Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-72/2024 30.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 30 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5705 manat torpaqdan istifadəyə görə, 78 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5783 manat məbləğinin alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 231/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə ondan 6679 manat, 150 manat xidmət haqqı və 124,5 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 6953.50 manat pul alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 231/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Ali Məhkəmənin Mülki Kollegiyasının 2(107)-1153/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1153/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi məhkəmə xərclərinə aid hissədə dəyişdirilmiş, iddia ərizəsinin verilməsi və qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 274,5 manat məhkəmə xərcinin 160 manatı ondan tutularaq Cavabdeh ödənilmişdir. 2006-cı ildə hazırkı mülki iş üzrə Cavabdeh İsmayıllı rayonu,Yenikənd kəndində kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi almaq istəmiş,bu barədə İsmayıllı rayonu, Kəlbənd bələdiyyəsinə müraciət etmiş, cavabdehin özü və ailəsinə məxsus torpaq sahəsinin 1,2 hektar hissəsini satın almışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan həmin torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsini başqa şəxsə satmaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır.Cavabdeh əsassız varlanmadan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən,mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə,iddia tələbi həmin hissədə təmin olunaraq 1 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 6679 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Sübut kimi "Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirilmə Xidməti” MMC-nin 06 aprel 2022-ci il tarixli 15 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyinə əsaslanmışdır. Həmin rəydən görünür ki, İsmayıllı rayonu,Yenikənd kəndində ona və ailə üzvlərinə mülkiyyət hüququ əsasında məxsus olan 1,2043 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsində son bir il ərzində dənli taxıl bitkisinin (buğda,arpa) əkilməsindən əldə olunmuş xalis gəlirin məbləği 1802 manat,həmin torpaq sahəsinin hazırda ərazi üzrə mövcud bazar qiyməti isə 6679 manat həddindədir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh 1,2043 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almış və həmin torpaq sahəsi ilə həmsərhəd olan 0,43 hektar torpaq sahəsi ilə birlikdə 2006-cı il tarixdən 2022-ci il tarixə kimi faktiki olaraq istifadə etmiş, əkib becərmişdir. Sübut kimi qiymətləndirilmiş və qəbul edilmiş həmin rəylə müəyyən edilmişdir ki, 1,2043 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsində son bir il ərzində dənli taxıl bitkisinin (buğda, arpa) əkilməsindən əldə olunmuş xalis gəlirin məbləği 1802 manat həddindədir. Bu rəyə əsasən 0,43 hektara görə xalis gəlirin miqdarı 640 manat təşkil edir. Yəni Cavabdeh ona və ailə üzvlərinə məxsus 1,63 hektar torpaq sahəsindən hər il 1802+640=2442 manat, 16 il ərzində 39.072 manat gəlir əldə etmişdir. İsmayıllı rayon Yenikənd kənd bələdiyyəsi tərəfindən İsmayıllı Rayon Məhkəməsinə ünvanlanmış, 10 aprel 2023-cü il tarixli, 17 nömrəli məktubla (arayışla) İsmayıllı rayonu Yenikənd kəndində 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə bir il üçün icarə haqqının məbləği 320-350 manatdır. Göründüyü kimi Cavabdeh 2006-cı ildən 2022-ci il tarixə kimi 1,2043+0,43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkib becərmiş,39.072 manat gəlir əldə etmiş, lakin icarə haqqı verməmişdir. Əksinə torpaq alğı-satqısı üçün beh kimi verdiyi 150 ABŞ dolları (AZN-nin hazırkı məzənnəsi ilə 255 manat) üçün 6679 manat qiymətləndirilərək ondan alınıb Cavabdeh verilməlidir. Ona görə ki, Cavabdeh 2006-cı ildən 2022-ci il tarixə kimi 1,2043+0,43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkib becərdiyi üçün bir il üçün 1 hektara görə 350 manat hesabı ilə 5705 manat icarə haqqı verməlidir. Ona görə də Cavabdeh 5705 manat torpaqdan istifadəyə görə, 78 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5783 manat alınaraq ona verilməsini xahiş edir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X15 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1153 saylı,xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-231/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-861/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1153/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi məhkəmə xərclərinə aid hissədə dəyişdirilərək iddia ərizəsinin verilməsi və qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 274.5 manat məhkəmə xərcinin 160 manatı İddiaçı tutularaq ona ödənilməsi qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Yenikənd kəndində yerləşən 0.4304 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətində verilmişdir. Eyni zamanda hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu,Yenikənd kəndində yerləşən 1.2043 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmişdir. İsmayıllı rayonu, Şükürçü kəndində yerləşən 0.3391 və 0.6349 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri Şəhriyar Həsənovun mülkiyyətinə verilmişdir.İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-983 nömrə ilə qeydə alınmış 21 avqust 2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonu, Yenikənd kəndi ərazisində yerləşən ümumi sahəsi 0.4304 hektar olan torpaq sahəsi satıcı İddiaçı tərəfindən alıcı Kamil Mustafayevə 1500 manata satılmışdır. Eyni zamanda İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-984 nömrə ilə qeydə alınmış 21 avqust 2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonu, Yenikənd kəndi ərazisində yerləşən ümumi sahəsi 1.2043 hektar olan torpaq sahəsi satıcılar İddiaçı, Firuzə Həkimova, Vəfa Həkimova, Təranə Bəbirova, Şamil Həkimov, Babək Babayev, Ömər Babayev və Fatimə Babayeva tərəfindən alıcı Kamil Mustafayevə 3000 manata satılmışdır.O, iddiaçının əkilməsini iddia etdiyi 0.43 hektar torpaq sahəsindən istifadə etməmiş, iddiaçıya maddi ziyan vurulmasına səbəb olmamış və eyni zamanda 2018-ci ildən həmin ərazidə olmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işdə olan sənədləri,digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1153 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-231/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 861/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1153/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi məhkəmə xərclərinə aid hissədə dəyişdirilərək iddia ərizəsinin verilməsi və qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 274.5 manat məhkəmə xərcinin 160 manatı İddiaçı tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. İşdə olan İsmayıllı rayonu Kəlbənd bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 39 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonun, Kəlbənd kəndi ərazisində pay torpaqlarının müvəqqəti istifadə üçün icarəyə verilməsi 1 il müddətinə icarə haqqı 320-350 manat məbləğində dəyişir. İşdə olan İsmayıllı rayonu Kəlbənd bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 47 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonun, Kəlbənd kəndi ərazisində yerləşən və İddiaçı İsbəndiyar oğlunun mülkiyyətində olan 0.43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2006-cı ildən 2021-ci il tarixinə kimi Kəlbən inzibati ərazisinin Girk kəndində yaşayan Cavabdeh əvəzi ödənilmədən əkib-becərmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, İsmayıllı rayonu, Yenikənd kəndində yerləşən 0.4304 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, İsmayıllı rayonu, Yenikənd kəndində yerləşən 1.2043 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı 5/24, X1 4/24, X5 4/24, X8 4/24, X9 4/24, X2 1/24, X6 1/24 və X12 1/24 hissədə payları müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********14 olan, xx.xx.2021-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, İsmayıllı rayonu, Yenikənd kəndində yerləşən 1.6347 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 169 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, İsmayıllı rayonu, Şükürçü kəndində yerləşən 0.3391 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki, İsmayıllı rayonu, Şükürçü kəndində yerləşən 0.6349 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-983 nömrə ilə qeydə alınmış 21 avqust 2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin sürətindən görünür ki, İsmayıllı rayonu, Yenikənd kəndi ərazisində yerləşən ümumi sahəsi 0.4304 hektar olan torpaq sahəsi 21 avqust 2021-ci il tarixli, AN- İ№ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında satıcı İddiaçı tərəfindən alıcı X7 1500 manata satılmışdır. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-984 nömrə ilə qeydə alınmış 21 avqust 2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin sürətindən görünür ki, İsmayıllı rayonu, Yenikənd kəndi ərazisində yerləşən ümumi sahəsi 1.2043 hektar olan torpaq sahəsi 21 avqust 2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında satıcılar İddiaçı, X10, X16, X13, X17, X11, X18 və X14 tərəfindən alıcı X7 3000 manata satılmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3- 21-3-42/2-1441/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-i tərəfindən qeydiyyata alınmış **********22 saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.4304 hektar torpaq sahəsinin faktiki naturada ölçülməsi üçün mütəxəssisin iştirakı təmin edilmiş,kamerial şəkildə araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Kadastrı və Reyestri PHŞ-i tərəfindən qeydiyyata alınmış **********22 saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.4304 hektar torpaq sahəsi xx.xx.2021-ci il tarixli 4Ə/983 saylı alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu səbəbdən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Kadastrı və Reyestri PHŞ-i tərəfindən qeydiyyata alınmış **********22 saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.4304 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əsasında yerləşmə yerini və həmin torpaq sahəsinin əkin yeri kimi istifadə olunub-olunmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2024-cü il tarixli 3-16-16/2-10/146 saylı ekspert rəyindən görünür ki, İsmayıllı rayonu,Yenikənd kəndi ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin 1 tərəfdən yol, 3 tərəfdən isə qonşu torpaq sahələri ilə əhatə olunmaqla faktiki olaraq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə (əkin sahəsi) istifadə olunduğu müəyyən olunmuşdur. Beləliklə,məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu, Yenikənd kəndində yerləşən 0.4304 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu,Yenikənd kəndində yerləşən 1.2043 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı 5/24, Firuzə Həkimovanın 4/24,Təranə Bəbirovanın 4/24, Vəfa Həkimovanın 4/24, Şamil Həkimovun 4/24, Babək Babayevin 1/24, Fatimə Babayevanın 1/24 və Ömər Babayevin 1/24 hissədə payları müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində adlarına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********14 olan, xx.xx.2021-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu, Yenikənd kəndində yerləşən 1.6347 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Kamil Mustafayevin adına daşınmaz əmlakın dövlət reyestrində 169 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu, Şükürçü kəndində yerləşən 0.3391 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəhriyar Həsənovun adına daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu, Şükürçü kəndində yerləşən 0.6349 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəhriyar Həsənovun adına daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-983 nömrə ilə qeydə alınmış 21 avqust 2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonu, Yenikənd kəndi ərazisində yerləşən ümumi sahəsi 0.4304 hektar olan torpaq sahəsi satıcı İddiaçı tərəfindən alıcı X7 1500 manata satılmışdır. İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-984 nömrə ilə qeydə alınmış 21 avqust 2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonu, Yenikənd kəndi ərazisində yerləşən ümumi sahəsi 1.2043 hektar olan torpaq sahəsi satıcılar İddiaçı,Firuzə Həkimova,Vəfa Həkimova,Təranə Bəbirova,Şamil Həkimov,Babək Babayev,Ömər Babayev və Fatimə Babayeva tərəfindən alıcı Kamil Mustafayevə 3000 manata satılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3- 21-3-42/2-1441/2024 saylı sorğuya cavab məktubunda hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-i tərəfindən qeydiyyata alınmış **********22 saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.4304 hektar torpaq sahəsinin faktiki naturada ölçülməsi üçün mütəxəssisin iştirakının təmin edildiyi, kamerial şəkildə araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Kadastrı və Reyestri PHŞ-i tərəfindən qeydiyyata alınmış **********22 saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.4304 hektar torpaq sahəsi xx.xx.2021-ci il tarixli 4Ə/983 saylı alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu səbəbdən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Kadastrı və Reyestri PHŞ-i tərəfindən qeydiyyata alınmış **********22 saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.4304 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əsasında yerləşmə yerini və həmin torpaq sahəsinin əkin yeri kimi istifadə olunub-olunmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2024-cü il tarixli 3-16-16/2- 10/146 saylı ekspert rəyində İsmayıllı rayonu,Yenikənd kəndi ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin 1 tərəfdən yol, 3 tərəfdən isə qonşu torpaq sahələri ilə əhatə olunmaqla faktiki olaraq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə (əkin sahəsi) istifadə olunduğu müəyyən olunmuşdur. İddiaçı cavabdehdən 5705 manat torpaqdan istifadəyə görə, 78 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5783 manat məbləğinin alınaraq ona verilməsini tələb edir. Cavabdeh tərəf isə iddianı qəbul etmir və iddiaçının əkilməsini iddia etdiyi 0.43 hektar torpaq sahəsini əkmədiyini, iddiaçıya maddi ziyan vurulmasına səbəb olmadığını, ümumiyyətlə 2018-ci ildən həmin ərazidə olmadığını bildirir və iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsaəsn mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki,İsmayıllı rayonu, Yenikənd kəndində yerləşən 0.4304 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətində verilmişdir. Eyni zamanda İsmayıllı rayonu,Yenikənd kəndində yerləşən 1.2043 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmişdir. İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-983 nömrə ilə qeydə alınmış 21 avqust 2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonu, Yenikənd kəndi ərazisində yerləşən ümumi sahəsi 0.4304 hektar olan torpaq sahəsi satıcı İddiaçı tərəfindən alıcı Kamil Mustafayevə 1500 manata satılmışdır. Bundan əlavə İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-984 nömrə ilə qeydə alınmış 21 avqust 2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonu, Yenikənd kəndi ərazisində yerləşən ümumi sahəsi 1.2043 hektar olan torpaq sahəsi satıcılar İddiaçı, Firuzə Həkimova, Vəfa Həkimova, Təranə Bəbirova, Şamil Həkimov, Babək Babayev, Ömər Babayev və Fatimə Babayeva tərəfindən alıcı Kamil Mustafayevə 3000 manata satılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3- 21-3-42/2-1441/2024 saylı sorğuya cavab məktubunda reyestr nömrəsi **********22 olan çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.4304 hektar torpaq sahəsinin faktiki naturada ölçülməsi üçün mütəxəssisin iştirakı təmin edilmiş, kamerial şəkildə araşdırma zamanı müəyyən edilmişdir ki, reyestr nömrəsi **********22 olan çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.4304 hektar torpaq sahəsi 21 avqust 2021-ci il tarixli, 4Ə/983 saylı alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirildiyindən reyestr nömrəsi **********22 olan çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.4304 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əsasında yerləşmə yerini və həmin torpaq sahəsinin əkin yeri kimi istifadə olunub-olunmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı mülkiyyətində olan 0.4304 hektar torpaq sahəsinin cavabdeh tərəfindən əkildiyini və ona cavabdeh tərəfindən torpaqdan istifadəyə görə 5705 manat ziyan vurulduğunu bildirsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir və həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından və tərəf ifadələrindən də göründüyü kimi, həm iddiaçı həm də cavabdeh özlərinə məxsus torpaq sahələrini (mübahisəli torpaq sahələri də daxil olmaqla), 2018 və 2021-ci illərdə özgəninkiləşdirmişlər. Eyni zamanda 1.2043 ha mübahisəli torpaq sahəsi 2006-cı il tarixdən cavabdehin faktiki istifadəsində olmuş(bu işin mübahisəsiz halıdır), birinci instansiya məhkəməsində 2022-ci ilin aprel ayından etibarən sözügedən torpaq sahəsinə dair mübahisə başlamış, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə sona çatmışdır. Yekun məhkəmə aktlarından da göründüyü kimi hazırki tələb üzrə iddiaçının mülkiyyətində olan 1.2043 ha torpaq sahəsinə cavabdehin 2006- 2023-cü illərdə sahibliyi qanuni olmuş, 0.4304 ha torpaq sahəsinin isə cavabdeh tərəfindən istifadə olunması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir.Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan,yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların,yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir.Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir.Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini,sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada çəkilmiş məhkəmə xərclərinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. İddiaçının vəsatətinə əsasən məhkəmə mühəndis-texniki ekpsertizası təyin edildiyindən mülki iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləği iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. İddiaçı 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu- 142595, büdcə səviyyəsinin kodu-, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005,VÖEN-**********,müxbir hesab-AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN -**********, hesab AZ34CTRE********************) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-72/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-72/2024
30.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver