Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-614/2021 12.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər "xxxx" MMC, Azərbaycan Respublı̇ kasi Nəqliyyat, Rabı̇ tə və Yüksək Texnologı̇ ya Nazı̇ rliyi "xxxx" MMC-nin İsmayıllı filialı və üçüncü şəxs "xxxx" MMCyə qarşı vurulmuş zərərin ödənilməsi və icarə müqaviləsi bağlamaq öhdəliyinin qoyulması tələbinə dair mülki işə 12 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC, Azərbaycan Respublı̇ kasi Nəqliyyat, Rabı̇ tə və Yüksək Texnologı̇ ya Nazı̇ rliyi "xxxx" MMC-nin İsmayıllı filialı (bundan sonra "xxxx" MMCnin İsmayıllı filialı) və üçüncü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublı̇ kasi Nəqliyyat, Rabı̇ tə və Yüksək Texnologı̇ ya Nazı̇ rliyi "xxxx" MMC-nin İsmayıllı filialından müştərək qaydada vurulmuş 5000 manat məbləğində maddi zərərin alınıb ona verilməsi və cavabdeh "xxxx" MMC tərəfindən zəbt edilmiş torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlanması öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsi işə iddiaçının işirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçının qanuni mülkiyyətində olan, İsmayıllı rayonu Buynuz kəndində yerləşən 0,91 hektar əkin torpaq sahəsinin 1250 kv.metr hissəsi cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin İsmayıllı filialı tərəfindən qanunsuz və icazəsiz zəbt edilərək, habelə iddiaçı ilə icarə müqaviləsi bağlanmadan həmin ərazidə internet xətti üçün kabel çəkilmişdir. İddiaçı bu barədə hər iki təşkilata şifahi və rəsmi qaydada zərərin ödənilməsi və icarə müqaviləsi bağlanmasını bildirməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Cavabdeh "xxxx" MMC-nin İsmayıllı filialı tərəfindən iddiaçının rəsmi müraciətinə cavab olaraq qanunsuz çəkilmiş kabel xəttinin Azercell Telekom" MMC-yə məxsus olması, kabelin qazılaraq qoyulması onlar tərəfindən deyil, "xxxx" MMC tərəfindən icra edildiyi, onlar tərəfindən isə yalnız texniki köməklik göstərildiyi bildirilmişdir. Bundan başqa iddiaçı zərərin ödənilməsi və icarə müqaviləsinin bağlanması tələbi ilə cavabdeh "xxxx" MMC-yə rəsmi qaydada müraciət etsə də müraciətinə heç bir münasibət bildirilməmişdir. İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin İsmayıllı filialını "xxxx" MMC ilə əvəz edilməsini istəmir. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində 5000 manat məbləğində maddi zərər çəkməklə yanaşı qanuni mülkiyyətindən məhrum olmuşdur. İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin İsmayıllı filialından müştərək qaydada vurulmuş 5000 manat məbləğində maddi zərərin alınıb ona verilməsini və cavabdeh "xxxx" MMC tərəfindən zəbt edilmiş torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlanması öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu Buynuz kəndində Fiber Optik kabelin quraşdırılması işi planlaşdırılmış və həmin radio-baza stansiyası lazımi rəsmiləşdirmə işləri aparılmaqla müvafiq müqavilə bağlanmaq şərti ilə quraşdırılmışdır. İddiaçının qeyd etdiyi kabel xəttinin quraşdırılması üçün həmin ünvanda Fiber Optik kabel çəkiliş işlərini "xxxx" MMC həyata keçirmişdir. Həmin kabel xətti iddiaçının torpaq sahəsindən deyil, X2 mülkiyyətindən dirəklər üzərindən çəkilmişdir. Cavabdeh1 MMC ilə Rəşid Həsənov arasında 20 sentyabr 2011-ci il tarixində 2011-0896 saylı birgə fəaliyyət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MMC Rəşid Həsənovun mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndində yerləşən xüsusi torpaq sahəsində radio-baza stansiyasının qurulması üçün qeyd edilən torpaq sahəsini icarəyə götürmüşdür. İddiaçıya məxsus torpaq sahəsində heç bir kabel xətti çəkilməmişdir. İcazələrin və texniki şərtlərin alınması müqavilə öhdəliyi olaraq Cavabdeh1 MMC ilə müqavilə bağlayan "xxxx" MMC-nin üzərinə düşdüyü üçün xidməti həyata keçirən "xxxx" MMC-nin hüquq və vəzifələrinə təsir edir. 2018-0758 saylı 14 dekabr 2018-ci il tarixli müqavilənin 1.1-ci maddəsinə görə müxtəlif təmir-quraşdırma işlərin icrası ilə bağlı "xxxx" MMC öhdəlik götürmüşdür. Həmin Müqavilənin 4.1.7 bəndinə əsasən işlərin görülməsi və tapşırıqların icrası zamanı Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan əməyin mühafizəsi, texniki təhlükəsiszlik, tikinti, ətraf mühitin mühafizəsi və digər müvafiq qaydaların təmin edilməsini, zəruru icazələrin və sertifikatların öz hesabına alınmasını öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır. Hazırki iş üzrə Cavabdeh1 MMC iddia tələbinə cavab verməli şəxs deyil. İddiaçının Cavabdeh1 MMC-yə qarşı iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-nin İsmayıllı filialının nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçının qeyd etdiyi kabel xətti “Azercell Telekom" MMC-yə məxsus olmaqla, həmin kabel xəttinin quraşdırılması "xxxx" MMC tərəfindən icra edilmişdir. Həmin kabel xəttlərinin çəkilməsi onlara aid deyil. Onlar tərəfindən yalnız texniki köməklik göstərilmişdir. Hazırki iş üzrə "xxxx" MMC-nin İsmayıllı filialı iddia tələbinə cavab verməli şəxs deyil. İddiaçının "xxxx" MMC-nin İsmayıllı filialına qarşı iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. JN 0062 KOD 40727048 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 23 aprel 1998-ci il tarixli 47 nömrəli qərarı ilə İsmayıllı rayonun Buynuz kəndi ərazisindən 0,91 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi İddiaçı, X3 və X1 mülkiyyətinə verilmişdir. 20 sentyabr 2011-ci il tarixli 2011-0896 nömrəli birgə fəaliyyət müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 MMC radio-baza stansiyasının qurulması üçün X2 mülkiyyətində olan İsmayıllı rayonu Buynuz kəndində yerləşən torpaq sahəsini icarəyə götürmüşdür. 14 dekabr 2018-ci il tarixli 2018-0758 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC tərəfindən "xxxx" MMC ilə təmir-quraşdırma işlərinin görülməsi barədə müqavilə bağlanmışdır. "xxxx" MMC-nin İsmayıllı filialının 21 aprel 2021-ci il tarixli, 4/928 nömrəli məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq, çəkilmiş kabel xəttinin Azercell Telekom" MMC-yə məxsus olması, kabelin qoyulması onlar tərəfindən deyil, "xxxx" MMC tərəfindən həyata keçirildiyi, onlar tərəfindən isə yalnız texniki köməklik göstərildiyi bildirilmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Araşdırma zamanı müəyyən edildi ki, İsmayıllı rayonu Buynuz kəndində kabel xəttlərinin quraşdırılması işi və həmin radio-baza stansiyası lazımi rəsmiləşdirmə işləri aparılmaqla müvafiq müqavilə bağlanmaq şərti ilə "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Həmin kabel xəttləri Cavabdeh1 MMC ilə X4 arasında bağlanmış birgə fəaliyyət müqaviləsinə əsasən Rəşid Həsənovun mülkiyyətində olan torpaq sahəsindən çəkilmişdir. İcazələrin və texniki şərtlərin alınması müqavilə öhdəliyi olaraq Cavabdeh1 MMC ilə müqavilə bağlayan "xxxx" MMC-nin üzərinə düşür. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin İsmayıllı filialının "xxxx" MMC ilə əvəz edilməsi hüququnun olması izah edilsə də o, bununla razılaşmamışdır. İddiaçı iddia tələbində cavabdehlərdən maddi zərərin əvəzi kimi 5000 manat tələb etsə də həmin faktları təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC, Azərbaycan Respublı̇ kasi Nəqliyyat, Rabı̇ tə və Yüksək Texnologı̇ ya Nazı̇ rliyi "xxxx" MMC-nin İsmayıllı filialı və üçüncü şəxs "xxxx" MMCyə qarşı cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublı̇ kasi Nəqliyyat, Rabı̇ tə və Yüksək Texnologı̇ ya Nazı̇ rliyi "xxxx" MMC-nin İsmayıllı filialından müştərək qaydada vurulmuş 5000 manat məbləğində maddi zərərin alınıb ona verilməsi və cavabdeh "xxxx" MMC tərəfindən zəbt edilmiş torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlanması öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulmasına dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-614/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-614/2021
12.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver