçının avtomobilini sərxoş vəziyyətdə idarə edərkən İsmayıllı rayon Polis şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılmışdır. İddiaçı ona yazılan cərimə məbləğini ödəmişdir. Bundan sonra o, iddiaçının digər maşınında 150 manat məbləğində təmir işləri görmüş və maşınını satarkən üzərində ona məxsus 100 manat məbləğində olan səsucaldan vasitələrini də satmışdır. Onun iddiaçıya 200 manat borcu var və hissə-hissə ödəyəckədir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxxxxx 2020-ci il tarixli İnzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Cavabdeh Şəhrı̇ yar oğlu İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, 450 manat cərimə məbləği ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 20.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia tələbində 450 manat pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçıya 200 manat borcu olduğunu bildirir və hissə-hissə ödəyəcəkdir. İddiaçının 450 manat cərimə məbləğini ödəməsi və nəticədə cavabdehin ona 450 manat məbləğində zərər vurması faktı məhkəmə iclasında sübuta yetirildiyindən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 20,40 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Şəhrı̇ yar oğlundan 450 manat pul və 20,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 470 (dörd yüz yetmiş) manat 40 (qırx) qəpik alınaraq iddiaçı Səmədov Pərvı̇ n Əlı̇ zadə oğluna verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-59/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-59/2021
04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver