Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-626/2020 04.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Alışanov Akı̇f Vəlı̇ oğlunun Cavabdeh Qədı̇m oğluna qarşı borc tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Alışanov Akı̇f Vəlı̇ oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Qədı̇m oğlundan (bundan sonra cavabdeh) 1750 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1780 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh ondan 5000 manat məbləğində pul almış və qısa müddət ərzində qaytaracağına söz vermişdir. O, polisə müraciət etdikdən sonra cavabdeh borcun bir hissəsini qaytarmış və 1750 manat borcu qalmışdır. Cavabdehdən 1750 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1780 manat məbləğinin alınaraq ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçıdan ayrı-ayrı vaxtlarda 4600 manat məbləğində pul almışdır. O, iddiaçıya olan borcunun bir hissəsini qaytarmış və 1700 manat borcu qalmışdır. O, maddi vəziyyəti yaxşı olmadığından borcun qalan hissəsini ödəyə bilməmişdir. İddiaçıya olan borcunu hissəhissə, 30-40 manat miqdarında ödəməsinə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. HK-1/849 saylı material üzrə xx xxx 2019-cu il tarixli qərarın surətindən müəyyən edilir ki, Alışanov Akı̇f Vəlı̇ oğlunun Bakı şəhəri Yasamal RPŞ-nə ərizəsi əsasında toplanmış material ətrafında araşdırma aparılmış və araşdırılan xüsusatlarda cinayət tərkibi olmadığından HK-1/849 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia tələbində 1750 manat əsas borc məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya 1700 manat borcu olduğunu və həmin borcu hissə-hissə ödəyəcəyini bildirir. Şərh edilənlərə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cümaddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Qədı̇m oğlundan 1750 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 1780 (bir min yeddi yüz səksən) manat məbləği alınaraq iddiaçı Alışanov Akı̇f Vəlı̇ oğluna verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-626/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-626/2020
04.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver