Məhkəmə qərarları › İş №2(037)-718/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-718/2020

13.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-718/2020 13.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətı̇nin cavabdeh Cəbı̇yev Raı̇z Əhməd oğluna qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cəbı̇yev Raı̇z Əhməd oğlundan (bundan sonra cavabdeh) 4731 manat köhnə borc,3200 manat icarə haqqı, mənəvi və digər ziyana görə 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 8961 manat pulun alınaraq "İddiaçı" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətı̇nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehlə qarşılıqlı razılığa gəldiyini, iddia tələbini 1700 manat məbləğində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı 2010-cu ildən başlayaraq cavabdehlə müqavilə əsasında əməkdaşlıq etmişdir. Cavabdeh hüquqi varisi olduqları “xxxxxxxxxx” MMC ilə müqavilə əsasında icarəyəyə yer götürərək hər ay 70 manat, sonradan isə 110 manat hesablanmaqla orada qapı və pəncərə sexi kimi fəaliyyət göstərib pul qazanmışdır. Hazırda cavabdehlə qarşılıqlı razılığa gələrək 1700 manat icarə haqqı pulunu və 30 manat ödənilmiş dövlət rüsumunu tələb edir. İddia tələbinin təmin edilməsi barədə qətnaməqəbul edilməsinixahiş edir. Cavabdeh iddia tələbini etiraf etdiyini bildirdi və izahat verərək göstərdi ki, onunla iddiaçı arasında müqavilə əsasında əməkdaşlıq münasibətləri olmuş və 1700 manat borcu qalmışdır. İddiaçı ilə qarşılıqlı razılığa gəlmiş və 1700 manat icarə haqqı məbləğini etiraf edir. Həmin məbləği hissə-hissə ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, o, cavabdehi tanıyır. O, 2014-cü ildən 2018-ci il tarixə qədər “xxxxxxxxxx” MMC-də gözətçi, sonradan isə “xxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləmişdir. Əvvəllər icarə haqqını Zərbala adlı şəxs yığmış, sonradan isə o yığmışdır. O, işlədiyi müddətdə cavabdehin 1600 manat icarə haqqı borcu olmuşdur. X3 ifadə verərək göstərdi ki, cavabdeh onun atasıdır. 2017-ci ilin dekabrından atası işdən çıxmış və onun yerində o işləmişdir. Onun iddiaçıya 2020-ci ilin yanvar ayında 100 manat, fevral və mart ayında isə hər ay 200 manat olmaqla, cəmi 500 manat borcu olmuşdur. Atasının əvvəldən iddiaçıya 1200 manat borcu olmuşdur. Hazırda onların ümumlikdə iddiaçıya 1700 manat borcları var. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx xxxxxx 2010-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən “xxxxxxxxxx” MMC Bakı şəhəri, Z.Bünyadov küçəsi, 2135-ci məhəllə ünvanında yerləşən 90 m2 qeyri-yaşayış sahəsini aylıq 70 manat icarə haqqı olmaqla xx xxxxxxxx 2018-ci il tarixədək Cavabdeh icarəsinə vermişdir. xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən “xxxxxxxxxx” MMC Bakı şəhəri, Z.Bünyadov küçəsi, 2135-ci məhəllə ünvanında yerləşən 70 m2 qeyri-yaşayış sahəsini aylıq 100 manat icarə haqqı olmaqla xx xxxxxx 2018-ci il tarixədək Cavabdeh icarəsinə vermişdir. xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən “xxxxxxxxxx” MMC Bakı şəhəri, Z.Bünyadov prospekti 108C ünvanında yerləşən 70 m2 sahə aylıq 118,12 manat icarə haqqı olmaqla xx xxxxxx 2019cu il tarixədək Cavabdeh icarəsinə vermişdir. xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında müqavilə əsasında əməkdaşlıq münasibətləri olmuşdur. İddiaçı cavabdehdən ödənilməmiş qalan 1700 manat icarə haqqını tələb edir. Cavabdeh iddiaçının ondan tələb etdiyi 1700 manat icarə haqqı pulunu etiraf etdiyini və həmin məbləği hissə-hissə ödəyəcəyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə tərəflərin izahatlarına və işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 1700 manat icarə haqqı borcunun olması, həmin məbləği indiyədək iddiaçıya qaytarmaması faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, həmçinin cavabdehin iddiaçıya 1700 manat icarə haqqı borcunun olmasını etiraf etdiyindən, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Cəbı̇yev Raı̇z Əhməd oğlundan 1700 manat icarə haqqı və 30 manat ödənilmiş rüsum məbləği – cəmi 1730 (bir min yeddi yüz otuz) manat məbləği alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətı̇nə verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar