Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-671/2023 16.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ortaq(birgə) mülkiyyətə maya kimi qoyduğu 10000(on min) ABŞ dolları, yəni 17000(on yeddi min) manat və 2020-ci ilin yanvar ayından mağazada olan alverdən ona hər ay gəlir kimi ödəməli olduğu 300(üç yüz) manat olmaqla 12900(on iki min doğuz yüz) manat və ödənilmiş 173,40(yüz yetmiş üç manat qırx qəpik) dövlət rüsumu, ümumilikdə 30073,40(otuz min yetmiş üç manat qırx qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-ci ilin oktyabr ayında sinif yoldaşı və yaxın dostu olan Baxtiyar adli səxslə birgə biznes fəaliyyəti ilə məşgul olmaq haqqında söhbət edən vaxt ona bildirmişdir ki, artıq özü İsmayıllı şəhərində ticarətlə məşğul olmaq istəmir, əgər o belə bir fəaliyyətlə məşğul olmaq istəyirsə özünün də tanıdığı Ramiz adlı şəxslə birgə biznes fəaliyyəti ilə məşğul ola bilərlər. Baxtiyar bildirmişdir ki, Ramiz uzun müddətdir başqa şəxslərə məxsus olan mağazada avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olub, bu sahədə kifayət qədər təcrübə qazanıb və hal-hazırda bekardır, razılığa gələ bilsəniz birgə biznes fəaliyyəti ilə məşğul olub gəlir əldə edə bilərsiniz. O, Ramizlə görüşüb, Baxtiyarla aralarında olan söhbət haqqinda ona məlumat verərərk bildirmişdir ki, əgər istəyirsə hardansa bir yer icarəyə götürüb və birgə iş quraraq avtomobil hissələrinin alğı-satqısı ilə məşğul olsunlar. Ramiz onunla razılaşmış və bildirmişdir ki, ortaq pul qoyaraq birgə avtomobil hissələrini Bakı və Sumqayıt şəhərlərində yerləşən maşın bazarlarında olan topdan satış mərkəzlərindən gətirib, yaşadıqları İsmayıllı şəhərində satsınlar. Onlar İsmayıllı şəhərində münasib yerdə yerləşən Azər adlı şəxsə məxsus mağaza binasını icarǝyǝ götürərərk Ramizə 6 000(altı min) manat ilkin pul vermiş və oda bir miqdar pul qoyaraq, Sumqayit va Bakı şəhərində olan maşın bazarlarında yerləşən avtomobil hissələrinin topdan satışı ilə məşğul olan yerlərdən bir neçə dəfə ehtiyat hissələrini alıb gətirərərək İsmayıllı şəhərində açdıqları maşınların ehtiyat hissələrinin satışı mağazasının vitrinlərinə yığdıqdandan sonra 2009-cu ilin noyabr ayında mağazanın açılışını etmişlər. İllk vaxtlar arada o da mağazada durmuş, amma onun alverdə səriştəsi olmadığı üçün qiymətlərdə səhvə yol verdiyindən razılığa gəlmişlər ki, alver işi ilə ancaq Ramiz məşğul olsun, o isə ona digər işlərin görülməsində yardımçı olsun. Onlar razılğa gəlmişlər ki, birgə mülkiyyətlərində olan mağazadan gəlir kimi hər ay Ramiz ona 300 (üç yüz) manat gəlir verəcək. İlk 6 ay o gəlir götürməmişdir ki, onun mağazaya, yəni birgə mülkiyyətə qoyduğu mayası birgə mülkiyyəti olan mağazada 10 000 (on min) ABŞ dolları olsun. Həmin vaxt 1 dolların məzənnəsi Azərbaycan manatı ilə 0,78 manat idi Mağazada, yəni ümumi amlakda onun qoyduğu maya 10 000 ( on min) ABŞ dolları olandan sonra Ramiz ona hər ay mayaya dəymədan aylıq gəlirdan 300 (üç yüz) manat gəlir kimi pul vermyə başlamış, onlar Ramizlə birlikdə mağazanı ümumi amlak kimi işlətmışlər. 2013-ci ilin dekabr ayına kimi Ramizlə aralarında hər şey normal getmiş və har ayın axırında Ramiz birga mülkiyyətləri olan mağazanın aylıq gəlirindən ona 300 manat vermişdir. 2014-ci ilin ilk ayından Ramiz bildirmişdir ki, alver zayifləyib, belə olan halda onlar mağazanı başqa bir yerə köçürmüşlər və bir müddət gəlir götürməmişlər. İlk başlarda o, Ramizin dedikləri ilə razılaşmışdır. Belə ki, həqiqətən də yeni yerdə alver zəif gedirdi, eyni zamanda Ramiz həm xəstə idi, həm də ali məktəbdə ödanişli formada uşaq oxutdururdu. Belə olan halda o, ümumi gəlirdən pay almamışdır ki, onun bir yoldaş köməyi olsun, ancaq lazım olanda öz şəxsi avtomobili üçün lazımi ehtiyat hissələrini, təkər və sairə götürümüşdür. 2020-ci ilin yanvar ayında onlar yenidən mağazanı əvvəlki yerin yanında yerləşən başqa bir yerə köçürtmüş, alver yaxşılaşmış və o Ramizə bildirmişdir ki, artıq hər ay gəlirdən onun payını, yəni razılaşdıqları 300 manat pulu ona ödəsin və Ramiz bununla razılaşmışdır. Amma hər ayın axırında müxtəlif bəhanələrlə gəliri ödəməkdən boyun qaçırtmış, gah pulu yeni ehtiyat hissələrin gətirilməsinə verdiyini, gah da başqa bəhanələrlə pulunu ödəməmişdir. O məcbur qalaraq onunla konkret söhbət etmişdir ki, ya har ay 300 manatını infilasiyaya uyğun ödəsin, ya da birgə mülkiyyət olan mağazada olan mala maya kimi qoyduğu 10 000 ABŞ dollarını, indiki məzənnə ilə milli manatla 17 000 (on yeddi min) manatını və 2020-ci ilin yanvar ayından gəlir kimi ödəmədiyi har ay 300 manat pulunu versin ki, onlar birgə mülkiyyətlərində olan mağazadan ayrılsınlar. Ramiz birgə mülkiyyətləri olan avtomobil ehtiyat hissələrinə qoyduğu 10 000 ABŞ dollarını nə də gəlir kimi hər ay ona verməli olduğu 300 manatı ödəmək istəmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq göstərdi ki, cavabdehə 6000 manat məbləğində pul vermiş, lakin həmin dövrdə manatın dollara olan məzənnəsi 0,78 manat olduğundan və hazırda 1 ABŞ dollarının manata məzənnəsi 1,70 manat olduğundan tələb 10000 ABŞ dolları dəyərində olmalıdır. Eyni zamanda 2014-cü ildən 2020-ci il tarixədək olan dövr ərzində cavabdehin səhhətində olan problemlə və alverin zəifləməsi ilə əlaqədar o, ümumiyyətlə cavabdehdən pul tələb etməmiş, yalnız aralarında olan razılaşmaya əsasən müxtəlif vaxtlarda mağazadan ehtiyat hissələri götürmüşdür. Həmin götürdüyü ehtiyat hissələrinin isə dəyəri 4000 manatdan çox azdır və bu məbləğ 1300 manat civarındadır. Eyni zamanda 2009-cu il tarixdən 2013-cü il tarixədək ona ödənilən pul aralarında olan razılaşmya əsasən qazancdan ödənilmiş puldur və hər qazancdan sonra yenidən ehtiyat hissələri alınaraq mağazaya satışa qoyulmuşdur, qoyulmuş maya isə yerində qalmışdır. Lakin cavabdeh ümumi qazancdan əldə edilən gəlir hesabına verdiyi pullarla kifayətlənərək ona pul verməkdən imtina edir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, 2009-cu ilin oktyabr ayında işdən çıxdıqdan sonra Zaman ona birgə işləməyi təklif etmiş və birgə ehtiyat hissələrinin satışı ilə məşğul olmaq üçün ona 6000 manat pul vermiş, o isə kredit və borc alaraq 15000 manat qul qoyaraq ümumilikdə 21000 manalta işə başlamışlar. İşə başlamamışdan əvvəl onlar Zamana hər ay 300 manat verəcəyi barədə razılığa gəlmişlər. Lakin, həmin müddətdə Zamanın ona heç bir köməyi dəyməmiş, bütün işləri o özü tək həll etmişdir. 2013-cü ildə yeni düküna köçmüş, sonra İrana müalicəyə getmişdir. Ölkəyə qayıtdıqda isə o, mağazanı tək boşaltmış və yeni mağazaya köçərək oradaki bütün işləri (təmir, quraşdırma və s) də o özü tək həll etmişdir. İlk vaxtlar Zamana hər ay razılaşdıqları 300 manatı ödəmiş, eyni zamanda Zaman özünün istifadəsində olan avtomaşına lazım olan ehtiyat hissələrini də mağazadan götürmüşdür. Belə ki, ötən müddət ərzində Zaman hər ay ona verilən puldan əlavə olaraq maşını üçün 4000 manat dəyərində ehtiyat hissələri götürmüş, əlavə olaraq isə həmin dövrlərdə, yəni 2013-cü il tarixədək ona ehtiyat hissələri də daxil olmaqla, ümumilikdə 16000 manat pul ödəmişdir. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, tərəflərin hər ikisini tanıyır. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2009-cu ildə Bakı şəhərində işlədiyi vaxt Zaman ona zəng edərək bildirmişdir ki, 8000 ABŞ dolları pulu vardır və iş qurmaq istəyir. Zamana bildirmişdir ki, artıq o Bakı şəhərində iş qurmuşdur. Zamana təklif etmişdir ki, İsmayıllı rayonunda avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan Ramizlə danışıb bir yerdə mağaza açıb işləsinlər. Zamanla Ramizin uzun müddət birgə işləmələrindən məlumatı olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, habelə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 02 avqust 2023-cü il tarixli, **********277600 saylı ödəniş və dövriyyə barədə arayışdan görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN **********) vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrinə əsasən 2020, 2021, 2022 və 2023-cü ilin 1-ci və 2ci rübləri üzrə cəmi dövriyyəsi 59182,6(əlli doqquz min bir yüz səksən iki manat altmış qəpik) olmuş. 2020, 2021, 2022 və 2023-cü ilin yeddi ayı ərzində dövlət büdcəsinə 1073 mamat vergi ödəmişdir. Beləliklə, işin həqiqi halları, tərəflərin izahatları, şahid ifadəsi və işin digər sənədləri ilə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər 2009-cu il tarixdə avtomobil ehtiyat hissələrinin satışı fəaliyyəti ilə məşğul olmaq üçün ortaq fəaliyyətə başlamışlar. İddiaçı sözügedən fəaliyyətin həyata keçirilməsi üçün 6000 manat, cavabdeh isə 15000 manat məblığində vəsait qoymuşdur.(bu işin mübahisəsiz halıdır.) Belə ki, iddiaçı iddia ərizəsində 10000 ABŞ dolları məbləğibdə pul qoyduğunu bildirsə də məhkəmə iclasında həmin məbləğin 6000 manat olduğu müyyən edilmiş, lakin həmin dövrdəki dolların manata məzənnəsi nəzərə alınmaqla məbləğin 10000 ABŞ dolları kimi qeyd edildiyi müəyyən edilmişdir. Belə ki, tərəflər 2009-cu il tarixdən 2013-cü il tarixədək şərikli fəaliyyət göstərməklə avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olmuş, tərəflər arasında razılaşmaya əsasən həmin avtomobil hissələrinin satışından əldə edilmiş gəlir hesabına iddiaçıya cavabdeh tərəfindən hər ay 300 manat pul verilmişdir. 2014-cü ildən 2020-ci il tarixədək müxtəlif səbəblərdən (cavabdehin xəstələnməsi, alverin zəif olması və s) tərəflərin fəaliyyətində durğunluq yaranmış, həmin dövrdə cavabdeh tərəfindən iddiaçıya qərarlaşdırdıqları 300 manat məbləğində gəlir ödənilməmiş, lakin iddiaçı sözügdən mağazadan müxtəlif ehtiyat hissələri götürmüşdür.(bu hal da işin mübahisəsiz halıdır.) Həmin müddətdə (2014-2020) iddiaçının cavabdehdən ümumiyyətlə heç bir tələbi yoxdur. Belə ki, iddiaçı bunu cavabdehin xəstə olması və o dövrlərdə alverin zəif olması və bunu insanlıq halı ilə əlaqələndirir. Lakin cavabdeh həmin dövrdə iddiaçı tərəfindən görütülmüş ehtiyat hissələrinin dəyirinin 4000 manat olduğunu, iddiaçı isə həmin məbləğin şişirildiyini, həmin məbləğin 1300 manat civarında olduğunu, eyni zamanda 7 il ərzində alverdən ona çatası payını istmədiyini, lakin müxtəlif vaxtlarda mağazadan ehtiyat hissələri götürməsi barədə cavabdehlə əvvəlcədən razılaşdığını, ümumiyyətlə 2014-cü ildən 2020-ci il tarixədək ona ödəniləcək 300 manat pulu hesablandıqda 4000 manatdan daha çox məbləğ etdiyini, buna baxmayaraq o, yuxarıda qeyd etdiyi əsaslara görə həmin dövr üçün pul tələb etmədiyini bildirir. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasının müəyyən edilməsini zəruri hesab edəir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi tərəflər arasında avtomobil ehtiyat hissələrin satışı ilə bağlı şərikli öhdəlik münasibətləri yaranmış. Bu hal isə mülki qanunvericilidə fiziki şəxslərlə bağlı müddəalarda yer almamaqla, yalnız hüquqi şəxslərə münasibətdə tənzimlənməkdədir. Belə olan halda məhkəmə hazırki iddianın qanuni əsasını yalnız qanunun analogiyasını tətbik etməklə müəyyənləşdirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Qeyd edilən Məcəllənin 64.1 və 64.2-ci maddələrinə əsasən, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Göstərilən Məcəllənin 69.1-ci maddəsinə əsasən, ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 71.1-ci madəsinə əsasən tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir. Tam ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar nəzərdə tutula bilər. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət göstərə bilər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən əgər ortaqlığın düşdüyü zərər nəticəsində onun xalis aktivlərinin dəyəri şərikli kapitalının miqdarından az olarsa, ortaqlığın götürdüyü mənfəət, xalis aktivlərin dəyəri artıb şərikli kapitalın miqdarını ötənədək onun iştirakçıları arasında bölüşdürülmür. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2009-cu ildə şərikli (ortaq) fəaliyyət haqqında şifahi razılaşma olmuş, 2009-cu ildən 2013cü ilədək tərəflər razılşmanın şərtlərinə əməl edərək qarşılıqlı şəkildə fəaliyyət göstərmişlər. Lakin 2013-cü ilin sonlarında tərəflərin fəaliyyətlərində müxtəlif səbəblərdən durğunluq olduğundan iddiaçı 2014-2020-ci illər üçün hər hansı bir tələb irəli sürmür. Lakin cavabdeh həmin dövrlər ərzində iddiaçı ilə birgə fəaliyyət göstərdikləri mağazadan 4000 manat məbləğində ehtiyat hissələrinin götürdüyünü və ona 12000 manat qazancdan pul verdiyini iddia edir. İddiaçı isə 2009-2013-cü illər ərzində mağazadan gələn gəlirdən razılaşdıqları məbləğin ona verildiyini və aralarında olan razılaşma əsasında müxtəlif vaxtlarda mağazadan ehtiyat hissələri götürdüyünü etiraf edir, lakin həmin məbləğin 4000 deyil 1300 manat dəyərində olduğunu, nəticədə 2014-cü ildən 2020-ci il tarixədək alacağı məbləğ hesablandıqda həmin məbləğin cavabdehin qeyd etdiyi 4000 manatdan qat-qat artıq olduğunu və bu səbəbdən də həmin mübahisənin lüzumsuz olduğunu qeyd edir. Bundan başqa iddiaçı 2009-cu ildə şərikli fəaliyyət üçün cavabdehə 6000 manat pul verdiyini və həmin dövrdə dolların manatla məzənnəsini 0,78 manat olduğunu qeyd edərək hazırki tələbini 10000 ABŞ dolları nisbətində tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 2009-cu ildə şərikli fəaliyyət üçün 10000 ABŞ dolları verdiyini bildirsə də bu hal məhkəmə iclasında öz təsdiqini tapmamış, eyni zamanda iddiaçı bu fakt barədə istinad etdiyi halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı məhkəmə iclas zamanı 6000 manat məbləlğini məhz manat şəklində verdiyini, lakin həmin dövrdə dolların manata olan məzənnəsi 0,78 manat olduğu üçün iddia tələbini 10000 ABŞ dolları kimi qiymətləndirdiyini etiraf etmişdir. Belə olan halda iddiaçı sözügedən tələbin ABŞ dolları ilə müəyyənləşdirməsində haqlı deyildir. Eyni zamanda məhkəmə 2014-cü il tarixdən 2020-ci il tarixədək iddiaçı tərəfindən ortaq işlətdikləri mağazadan 4000 manat dəyərində ehtiyat hissələri götürdüyü barədə cavabdehin etiraz mülahizəsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, iddiaçı 2014-cü ildən 2020-ci il tarixədək cavabdehdən ümumiyyətlə hər hası pul tələb etmir. Belə ki, 2014-cü il tarixdən 2020-ci il tarixədək olan dövrdə tərəflərin əvvəlcədən razılaşdırdıqları şəkildə iddiaçının həmin dövrlərə aid gəlirdən pul istəməməsi müqabilində müxtəlif vaxtlarda ehtiyat hissələri götürməsini, həmin dövrlərdə həm cavabdehin sağlamlığında, həm də alverdə olan durğunluqla bağlı özünün cavabdehə etdiyi güzəşt kimi dəyərləndirir.(bu halı cavabdeh də təsdiq edir) Məhkəmə hesab edir ki, 2014-cü il tarixdən 2020-ci il tarixədək tərəflər arasında razılaşmaya əsasən iddiaçıya veriləcək hər ay 300 manat dəyərində məbləğ, hətda iddiaçı tərəfindən 4000 manat dəyərində ehtiyat hissələrinin götürüldüyü qəbul edilsə belə həmin məbləğdən (300 manat x 7 il(84 ay=25.200 manat) qat-qat çoxdur. Eyni zamanda yuxarıda da qeyd edildiyi kimi, hazırki mübahisə 2020-ci ildən 2023-cü ilədək olan dövrü əhatə edir. Belə olan halda məhkəmə sözügedən mübahisədə iddiaçı tərəfindən hansı məbləğdə ehtiyat hissələrinin götürüldüyünün araşdırılmasını zəruri hesab etmir. Məhkəmə özünün bu mövqeyini prosessual qənaət prinsipi ilə izah edir. Tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğundan və həmin öhdəlik münasibətləri hal-hazırki vaxtadək davam etdiyindən, hazırki mübahisəyə Mülki Məcəllənin əsassız varlanamaya aid müddəalarının tətbiqi istisna olunur. Ona görə də məhkəmə hazırki tələbə mülki qanunvericiliyin öhdəlik münasibətlərini tənzimləyən ümumi hissəsinin müvafiq maddələrinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “ Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ortaq mülkiyyətə maya kimi qoyulmuş 6000 manat, 2020-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayına kimi yəni üç il yeddi ay üçün mağazada olan alış-verişdən əldə olunan gəlirdən hər ay 300 manat olmaqla cəmi 12900 manat və 146,7 manat dövlət rüsumu, ümumilikdə 19046 (on doqquz min qırx altı) manat 70 (yetmiş) qəpik alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 173,40 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 146,70 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ortaq mülkiyyətə maya kimi qoyulmuş 6000 manat, 2020-ci ilin yanvar ayından 2023-cü ilin iyul ayına kimi yəni üç il yeddi ay üçün mağazada olan alış-verişdən əldə olunan gəlirdən hər ay 300 manat olmaqla cəmi 12900 manat və 146,7 manat dövlət rüsumu, ümumilikdə 19046 (on doqquz min qırx altı) manat 70 (yetmiş) qəpik alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-671/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-671/2023
16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver