Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-708/2024 24.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı əkin (pay) torpaq sahəsinin naturada real bölünməsi tələbinə dair mülki işə 24 iyul 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 26 yanvar 1998-ci il tarixli 40 saylı qərarına uyğun olaraq verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN 0060 KOD 40705048 olan Dövlət Aktı və həmin dövlət aktı əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə İsmayıllı rayon Qalacıq kəndi ərazisində yerləşən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun payına çatan 0.3807 hektar torpaq sahəsinin naturada real bölgü əsasında bölünərək ayrılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Qalacıq kəndində anadan olmaqla həmin kənddə valideynləri ilə və digər ailə üzvləri ilə birlikdə yaşamışdır. Məlum torpaq islahatları zamanı onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 saylı qərarına uyğun olaraq İsmayıllı rayon Qalacıq kəndi ərazisindən müxtəlif yerlərdə 2,2844 və 0,3222 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2,2844 hektar torpaq sahəsinə dair birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq RX seriyalı ******* nömrəli çıxarış verilmişdir və həmin torpaq sahəsi icarədar tərəfindən əkilir. Birgə mülkiyyətçilərdən həmin torpaq sahəsindəki payının naturada ölçülərək ayrılmasını tələb etsə də, bununla razılaşmırlarş. O, bölgünün aparılması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir, lakin həmin təşkilat mübahisə olduğu təqdirdə torpaq bölgüsünün aparılmasının onların səlahiyyətində olmadığını bildirməklə məhkəməyə müraciət olunmasını tövsiyyə etmişdir.Birgə mülkiyyətçi olan cavabdehlərə torpağın bölünməsi və bölünməsi şərtləri ilə əlaqədar bir neçə dəfə müraciət etmişdir, lakin cavabdehlər onun payının ayrılması ilə heç bir səbəb olmadan razılaşmırlar. Cavabdehlərin razılığı olmadan isə torpağın naturada bölünməsi mümkün deyildir.Odur ki, yuxarıda sözügedən pay torpaq sahəsinin real bölgü əsasında bölünməsi və payının naturada ayrılması məhkəmə qaydasında həyata keçirilməlidir. O, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 26 yanvar 1998-ci il tarixli 40 saylı qərarına uyğun olaraq verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN: 0060 KOD 40705048 olan Dövlət Aktı və həmin dövlət aktı əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə İsmayıllı rayon Qalacıq kəndi ərazisində yerləşən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun payına çatan 0.3807 hektar torpaq sahəsinin naturada real bölgü əsasında bölünərək ayrılmasına dair qətnamə qəbul olunmasını xahiş edir. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, onu etibarnamə əsasında arvadı X2 təmsil etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 sonuncu məhkəmə iclasında iştirak etməmiş onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi oğlu X3 təmsil etmişdir. Cavabdeh1 nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. Cavabdeh1 anası, İddiaçı isə qardaşı oğludur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı №0046053 nömrəli çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayon Qalacıq kəndi ərazisindən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1,Cavabdeh2, Cavabdeh3,Cavabdeh4,İddiaçı və X1 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Anası Cavabdeh1 və digər birgə mülkiyyətçilər mübahisəli torpaq sahəsinin naturada real bölgü əsasında bölünərək İddiaçı payına düşən hissənin ayrılmasına etiraz etmirlər. Mübahisəli torpaq sahəsi naturada real bölgü əsasında bölünərək İddiaçı payının ayrılması mümkündür. Belə ki, birgə mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4 və Turac Şirinova bir ailə üzvü olmaqla mübahisəli torpaq sahəsindən birlikdə istifadə edirlər.Eyni zamanda mübahisəli torpaq sahəsinə iki hissədən giriş-çıxış yolu mövcuddur.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək göstərdi ki,İsmayıllı rayonu,Qalacıq kəndində yaşayır.İddiaçı nəvəsidir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı №0046053 nömrəli çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digər birgə mülkiyyətçilər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı və X1 ümumi birgə mülkiyyətlərinə verilmişdir. O, mübahisəli torpaq sahəsinin naturada real bölgü əsasında bölünərək İddiaçı payına düşən hissənin ayrılmasına etiraz etmir.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh5 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək İddiaçı ona və digər cavabdehlərə qarşı qaldırdığı iddia tələbini qəbul etdiyini,təmin olunmasına etiraz etmədiyini və işə iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir.Ona görə də məhkəmə işə Cavabdeh5 iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi Günel Xanadanovanın və Cavabdeh1 nümayəndəsi İlyas Xanadanovun izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə İsmayıllı rayonun Qalacıq kəndində doğulmuş, İsmayıllı rayonun Qalacıq kəndində yaşayır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********78 olan RX seriyalı, № ******* nömrəli, xx.xx.2012-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki,İsmayıllı rayonu,Qalacıq kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı və X1 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, qeydiyyat nömrəsi **********,reyestr nömrəsi **********78 olan RX seriyalı, №0046053 nömrəli, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu Qalacıq kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, İddiaçı və X1 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu Qalacıq kəndi ərazisindən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı paylı mülkiyyətlərində olan torpaq sahəsindən payına düşən hissəni əkib-becərmək, istifadə etmək üçün öz payının naturada ayrılmasını istəyir. Lakin tərəflər arasında mübahisə yarandığından bölgünün aparılması mümkün olmamış, iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 26 yanvar 1998-ci il tarixli 40 saylı qərarına uyğun olaraq verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN 0060 KOD 40705048 olan Dövlət Aktı və həmin dövlət aktı əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə İsmayıllı rayon Qalacıq kəndi ərazisində yerləşən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun payına çatan 0.3807 hektar torpaq sahəsinin naturada real bölgü əsasında bölünərək ayrılması barədə qətnamə qəbul olunmasını xahiş edir.Cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli torpaq sahəsinin naturada real bölgü əsasında bölünərək iddiaçının payına düşən hissənin ayrılmasına etiraz etmirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, birgə mülkiyyətçilər mübahisəli torpaq sahəsinin naturada real bölgü əsasında bölünərək iddiaçının payına düşən hissənin ayrılmasına etiraz etmədiklərindən,birgə mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Turac Şirinova bir ailə üzvü olmaqla mübahisəli torpaq sahəsindən birlikdə istifadə etdiklərindən və eyni zamanda mübahisəli torpaq sahəsinə iki hissədən giriş çıxış yolu mövcud olduğundan mübahisəli torpaq sahəsinin naturada real bölgü əsasında birgə mülkiyyətçilər arasında bölünərək iddiaçının payına düşən hissənin ayrılması mütəxəssis rəyi olmadan məhkəmə qaydasında həyata keçirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, qeydiyyat nömrəsi **********,reyestr nömrəsi **********78 olan RX seriyalı, №0046053 nömrəli, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Qalacıq kənd sakinləri Cavabdeh1,Cavabdeh2, Cavabdeh3, Cavabdeh4,İddiaçı və X1 ümumi birgə mülkiyyətlərinə verilmiş İsmayıllı rayonu Qalacıq kəndi ərazisində yerləşən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada real bölgü əsasında bölünərək İddiaçı payına düşən 0.3807 hektar torpaq sahəsi ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsindən birgə mülkiyyətçi olan iddiaçının payına düşən hissəsinin naturada ayrılmasına cavabdehlər tərəfindən etiraz edilmədiyindən həmin torpaq sahəsindən iddiaçının payının naturada ayrılmaqla bölünməməsi və həmin torpaq sahəsindən iddiaçının istifadə etməməsi sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhdudlaşması ilə nəticələnir.Ona görə də məhkəmə hesab edir ki, birgə mülkiyyətçilər mübahisəli torpaq sahəsindən iddiaçının payına düşən hissəsinin ayrılmasına etiraz etmədiklərindən və mübahisəli torpaq sahəsinə iki tərəfdən giriş-çıxış yeri nəzərdə tutulduğundan və birgə mülkiyyətçilərdən beş nəfər ailə üzləri olmaqla onların payının birlikdə,iddiaçının payına düşən hissənin isə ayrıca ayrılması məhkəmə qaydasında mümkün olduğundan sözügedən torpaq sahəsinin naturada ayrılması üçün mütəxəssis rəyi verilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə mübahisəli torpaq sahəsindən iddiaçının payına düşən hissənin mütəxəssis rəyi olmadan naturada ayrılmasını qanuni və ədalətli hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 26 yanvar 1998-ci il tarixli 40 saylı qərarına uyğun olaraq verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN:0060 KOD 40705048 olan Dövlət Aktı və həmin dövlət aktı əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarış üzrə İsmayıllı rayon Qalacıq kəndi ərazisində yerləşən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına çatan 0.3807 hektar torpaq sahəsi naturada real bölgü əsasında bölünərək ayrılmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 26 yanvar 1998-ci il tarixli 40 saylı qərarına uyğun olaraq verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN 0060 KOD 40705048 olan Dövlət Aktı və həmin dövlət aktı əsasında verilmiş RX seriyalı 0046053nömrəli çıxarış üzrə İsmayıllı rayon Qalacıq kəndi ərazisində yerləşən 2.2844 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına çatan 0.3807 hektar torpaq sahəsi naturada real bölgü əsasında bölünərək ayrılsın. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-708/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-708/2024
24.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver