Məhkəmə qərarları › İş №2(037)-686/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-686/2023

13.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-686/2023 13.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 13 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən BPM**********40 saylı tam kredit kartı müqaviləsi üzrə və 256KYLL193160501 saylı kredit müqaviləsi üzrə 16 dekabr 2021-ci ildən 06 fevral 2023-cü il tarixədək ödənilmiş 3634,46 manat pulun yarı hissəsi, yəni 1817,23 manat pulun, ödənilməmiş 1487,91 manat pulun yarısı, yəni 744 manat pulun – cəmi 2561,23 manat pulun, mediasiya sessiyasında ödənilmiş 50 manat pulun və 46 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, cavabdehlə 16 avqust 2012-ci il tarixdə nikaha daxil olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə ailə münasibətləri pozularaq ayrılmışlar. O, cavabdehlə nikahda olduğu dövrdə sonuncu, bir neçə dəfə onun adına müxtəlif banklardan kreditlər görürmüşdür. Sonuncu dəfə isə cavabdeh "xxxx" ASC ilə onun arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli 256KYLL193160501 saylı kredit müqaviləsinə əsasən 4750 manat məbləğində kredit və 12 noyabr 2019-cu il tarixli BPM**********40 saylı tam kredit kartı müqaviləsinə əsasən 1400 manat məbləğində kredit götürmüşdür. Qeyd olunan pul vəsaitlərini cavabdeh şəxsi xərclərinə istifadə etmişdir. Bankların kredit kartları da həmişə cavabdehdə olmuş və kartdan istədiyi kimi istifadə etmişdir. Banklardan götürülmüş pulları isə cavabdeh daim ona ödətdirmişdir. Cavabdeh ailənin xərclərində iştirak etməmiş və ümumiyyətlə ailənin qayğısına qalmamışdır. Cavabdehlə boşanmağının əsas səbəblərindən biri də həmin hallar olmuşdur. O, cavabdehdən 16 dekabr 2021-ci il tarixdə faktiki ayrılaraq valideynlərinə məxsus evə gəlmişdir. Həmin vaxtdan sonra isə banklardan ona gələn zənglərə görə məcbur olub borcları ödəməli olmuşdur. Dəfələrlə cavabdehdən banka olan borclarını ödəməsini tələb etsə də sonuncu, heç vaxt borcunu ödəməmişdir. Hazırda da cavabdehdən banka olan borcunu ödəməsini tələb etsə də sonuncu, borcunu ödəməkdən imtina edir. Qeyd olunan kredit müqavilələri üzrə borcları ödəmək öhdəliyi onun üzərində olduğundan bundan sonra da qalan borcları o, ödəməli olacaq. 16 dekabr 2021-ci ildən 06 fevral 2023-cü il tarixədək müddətdə o, BPM**********40 saylı tam kredit kartı müqaviləsi üzrə banka 1521,73 manat pul ödəmiş və həmin tarixə 111,73 manat borc öhdəliyi qalmışdır. O, 256KYLL ********* saylı kredit müqaviləsi üzrə isə banka 2112,73 manat pul ödəmiş və həmin tarixə 1376,18 manat borc öhdəliyi qalmışdır. 16 dekabr 2021-ci ildən 06 fevral 2023-cü il tarixədək ümumi ödənilmiş pulların məbləği 3634,46 manat, 06 fevral 2023-cü il tarixə ödənilməmiş borcun məbləği isə 1487,91 manat təşkil edir. Hesab edir ki, 16 dekabr 2021-ci ildən 06 fevral 2023-cü il tarixədək ödənilmiş 3634,46 manat pulun yarı hissəsi, yəni 1817,23 manatı və ödənilməmiş 1487,91 manat pulun yarısı, yəni 744 manat cavabdehdən alınıb ona verilməlidir. Çünki, hər iki müqavilə üzrə öhdəliklərin icra olunması vəzifəsi onun üzərindədir və cavabdeh həmin pulları ödəmir. Bundan sonra qalan borcları da ödəmək məcburiyyətindədir. Cavabdehi mediasiya iclasına dəvət edərək tələblərinin ödənilməsini xahiş etsə də heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehin etiraz ərizəsinə münasibətdə qeyd edir ki, həmin etirazda qeyd olunanlar tamamilə yalandır. Onun müalicə xərclərini cavabdeh deyil, onun öz atası çəkmişdir. O, cavabdehlə ailə qurduqdan sonra bilmişdir ki, cavabdehin 18000 manat borcu vardır. Onların bütün qazancları cavabdehin borcların ödəməyə sərf olunmuşdur. Cavabdehdən BPM**********40 saylı tam kredit kartı müqaviləsi üzrə və 256KYLL193160501 saylı kredit müqaviləsi üzrə 16 dekabr 2021-ci ildən 06 fevral 2023-cü il tarixədək ödənilmiş 3634,46 manat pulun yarı hissəsi, yəni 1817,23 manat pulun, ödənilməmiş 1487,91 manat pulun yarısı, yəni 744 manat pulun – cəmi 2561,23 manat pulun, mediasiya sessiyasında ödənilmiş 50 manat pulun və 46 manat dövlət rüsumunun alınıb ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçı ilə 16 avqust 2012-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin iddiaçı ilə ailə münasibətləri iddiaçının özünün, anası və əmisi uşaqları Natiq Məhərrəmov və Cavanşir Məhərrəmovun ailə münasibətlərinə müdaxiləsi nəticəsində pozulması ilə əlaqədar 17 dekabr 2021-ci ildən onlar faktiki ayrılmışlar. Buna baxmayaraq faktiki ər-arvad münasibətləri kəsildikdən sonra birgə nikah dövründə iddiaçı üçün "Kontakt Home"nın İsmayıllı filialından kreditlə öz adına aldıqları "A21S" markalı mobil telefonun 250 manat kreditini "Texnomart" in İsmayıllı filialından onun adına iddiaçı üçün kreditlə aldıqları "Samsung A12" markalı mobil telefonun 320 manat məbləğini, "Baku Elektronics"dən kreditlə aldıqları paltaryuyanın 550 manatını, iddiaçının müalicəsi üçün İsmayıllı şəhərində "Saqqallılar" kimi tanınan Abdulla adlı şəxsə məxsus aptekdən nisyə alınmış 650 manat dəyərində dərman preparatlarının 370 manatını, İsmayıllı şəhərindən İsmayıl adlı şəxsə məxsus aptekdən nisyə alınmış dərmanın 190 manatını, İsmayıllı şəhərində telefon satan Ülvi adlı şəxsə məxsus telefon və telefon aksesuarları dükanından iddiaçı üçün nisyə alınmış mobil telefonun 400 manat qalıq borcunu, İsmayıllı şəhərində yaşayan faizə pul verən Məlahət adlı qadından 2019-cu ildə birgə nikah dövründə uşaqlarının müalicəsi üçün aylıq 15 faizlə aldıqları cəmi 800 manat məbləğində borcun faktiki ayrıldıqları 17 dekabr 2021-ci il tarixdən 2023-cü ilin aprel ayınadək hər ay 125 manat olmaqla, 16 ay ərzində 2000 manatını və 2023-cü ilin aprel ayında isə Məlahətə pulun borc qalan 1160 manatını birdəfəlik tam ödəməklə Məlahətə cəmi 3160 manatı o ödəmişdir. Tərlan adlı tikinti materialları mağazasını işlədən şəxsdən borc alaraq iddiaçının müalicəsinə xərclədiyi 500 manatı və "Sərhəd" adlı tikinti mağazasının sahibi Sərhəddən iddiaçının Bakı şəhərində müalicə olunması üçün borc aldığı 480 manatı o ödəməlidir. Şəxsən iddiaçı üçün alınmış, onun müalicəsi üçün xərclənmiş və birgə nikah dövründə uşaqların müalicəsi üçün nisyə alınmış əmtəələrə və borc alınmış pulların faktiki ayrıldıqdan sonra qalan cəmi 6220 manatını o ödəmiş və ödəməkdə davam edir. Həmin məbləğin 3110 manatı iddiaçıya aiddir və ödənilməsi onun üzərinə düşür. Bu hesabla iddiaçının özünün ona borclu olduğu 3110 manatdan sonuncun ondan tələb etdiyi 2561 manatı çıxsaq sonuncunun ona 549 manat borcu qalır. Lakin o, həmin borcu iddiaçıdan tələb etmir. İddiaçı ilə ər-arvad kimi birgə yaşadıqları dövrdə iddiaçı xəstəxanalarda, özəl klinikalarda müalicələrdə olmuş və sonuncunun bütün müalicə xərclərini o çəkmişdir. İddiaçının iddia tələbini tamamilə əsassız hesab edir və rədd edilməsini xahiş edir. 12 noyabr 2019-cu il tarixli BPM**********40 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı illik 22%-dək ödəmək şərti ilə 15000 manat məbləğinədək kredit limiti ayrılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(037)-5/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Quliyeva (Məhərrəmova) Mahirə Oruc qızı arasında 16 avqust 2012-ci il tarixdə İsmayıllı RİHB-nın Lahıc qəsəbə İƏB üzrə nümayəndəliyində 04 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuşdur. 06 fevral 2023-cü il tarixli hesabdan çıxarışlardan görünür ki, İddiaçı BPM**********40 nömrəli kredit müqaviləsi üzrə 29 dekabr 2021-ci il tarixdən 02 fevral 2023-cü il tarixədək 1521,73 manat, 256KYLL193160501 nömrəli kredit müqaviləsi üzrə 29 dekabr 2021-ci il tarixdən 02 fevral 2023-cü il tarixədək 2113,09 manat kredit borcu ödəmişdir. 06 fevral 2023-cü il tarixli 6-2-85/2-8/2023 nömrəli arayışdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı adına 12 noyabr 2019-cu il tarixli 256KYLL193160501 nömrəli kredit müqaviləsi üzrə 4750 manat məbləğində kredit və 12 noyabr 2019-cu il tarixli BPM**********40 nömrəli tam kart kredit kartı müqaviləsi üzrə 1400 manat məbləğində kredit limiti açılmışdır. 06 fevral 2023-cü il tarixə İddiaçı bank qarşısında 12 noyabr 2019cu il tarixli 256KYLL193160501 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcu 1376,18 manat, 12 noyabr 2019-cu il tarixli BPM**********40 nömrəli tam kart kredit kartı müqaviləsi üzrə açılmış kredit limiti üzrə ödənilməmiş borc öhdəliyi isə 111,73 manat təşkil edir. Şəki 1 saylı X1 rayon şöbəsinin 12 may 2023-cü il tarixli, MŞŞ/MT0xx/xx-01095 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokolundan görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikahdan götürülən kreditin ödənilməsi tələbi ilə bağlı mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. İddiaçı 50 manat ilkin mediasiya xidmət haqqını fərdi qaydada ödəmişdir. 12 may 2023-cü il tarixli BPM**********33 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 50 manat ilkin mediasiya xərcini Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına ödəmişdir. 12 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 47 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 16 avqust 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı ilə cavabdeh arasında olan nikah İsmayıllı Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(037)-5/2023 nömrəli qətnaməsi ilə pozulmuşdur. Onlar birgə nikah dövründə, yəni 12 noyabr 2019-cu il tarixdə "xxxx" ASC tərəfindən iddiaçıya illik 22%-dək ödəmək şərti ilə 15000 manat məbləğinədək kredit limiti ayrılmışdır. 06 fevral 2023-cü il tarixli hesabdan çıxarışlara əsasən iddiaçı BPM**********40 nömrəli kredit müqaviləsi üzrə 29 dekabr 2021-ci il tarixdən 02 fevral 2023-cü il tarixədək 1521,73 manat, 256KYLL193160501 nömrəli kredit müqaviləsi üzrə 29 dekabr 2021-ci il tarixdən 02 fevral 2023-cü il tarixədək 2113,09 manat kredit borcu ödəmişdir. 06 fevral 2023-cü il tarixli 6-2-85/2-8/2023 nömrəli arayışa əsasən "xxxx" ASC tərəfindən iddiaçının adına 12 noyabr 2019-cu il tarixli 256KYLL193160501 nömrəli kredit müqaviləsi üzrə 4750 manat məbləğində kredit və 12 noyabr 2019-cu il tarixli BPM**********40 nömrəli tam kart kredit kartı müqaviləsi üzrə 1400 manat məbləğində kredit limiti açılmışdır. 06 fevral 2023cü il tarixə iddiaçının bank qarşısında 12 noyabr 2019-cu il tarixli 256KYLL193160501 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcu 1376,18 manat, 12 noyabr 2019cu il tarixli BPM**********40 nömrəli tam kart kredit kartı müqaviləsi üzrə açılmış kredit limiti üzrə ödənilməmiş borc öhdəliyi isə 111,73 manat təşkil edir. Şəki 1 saylı X1 rayon şöbəsinin 12 may 2023-cü il tarixli, MŞŞ/MT0xx/xx-01095 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoluna əsasən İddiaçı Cavabdeh qarşı birgə nikahdan götürülən kreditin ödənilməsi tələbi ilə bağlı mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. İddiaçı 50 manat ilkin mediasiya xidmət haqqını fərdi qaydada ödəmişdir. 12 may 2023-cü il tarixli BPM**********33 nömrəli mədaxil qəbzə əsasən iddiaçı 50 manat ilkin mediasiya xərcini Şəki 1 saylı Mediasiya Təşkilatının hesabına ödəmişdir. 12 may 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzə əsasən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 47 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən BPM**********40 saylı tam kredit kartı müqaviləsi üzrə və 256KYLL193160501 saylı kredit müqaviləsi üzrə 16 dekabr 2021ci ildən 06 fevral 2023-cü il tarixədək ödənilmiş 3634,46 manat pulun yarı hissəsi, yəni 1817,23 manat pulun, ödənilməmiş 1487,91 manat pulun yarısı, yəni 744 manat pulun – cəmi 2561,23 manat pulun, mediasiya sessiyasında ödənilmiş 50 manat pulun və 46 manat dövlət rüsumunun alınıb ona verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərancam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digər tərəfin razılığı ilə hərəkət edir. 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasında müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə sadalanan və hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçı ilə cavabdeh 2012-ci il tarixdən rəsmi nikah bağlamaqla evlənib ailə qurmuşlar və 2021-ci ildə faktiki, 2023-cü ildə isə rəsmi olaraq ayrılmışlar. Onlar 2021-ci il tarixədək ər-arvad kimi birgə təsərrüfatı idarə etmişlər. Eləcə də, hər ikisi hüquq bərabərliyi prinsipinə uyğun olaraq ər-arvad kimi ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olmuşlar. Onlar birgə yaşadıqları müddət ərzində ailənin rifahı üçün birgə fəaliyyət göstərmiş, ailənin inkişafı üçün əlverişli şərait yaratmağa çalışmışlar. Həmin vəzifələri icra edərkən həm iddiaçı, həm də cavabdeh ailənin zəruri ehtiyaclarının təmin olunması istiqamətində birgə fəaliyyət göstərmişlər. Məhkəmə ailə münasibətlərində təşəkkül tapmış və qanunvericilik normalarında maddiləşmiş ər-arvad münasibətlərinin səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, birgə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayıldığı kimi, birgə nikah müddətində ər-arvadın hər birinin ailə ehtiyacları üçün götürdüyü borclar da onların ümumi öhdəlikləri sayılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cu maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə, istinad olunan hüquq normalarının tələbləri baxımından və işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh ər və arvad kimi birgə nikah müddətində 2021-ci il tarixədək ailənin ümumi ehtiyaclarının təmin olunması məqsədi ilə iddiaçının adına olan kartdan çıxarılan məbləğ ümumi ailə ehtiyacları üçün ümumi təsərrüfatın idarə olunması məqsədi ilə xərclənmiş, 2021-ci ildə faktiki ayrıldıqdan sonra iddiaçı 2019-cu ildə götürdüyü kredit borcunu mərhələli şəkildə ödəmiş və məhz 2021-ci il ratxdən 2023-cü il tarixədək iddiaçının ödədiyi həmin məbləğlərin yarısının cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxaxıda sadalananlara əsasən məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, birgə nikah dövründə iddiaçının adına 12 noyabr 2019-cu il tarixli 256KYLL193160501 nömrəli kredit müqaviləsi üzrə 4750 manat məbləğində kredit və 12 noyabr 2019-cu il tarixli BPM**********40 nömrəli tam kart kredit kartı müqaviləsi üzrə 1400 manat məbləğində kredit limiti açılmışdır. İddiaçı BPM**********40 nömrəli kredit müqaviləsi üzrə 29 dekabr 2021-ci il tarixdən 02 fevral 2023-cü il tarixədək 1521,73 manat, 256KYLL193160501 nömrəli kredit müqaviləsi üzrə 29 dekabr 2021-ci il tarixdən 02 fevral 2023-cü il tarixədək 2113,09 manat kredit borcu ödəmişdir. 06 fevral 2023-cü il tarixə iddiaçının bank qarşısında 12 noyabr 2019-cu il tarixli 256KYLL193160501 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş kredit borcu 1376,18 manat, 12 noyabr 2019-cu il tarixli BPM**********40 nömrəli tam kart kredit kartı müqaviləsi üzrə açılmış kredit limiti üzrə ödənilməmiş borc öhdəliyi isə 111,73 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən banka ödənilmiş 3634,46 manat məbləğinin yarısı - (1521,73+2112,73/2=1817,23 manat) və banka ödəniləcək 1487,91 manat məbləğinin yarısı - (1376,18+111,73/2=744 manat) – cəmi 2561,23 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən 50 manat mediasiya xərci və ödənilmiş 46 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2561,23 manat pul, 50 manat mediasiya xərci və ödənilmiş 46 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2657 (iki min altı yüz əlli yeddi) manat 23 (iyirmi üç) qəpik alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar