Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-691/2020 23.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2̇ oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı" X8 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2̇ oğluna (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək 5000 manat sığorta ödənişi və 30,40 manat dövlət rüsumu - cəmi 5030,40 manat məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi teleqram göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2014-cü il tarixdə birinci cavabdeh idarə etdiyi “Vaz 210630” markalı, ** BO *** qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 16-cı kilometrində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozaraq düzgün surət seçmədiyindən yolu keçmək istəyən piyada X2 ehtiyatsızlıqdan vurmuş və nəticədə piyada Şəfiqə Məmmdəova hadisə yerində vəfat etmişdir. Hadisədən sonra məlum olmuşdur ki, birinci cavabdeh avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etmişdir. Birinci cavabdeh avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində birinci cavabdehin təqsirli olması X9 Məhkəməsinin 1(091)-046/15 saylı hökmündə öz təsdqini tapmışdır. Şəfiqə Məmmədovanın vəfatına görə 5000 manat sığorta ödənişi təyin olunmuş və PAT********** saylı sığorta aktına əsasən iddiaçı 5000 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş 5000 manat zəzər məbləği cavabdehlərdən tutulmalıdır. İddiaçı 5000 manat sığorta sığorta və 30,40 manat dövlət rüsumu - cəmi 5030,40 manat məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, xx xxxxxx 2014-cü il tarixdə o, babası Cavabdeh1 məxsus avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə edərkən Qaraməryəm-İsmayıllı-Şəki yolu ilə təxminən 60-70 km/saat sürətlə geri qayıdarkən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ərazində yolu keçmək istəyən X2 vurmuş və nəticədə Şəfiqə Məmmədova vəfat etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X9 Məhkəməsinin 1(091)-046/15 saylı hökmünə əsasən Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçının tələb etdiyi 5000 manat sığorta ödənişini maddi imkanı yaxşı olmadığından ödəyə bilmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İkinci cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və birinci cavabdehin izahatına uyğun izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. 2015-ci il tarixdə verilmiş nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Vaz 210630” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2̇ oğluna məxsusdur. İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2014-cü il tarixli, 715839 nömrəli şəhadətnamənin surətindən müəyyən edilir ki, X3 xx xxxxxx 2014-cü il tarixdə İsmayıllı rayonu Aşıqbayramlı kəndi ərazisində travma səbəbindən vəfat etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2015-ci il tarixli, 305 nömrəli ekspert rəyinin surətindən müəyyən edilir ki, “Vaz 210630” markalı, ** BO *** qeydiyyat nişanlı avtomobilin sürücüsu Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, Cavabdeh1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan yüksək idarə etməsi şəraitində onun hərəkətlərində həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuz olmuşdur. X9 Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 1(091)-046/15 nörməli hökmünün təsdiq edilmiş surətindən müəyyən edilir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxx 2015-ci il tarixli, 016781 nömrəli sığorta aktının müəyyən edilir ki, iddiaçı tərəfindən sığortalanmış “Vaz 210630” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil piyada ilə toqquşmuşdur, nəticədə X3 hadisədə aldığı xəsarətdən vəfat etmiş və ölümə görə sığorta ödənişinin məbləği 5000 manat müəyyən edilmişdir. xx xxx 2015-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən 5000 manat məbləği “Unibank” KB “Biznes filialı” vasitəsilə xx xxx 2015ci il tarixli 016781 saylı sığorta aktına əsasən sığorta ödənişi X1 hesabına ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixli P0376/20 nömrəli və xx xxxxxx 2020-ci il tarixli P3075/20 nömrəli pretenziyanın surətindən müəyyən edilir ki, iddiaçının ödədiyi 5000 manat sığorta məbləği subroqasiya qaydasında cavabdehlərdən tələb edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx xxxxxx 2014-cü il tarixdə birinci cavabdeh sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi ikinci cavabdehə məxsus “Vaz 210630” markalı, ** BO *** qeydiyyat nişanlı avtomobillə Qaraməryəm- İsmayıllı-Şəki yolunun 16-cı kilometrində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozaraq yolu keçmək istəyən piyada Şəfiqə Məmmdəovanı ehtiyatsızlıqdan vurmuş və nəticədə piyada Şəfiqə Məmmdəova hadisə yerində vəfat etmişdir. X9 Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 1(091)-046/15 nörməli hökmü ilə birinci cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəfiqə Məmmədovanın vəfatına görə 5000 manat sığorta ödənişi təyin olunmuş və xx xxx 2015-ci il tarixli, 016781 nömrəli sığorta aktına əsasən iddiaçı 5000 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçının ödədiyi sığorta məbləği subroqasiya qaydasında cavabdehlərdən tələb edilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişlər. İddiaçı 5000 manat məbləğində sığorta ödənişini və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 5030,40 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Cavabdehlər iddia tələbini qismən qəbul etdiklərini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İkinci cavabdeh özünə məxsus avtomobili idarəetmə hüququ olmayan birinci cavabdehə verdiyinə və birinci cavabdeh həmin avtomobillə Şəfiqə Məmmədovanı vuraraq öldürdüyünə görə birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, birinci cavabdehin xx xxxxxx 2014-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə yol nəqliyyat hadisəsi nəticəsində Şəfiqə Məmmədovanın vəfatına görə 5000 manat sığorta məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumu məbləği də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2̇ oğlundan müştərək qaydada 5000 manat sığorta ödənişi, 30,40 manat ödənilmiş rüsum məbləği – cəmi 5030,40 (beş min otuz manat qırx qəpik) manat məbləği tutularaq iddiaçı "İddiaçı" Siğorta Şı̇rkəti Açiq Səhmdar Cəmı̇yyətı̇nə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-691/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-691/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver