Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-601/2020 16.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X3 kаtibliyi ilə İddiaçı “ABC TELECOM” X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdəİsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "İddiaçı" Məhdud Məsulı̇yyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İmmergas markalı kombi, Tp-link markalı modem, İMEİ kodu **********28331 olan Samsung J2 markalı telefon üçün 548 manat əsas, 169 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75126 olan Samsung Galaxy J6 markalı telefon üçün 46 manat əsas, 13 manat dəbbə pulu və xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********60622 olan Samsung Galaxy S10+ markalı telefon üçün 2057 manat əsas, 392 manat dəbbə pulu olmaqla 3225 manat borc və 30 manat dövlət rüsumu, cəmi 3255 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018, xx xxxxxx 2019 və xx xxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh İmmergas markalı kombi, Tp-link markalı modem və İMEİ kodu **********28331 olan Samsung J2, İMEİ kodu **********75126 olan Samsung Galaxy J6, İMEİ kodu **********60622 olan Samsung Galaxy S10+ markalı telefonlar almış və nəticədə 3225 manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən ilkin ödənişi 19 manat olan 12 ay müddətinə hər ay 188 manat ödəməklə cəmi 2275 manat dəyərində aldığı İmmergas markalı kombi, Tp-link markalı modem və İMEİ kodu **********28331 olan Samsung J2 markalı telefon üçün borcu 548 manat əsas, 169 manat dəbbə pulu, cəmi 717 manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi olmayan 12 ay müddətinə hər ay 46 manat ödəməklə cəmi 552 manat dəyərində aldığı İMEİ kodu **********75126 olan Samsung Galaxy J6 markalı telefon üçün borcu 46 manat əsas, 13 manat dəbbə pulu, cəmi 59 manat və xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi olmayan 15 ay müddətinə hər ay 187 manat ödəməklə cəmi 2805 manat dəyərində aldığı İMEİ kodu **********60622 olan Samsung Galaxy S10+ markalı telefon üçün borcu 2057 manat əsas, 392 manat dəbbə pulu, cəmi 2449 manat təşkil etmiş və müqavilələr üzrə ümumilikdə 2981 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlandığı halda müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-ə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı cavabdehdən xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İmmergas markalı kombi, Tp-link markalı modem, İMEİ kodu **********28331 olan Samsung J2 markalı telefon üçün 548 manat əsas, 169 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75126 olan Samsung Galaxy J6 markalı telefon üçün 46 manat əsas, 13 manat dəbbə pulu və xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********60622 olan Samsung Galaxy S10+ markalı telefon üçün 2057 manat əsas, 392 manat dəbbə pulu olmaqla 3225 manat borc və 30 manat dövlət rüsumu, cəmi 3255 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasları barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. xx xxxxxx 2018-ci il tarixli 00382161 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 188 manat ödəmək şərti ilə cəmi 2275 manat dəyərində İmmergas markalı kombi, Tp-link markalı modem və İMEİ kodu **********28331 olan Samsung J2 markalı telefon satılmışdır. xx xxxxxx 2019-cu il tarixli 00534425 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi olmayan 12 ay müddətinə hər ay 46 manat ödəmək şərti ilə cəmi 552 manat dəyərində İMEİ kodu **********75126 olan Samsung Galaxy J6 markalı telefon satılmışdır. xx xxxxxx 2019-cu il tarixli 00825243 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi olmayan 15 ay müddətinə hər ay 187 manat ödəmək şərti ilə cəmi 2805 manat dəyərində İMEİ kodu **********60622 olan Samsung Galaxy S10+ markalı telefon satılmışdır. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərinin və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyəti üzrə dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə İmmergas markalı kombi, Tp-link markalı modem və İMEİ kodu **********28331 olan Samsung J2 markalı telefonu üçün 2275 manat məbləğindən 1727 manat ödəniş etmiş, 548 manat əsas və 169 manat dəbbə pulu,xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********75126 olan Samsung Galaxy J6 markalı telefonu üçün 552 manat məbləğindən 506 manat ödəniş etmiş, 46 manat əsas və 13 manat dəbbə pulu və xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********60622 olan Samsung Galaxy S10+ markalı telefonu üçün 2805 manat məbləğindən 748 manat ödəniş etmiş, 2057 manat əsas və 392 manat dəbbə pulu olmaqla 2981 manat ödəniş etmiş, 2651 manat əsas, 574 manat dəbbə pulu, cəmi 3225 manat borcu qalmışdır. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən ilkin ödənişi 19 manat olan 12 ay müddətinə hər ay 188 manat ödəməklə cəmi 2275 manat dəyərində İmmergas markalı kombi, Tp-link markalı modem, İMEİ kodu **********28331 olan Samsung J2 markalı telefon, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi olmayan 12 ay müddətinə hər ay 46 manat ödəməklə cəmi 552 manat dəyərində İMEİ kodu **********75126 olan Samsung Galaxy J6 markalı telefon və xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi olmayan 15 ay müddətinə hər ay 187 manat ödəməklə cəmi 2805 manat dəyərində İMEİ kodu **********60622 olan Samsung Galaxy S10+ markalı telefon almışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı tərəfindən əsas borca dəbbə pulu hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə 548 manat əsas və 169 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 46 manat əsas və 13 manat dəbbə pulu və xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2057 manat əsas və 392 manat dəbbə pulu borcu qalmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İmmergas markalı kombi, Tp-link markalı modem, İMEİ kodu **********28331 olan Samsung J2 markalı telefon üçün 548 manat əsas, 169 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75126 olan Samsung Galaxy J6 markalı telefon üçün 46 manat əsas, 13 manat dəbbə pulu və xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********60622 olan Samsung Galaxy S10+ markalı telefon üçün 2057 manat əsas, 392 manat dəbbə pulu olmaqla 3225 manat borc və 30 manat dövlət rüsumu, cəmi 3255 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə 548 manat, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 46 manat və xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2057 manat olmaqla, cəmi 2651 manat əsas borc cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması və cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə 169 manat, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 13 manat və xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 392 manat olmaqla, cəmi 574 manat dəbbə pulunun alınmasına dair hissələri qismən – xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə 30 manat, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 13 manat və xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 50 manat dəbbə pulu olmaqla, cəmi 93 manat dəbbə pulu həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216- 220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə 548 manat əsas, 30 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 46 manat əsas, 13 manat dəbbə pulu və xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 2057 manat əsas, 50 manat dəbbə pulu olmaqla, 2651 manat əsas, 93 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2774 (iki min yeddi yüz yetmiş dörd) manat məbləğ alınaraq iddiaçı “ABC TELECOM” X2 ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-601/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-601/2020
16.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver