Məhkəmə qərarları › İş №2(037)-651/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-651/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-651/2020 14.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “VAZ 21154” markalı, **-NL- *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 500 (beş yüz) manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx xxxxxx 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “VAZ 2107” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi olan cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh özünəməxsus olan “VAZ 2107” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək xx xxxxxx 2019-cu il tarixdə saat 16:52 –də M.F.Axundov küçəsi ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə “VAZ 21154” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi nəticəsində sonuncu avtomobilin sahibinə maddi zərər dəymişdir. Hadisə ilə bağlı İsmayıllı RPŞ-nin DYPB tərəfindən aparılmış araşdırma nəticəsində cavabdehin avtomobili sürücülük hüququ olmadan idarə etməsi məlum olmuş, cavabdehin barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə X2 protokol tərtib edilmişdir. Əmlak üzrə ekspert tərəfindən “VAZ 21154” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 500 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən həmin məbləğ avtomobilin sahibinə ödənilmişdir. Qeyd olunan yolnəqliyyat hadisəsi nəticəsində cavabdehə 500 manat məbləğində sığorta ödənişi etdiyinə görə iddiaçının cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ var. İddiaçı “VAZ 21154” markalı, **-NL-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 500 (beş yüz) manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edir. İcbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, “VAZ 2107” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən 1 il müddətinə İddiaçı Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. xx xxxxxx 2019-cu il tarixli İXP ******* nömrəli X2 protokoldan müəyyən edilir ki, cavabdeh həmin tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. xx xxxxxx 2019-cu il tarixli hadisə barədə məlumatdan müəyyən edilir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 15:00-da İsmayıllı şəhəri, Axundov küçəsində Cavabdeh idarə etdiyi “VAZ 2107” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən qaydanı pozmuş, nəticədə X3 oğluna məxsus “VAZ 21154” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə zamanı avtomobilin qabaq tərəfi deformasiyaya uğramışdır. Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən müəyyən edilir ki, “VAZ 21154” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 500 manatdır. xx xxxxxx 2019-cu il tarixli, 0349/FQ/CML-0338/2019 nömrəli sığorta aktından müəyyən edilir ki, “VAZ 2107” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 oktyabr 2018-ci il tarixdən 1 il müddətinə sığortalanmış və xx xxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 məxsus “VAZ 21154” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat məbləğində maddi ziyan dəymişdir. xx xxxxxx 2019-cu il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, iddiaçı tərəfindən 500 manat məbləğində sığorta ödənişi Paşa Bank vasitəsilə X1 ödənilmişdir. xx xxxx 2020-ci il tarixli ********* nömrəli rüsum qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Araşdırma zamanı müəyyən edildi ki, “VAZ 2107” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx xxxxxxx 2018-ci il tarixdən bir il müddətinədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə saat 16:52 –də “VAZ 2107” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.F.Axundov küçəsi ilə hərəkətdə olarkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək yol hərəkəti qaydalarını pozmuş, X1 məxsus “VAZ 21154” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsi nəticəsində sonuncu avtomobilin sahibinə maddi zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli İXP ******* nömrəli X2 Protokolda cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə uyğun olaraq “VAZ 21154” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan 500 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən həmin məbləğ X1 ödənilmişdir. İddiaçı “VAZ 21154” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 500 (beş yüz) manat sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Cavabdehin inzibati məsuliyyətə cəlb edilməsinə dair xx xxxxxx 2019-cu il tarixli X2 protokol ilə yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21154” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 500 manat sığorta məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh “VAZ 21154” markalı, **-NL-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurduğu ziyana görə ödənilmiş 500 (beş yüz) manat sığorta ödənişi və 30 manat dövlət rüsumu, cəmi 530 (beş yüz otuz) manat məbləğ alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar