Məhkəmə qərarları › İş №2(037)-60/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-60/2021

27.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-60/2021 27.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Dəmı̇ rov Babacan Ağa oğlunun cavabdehlər X2, Abdullayeva Sevı̇ nc İsrafil qızı, Abdullayeva Gülər Mayı̇ s qızı, Abdullayeva Rı̇ ma Mayı̇ s qızı, Abdullayeva Aysu Mayı̇ s qızı və Babışov Yusı̇ f Ramı̇ l oğluna qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və maneələrin aradan qaldırılması tələbi barədə 2(037)-26/2021 nömrəli və iddiaçı X1 cavabdeh Dəmı̇ rov Babacan Ağa oğlu və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair 2(037)-60/2021 nömrəli mülki işlərin materiallarını 27 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında nəzərdən keçirərək məhkəmə müəyyən etdi: İddiaçı Dəmı̇ rov Babacan Ağa oğlunun cavabdehlər X2, Abdullayeva Sevı̇ nc İsrafil qızı, Abdullayeva Gülər Mayı̇ s qızı, Abdullayeva Rı̇ ma Mayı̇ s qızı, Abdullayeva Aysu Mayı̇ s qızı və Babışov Yusı̇ f Ramı̇ l oğluna qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair 2(037)-26/2021 nömrəli mülki iş hazırda məhkəmənin icraatındaır. İddiaçı X1 cavabdeh Dəmı̇ rov Babacan Ağa oğlu və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair 2(037)-60/2021 nömrəli mülki iş də hazırda məhkəmənin icraatındaır. Məhkəmə hər iki mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı Dəmı̇ rov Babacan Ağa oğlunun cavabdehlər X2, Abdullayeva Sevı̇ nc İsrafil qızı, Abdullayeva Gülər Mayı̇ s qızı, Abdullayeva Rı̇ ma Mayı̇ s qızı, Abdullayeva Aysu Mayı̇ s qızı və Babışov Yusı̇ f Ramı̇ l oğluna qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və maneələrin aradan qaldırılması tələbi barədə və iddiaçı X1 cavabdeh Dəmı̇ rov Babacan Ağa oğlu və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbi barədə mülki işlər eyni tərəflərin iştirak etdiyi mülki işlər olmaqla hər iki mülki işdə eyni torpaq sahəsi mübahisə predmetinə aid olduğundan bu işlərin birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir və həmin işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh Dəmı̇ rov Babacan Ağa oğlu və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbi barədə 2(037)-60/2021 nömrəli və iddiaçı Dəmı̇ rov Babacan Ağa oğlunun cavabdehlər X2, Abdullayeva Sevı̇ nc İsrafil qızı, Abdullayeva Gülər Mayı̇ s qızı, Abdullayeva Rı̇ ma Mayı̇ s qızı, Abdullayeva Aysu Mayı̇ s qızı və Babışov Yusı̇ f Ramı̇ l oğluna qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və maneələrin aradan qaldırılması tələbi barədə 2(037)-26/2021 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2(037)-26/2021 nömrəsi verilsin. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar