Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-702/2020 30.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cəbı̇ yev Amı̇ d Ağabala oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cəbı̇ yev Amı̇ d Ağabala oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 2850 manat borc və 30 manat dövlət rüsumu - cəmi 2850 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, cavabdehlə tanışdır. 2019-cu ilin avqust-sentyabr aylarında o, cavabdehlə Şirvan şəhərində görüşmüşdür. Həmin vaxt cavabdeh ona 2900 manat qarşılığında işlədiyi hərbi hissədə işə düzəldə biləcəyini bildirmişdir. O, həmin pulu cavabdehə vermişdir. Bir müddət sonra cavabdeh ona sürdüyü “VAZ 2106” markalı maşını satmağını və qardaşının avtosalonundan kreditə “Hyundai Elantra” markalı maşını almağını bildirmişdir. O, cavabdehin sözlərinə inanaraq özünə məxsus “VAZ 2106” markalı maşını 2000 manata satmış və cavabdehlə görüşərək həmin pulu ona vermişdir. Onun pulu olmadığından həmin puldan 100 manat cavabdeh ona qaytarmışdır. Cavabdeh qardaşının satacağı maşının açarının işçisində qaldığını və o da Gürcüstan Respublikasına getdiyini bildirmişdir. Cavabdehin onun pullarını mənimsədiyi ona sonradan məlum olmuşdur. Cavabdeh hər dəfə onun pullarını qaytaracağı barədə vədlər vermiş, lakin vədlərini yerinə yetirməmişdir. O, cavabdehin bu hərəkətlərindən polisə müraciət etmişdir. Bundan sonra cavabdeh ona ayrı-ayrı vaxtlarda 950 manat pul ödəmişdir. Qalan 3850 manat puldan isə yaxın vaxtlarda 1000 manat ödəmişdir. Hazırda o, cavabdehdən 2850 manat və 30 manat ödənilmiş dövlət rüsumu –cəmi 2880 manat pul tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X1 iddia tələbini qəbul etmədiyini bildirdi və iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh 055 *** ** ** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) İddiaçı məhkəməyə yazılı formada ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır. Bakı şəhəri, Nəsimi RPİ-nin xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.00 (otuz) manat dövlət rüsumu ödəmişdir. Tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, habelə iddia tələbinin mahiyyəti üzrə məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiyindən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi və iddiaçının məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatları, habelə iş materiallarını sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2850 manat borc və 30 manat dövlət rüsumu iddiaçı Cəbı̇ yev Amı̇ d Ağabala oğluna ödənilməsi barədə qiyabi qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 238-253-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2850 manat borc və 30 manat dövlət rüsumu, cəmi 2880 (iki min səkkiz yüz səksən) manat məbləğ alınaraq iddiaçı Cəbı̇ yev Amı̇ d Ağabala oğluna ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-702/2020
İsmayıllı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(037)-702/2020
30.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver