Məhkəmə qərarları › İş №2(037)-723/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-723/2023

29.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-723/2023 29.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı3,İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın onların tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair mülki işə 29 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı3,İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,mərhum ataları X7 və mərhum anaları X8 miras qalan, İsmayıllı rayon Ağbulaq kəndində yerləşən fərdi yaşayış evi və 0,13 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 tərəfindən mərhum qardaşları X4 adına verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın onların tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakın qanun üzrə birinci növbə vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçı3 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o və digər iddiaçılar İsmayıllı rayon Ağbulaq kəndində doğulub boya-başa çatmaqla ailədə yeddi bacı və bir qardaş olmuşlar. Bacılarından dördü və qardaşı Bakı şəhərinə köçüb yaşamışlar. O, İsmayıllı rayon İsmayıllı kəndində, digər bacıları İddiaçı2 Şəmkir rayonu Keçili kəndində və İddiaçı1 isə İsmayıllı rayon Ağbulaq kəndində yaşayır. X47 2002-ci ildə, anası Zərxanım Hüseynova 2017-ci ildə və Bakı şəhərində yaşayan qardaşı Tahirmirzə Hüseynov ise 2022-ci ildə vəfat etmişlər. Valideynləri vəfat etdikləri günədək onların qayğılarını o və bacıları İddiaçı2 və İddiaçı1 çəkmişlər,vəfatlarından sonra da onlardan miras qalan İsmayıllı rayon Ağbulaq kəndində yerləşən həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini o və bacıları İddiaçı2 və İddiaçı1 qoruyub saxlamışdır. Lakin Bakı şəhərində yaşayan qardaşı Tahirmirzə Hüseynov sağlığında təqribən 2021-ci ildə mirası qəbul etmiş onun və bacıları İddiaçı2 və İddiaçı1 xəbəri olmadan, lakin Bakı şəhərində yaşayan digər dörd bacısının mirasdan imtinalarını aldatma yolu ilə alaraq ata yurdlarına dair İsmayıllı rayon notariat ofisində hansısa yollarla onların xəbərləri olmadan vərəsəlik açdıraraq yalnız öz adına "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almış,həmin şəhadətnamə əsasında da İsmayıllı rayon Ağbulaq kəndindəki miras həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini qanun üzrə vərəsəlik əsasında öz adına keçirməklə mülkiyyət sənədi əldə etmişdir. Qardaşının vəfatından sonra da mübahisələndirdikləri miras əmlak hazırkı iş üzrə cavabdeh qardaşı arvadı Cavabdeh2 adına keçmişdir.O və bacıları İddiaçı2 və İddiaçı1 bu olanlar barədə son vaxtlar xəbər tutmuşlar. Cavabdeh2 ilə danışıqlar aparılsa da müsbət razılıq əldə olunmadığı üçün onun və bacıları İddiaçı2 və İddiaçı1 qanun üzrə vərəsəlik hüquqları ciddi şəkildə pozulduğundan miras əmlakla bağlı yaranan mübahisə məhkəmə müstəvisində həll edilməlidir. Göründüyü kimi mirasın qanun üzrə birinci növbəli vərəsələr kimi onun və bacıları İddiaçı2 və İddiaçı1 tərəfindən də faktiki olaraq qəbul edilməsi təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır.Odur ki, qardaşı Tahirmirzə Hüseynovun adına İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka dair İsmayıllı rayon notariat ofisi tərəfindən verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında əldə olunmuş hüquqi nəticələr ləğv olunmalı, qanun üzrə birinci növbədə vərəsə kimi mirasın onun və bacıları İddiaçı2 və İddiaçı1 tərəfindən də faktiki qəbul edilməsi müəyyən olunmalı və miras vərəsələr arasında bölünməlidir.O,mərhum X47dan və mərhum anası Zərxatun Hüseynovadan miras qalan, İsmayıllı rayon Ağbulaq kəndində yerləşən fərdi yaşayış evi və 0,13 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 tərəfindən mərhum qardaşı Tahirmirzə Hüseynovun adına verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın onun və digər bacıları İddiaçı2 və İddiaçı1 tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakın qanun üzrə birinci növbə vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş xahiş edir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi və İddiaçı3 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin İddiaçı1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, Sumqayıt şəhərində yaşayır. İddiaçılar İddiaçı3,İddiaçı1 və İddiaçı2 baldızlarıdır.X30 2002-ci ildə, X16 2017-ci ildə və əri Tahirmirzə Hüseynov isə 2022-ci ildə vəfat etmişlər. Əri vəfat edənədək onunla birlikdə mərhum X16ya məxsus 0.13 hektar həyətyanı torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evində birlikdə yaşamışlar. Mübahisəli fərdi yaşayış evi mərhum X16 tərəfindən deyil,əri Tahirmirzə Hüseynov tərəfindən öz vəsaiti və öz zəhməti hesabına inşa edilmişdir.Belə ki, əri santexnik ustası olmuş,başqa evlərdə işləyərək aldığı məvaciblə evi tikmiş, eyni zamanda əri usta olduğundan evin təmir-tikinti işlərinin çox hissəsini özü görmüşdür.X16 vəfat edənədək 130 manat pensiya almış,həmin pulun bir hissəsini dolanışığı üçün xərcləmiş, qalan hissəsinə isə həmin dövrdə olan qiymətlərlə ev tikməsi mümkün deyildir. 2017-ci ildə qaynanası vəfat edənədək onunla birlikdə yaşamış və qaynanasına o qulluq etmişdir. İddiaçılar və digər bacıları isə ailəli olduqlarından mübahisəli evdə deyil, başqa yerdə yaşamışlar. 2020-ci ildə əri mərhum valideyinlərindən miras qalan əmlaklara dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat ofisinə ərizə ilə müraciət etmiş, İsmayıllı rayon Notariat Ofisi tərəfindən ərinə 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir.İddiaçıların və digər bacılarının ərinin valideyinlərindən miras qalan əmlaklara dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almasından məlumatları olmuşdur. Belə ki, 2017-ci ildə qaynanası vəfat etdikdən sonra əri bacılarına, o cümlədən hazırkı iş üzrə iddiaçılara hər birinə ayrı-ayrılıqda məlumat verərək valideyinlərindən qalan miras əmlaklara dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq istədiyini bildirmişdir.Ərinin bacılarının bir hissəsi notarusda ərizə yazaraq valideyinlərindən miras qalan əmlaklardan paylarına düşən hissədən ərinin xeyrinə imtina etmişlər.Lakin hazırkı iş üzrə iddiaçılar isə ərinin valideyinlərindən miras qalan əmlaklara dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almasından məlumatlı olsalar da, valideyinlərindən qalan miras əmlaka dair paylarına düşən hissədən ərinin xeyrinə imtina etmək üçün notarusa gəlməmişlər.Ərinin vəfatından sonra DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək miras qalan İsmayıllı rayonu,Ağbulaq kəndi ərazisində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Çıxarış almışdır. İddiaçılar ərinin sağlığında miras əmlaka dair heç bir tələb irəli sürməmişlər, 2022-ci ildə əri vəfat etdikdən sonra miras əmlakla bağlı tələb irəli sürmüşlər.Əgər iddiaçılar miras əmlakdan paylarına düşən hissəsni tələb edirlərsə nə üçün ərinin sağlığında deyil, vəfat etdikdən sonra tələb edirlər.İddiaçılar valideyinlərindən miras qalmış əmlakların qorunub saxlanılmasında və idarə edilməsində iştirak etməmişlər.O,iddiaçıların iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh İsmayıllı rayon Notariat Ofisi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Ağbulaq kəndində yaşayır. İddiaçılar İddiaçı3, İddiaçı1,İddiaçı2 və Cavabdeh2 ilə bir kənddə yaşayır. İddiaçılar ərinin uzaq qohumudur. 2017-ci ildə iddiaçıların mərhum anası Zərxanım Hüseynova vəfat etmişdir. Zərxanım Hüseynova vəfat edənədək özünə məxsus İsmayıllı rayonu,Ağbulaq kəndində yerləşən evdə tək yaşamış, övladları isə başqa ərazidə yaşadıqlarından müəyyən vaxtlarda analarının yanına gəlib-getmişlər. Zərxanım Hüseynova yaşlı qadın olduğundan və tək yaşadığından müəyyən vaxtlarda ona məxsus evə gedərək həyət-bacasını təmizləmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini, həmçinin iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 27 mart 1954-cü il tarixli ИЖ №187066 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1954-cü ildə İsmayıllı rayonu, Ağbulaq kəndində doğulmuşdur. X1 və anası X13r. İşdə olan 01 fevral 1967-ci il tarixli АЗ №1120069 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1967-ci ildə İsmayıllı rayonu, Ağbulaq kəndində doğulmuşdur. X1 və anası X13r. İşdə olan 19 dekabr 1963-cü il tarixli АЗ №508859 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki,X27 xx.xx.1963-cü ildə İsmayıllı rayonu, Ağbulaq kəndində doğulmuşdur. X1 və anası X13r. İşdə olan Qəbələ regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli 3-16-5/7-M-3xx-xx/2023 nömrəli arayışdan görünür ki, X34 ilə X19 arasında 18 avqust 1988-ci il tarixdə Şəmkir rayon Plankənd kənd icra nümayəndəliyində rəsmi nikah bağlanmış və həmin nikah 34 nömrə ilə dövlət qeydiyyatına alınmış,ərə Məmmədov və arvada Məmmədova soyadı verilmişdir.X40 xx.xx.2016-cı ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2018-ci ildə 11 nömrəli akt qeydi ilə Şəmkir rayon Xuluf İ.Ə.N-də dövlət qeydiyyatına alınmışdır. İşdə olan 15 iyun 1982-ci il tarixli İİ-ЖГ №487547 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X35 ilə X27 arasında 15 iyun 1982-ci il tarixdə İsmayıllı rayon BBAГ şöbəsində rəsmi nikah bağlanmış, ərə Həmzəyev və arvada Həmzəyeva soyadı verilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.2002-ci il tarixdə İsmayıllı rayonu, Ağbulaq kəndində ölmüşdür. Bu barədə ÖHAQ kitabının xx.xx.2002 səhfəsində 46 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X28 xx.xx.2017-ci il tarixdə İsmayıllı rayonu, Ağbulaq kəndində ölmüşdür. Bu barədə ÖHAQ kitabının xx.xx.2017 səhfəsində 08 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE №******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki,xx.xx.1963-cü ildə İsmayıllı rayonu, Ağbulaq kəndində doğulmuş Həmzəyeva X25 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İşdə olan Asan-Gəncə tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE №******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki,xx.xx.1967-ci ildə İsmayıllı rayonunda doğulmuş İddiaçı2 Şəmkir rayonu, Keçili kəndində qeydiyyatdadır. İşdə olan İsmayıllı RPŞ QvŞV qrupu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki,xx.xx.1954-cü ildə İsmayıllı rayonu, Ağbulaq kəndində doğulmuş Yusifova X15 rayonu,Ağbulaq kəndində qeydiyyatdadır. İşdə olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən ümumi sahəsi 0.13 hektar olan həyətyanı torpaq sahəsinin mərhuma çatan hissəsindən və İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən ümumi sahəsi 1.6639 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhuma çatan hissəsindən xx.xx.2017-ci il tarixdə ölmüş X5nın vərəsəsi oğlu X6 miras qalan əmlakdan tam hissədə pay almasına dair İsmayıllı rayon notariat ofisi tərəfindən X6 adına 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. İşdə olan 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 8İ-13810 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli **********810 nömrəli ərizədən görünür ki, X20,X21, X22 və X14 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində reyestrdə 8İ-13810 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli **********810 nömrəli ərizə yazaraq ərizədə xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum X3 ölümündən sonra miras qalmış əmlakın onlara düşən miras əmlak paylarını faktiki qəbul etmədiklərini, etmək niyyətində olmadıqlarını və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəklərini qeyd etmişlər. İşdə olan 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 8İ-13811 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli **********811 nömrəli ərizədən görünür ki, X20,X21, X22 və X14 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində reyestrdə 8İ-13811 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli **********811 nömrəli ərizə yazaraq ərizədə xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X12 ölümündən sonra miras qalmış əmlakın onlara düşən miras əmlak paylarını faktiki qəbul etmədiklərini, etmək niyyətində olmadıqlarını və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəklərini qeyd etmişlər. İşdə olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən” verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli,**********89 reyestr nömrəli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli B№170805 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki,İsmayıllı rayonu,Ağbulaq kəndi ərazisində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın dövlət reyestrində 145 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum X7 xx.xx.2002-ci ildə, X24 xx.xx.2017-ci il tarixdə və X9 isə 2022-ci ildə vəfat etmişlər. X2 İsmayıllı rayonu,Ağbulaq kəndi ərazisində yerləşən ümumi sahəsi 0.13 hektar olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 1.6639 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. X5 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair oğlu Tahirmirzə Hüseynov “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynova 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki,məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X33 xx.xx.2017-ci il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ miras toplusuna İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisində yerləşən ümumi sahəsi 0.13 hektar olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 1.6639 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli,yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı,yəni bir tərəfdən vəsiyyət edə bilməyi,digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir.Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinin tələblərinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 152.1-ci mаddəsinə əsаsən, mülkiyyət hüququ subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.4-cü mаddəsinə əsаsən,əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə,mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər.Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsilə tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir:mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi;mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi);vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa,uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi).Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər.Əgərvərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır,vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları,miras qoyanın ölümündən sonra doğulmuş uşaq,arvad (ər),valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, mərhum X7 xx.xx.2002-ci ildə, X24 xx.xx.2017-ci il tarixdə və X9 isə 2022-ci ildə vəfat etmişlər. X2 İsmayıllı rayonu,Ağbulaq kəndi ərazisində yerləşən ümumi sahəsi 0.13 hektar olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 1.6639 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. X5 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair oğlu Tahirmirzə Hüseynov “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynova 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Tahirmirzə Hüseynovun vəfatından sonra arvadı Cavabdeh2 ərindən miras qalan İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən” verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli,**********89 reyestr nömrəli Çıxarış almışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Qeyd olunan maddəyə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə haqqında iddia maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Belə ki, iddiaçıların mübahisələndirdikləri “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin Tahirmirzə Hüseynova verilməsindən məlumatlı olmuşlar, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişlər. Belə ki, iddiaçılar məhkəmə baxışı zamanı da hazırkı tələblə müraciət etmələrinin səbəbini məhz qardaşı arvadının onların ata yurdlarını satması barədə onlara verilən məlumatla bağlı olduğunu bildirmişlər. Göründüyü kimi iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnamədən məlumatları olmuşdur.Eyni zamanda iddiaçılardan İddiaçı1 notariat orqanına ərizə verərək onun miras əmlakı qəbul etmədiyini bildirmişdir. Belə olan halda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 mart 2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəlləsinin 1272-ci maddəsində qeyd olunan iki aylıq müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir.Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Məhkəmə qeyd edir ki, mübahisələndirilən, İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən ümumi sahəsi 0.13 hektar olan həyətyanı və ümumi sahəsi 1.6639 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X33ya çatan hissələrinə dair İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynova 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsindən iddiaçıların və X33nın digər vərəsələrinin məlumatları olmuşdur. Belə ki, sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynovun adına verilmiş və reyestrdə 2V-86 nömrə ilə qeydə alınmışdır.Tahirmirzə Hüseynovun vəfatından sonra ondan miras qalan əmlaka dair arvadı Cavabdeh2 adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli Çıxarış verilmişdir. Eyni zamanda iddiaçılar qardaşları Tahirmirzə Hüseynovun adına İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsindən məlumatlarının olmadığını bildirsələr də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə hesab edir ki,sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsızlığını irəli sürməyi qanunvericilik müəyyən müddətlə məhdudlaşdırmışdır. Həmin müddət “kəsici müddət” olmaqla iki ay müəyyən edilmişdir. Yəni tərəf etibarsızlığa əsas olan səbəbi bildiyi və ya bilməli olduğu vaxtdan iki ay ərzində irəli sürməzsə o, həmin hüququnu itirir. İş materiallarından və tərəf ifadələrindən də göründüyü kimi, sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynovun adına 28 fevral 2020-ci il tarixdə reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış,həmin müddətdən keçən 3 il ərzində tərəflər şəhadətnamənin etibarsızlığı ilə bağlı hər hansı bir iddia və ya etirazla məhkəməyə və ya aidiyyatı orqanlara müraciət etməmişlər. Göründüyü kimi, iddiaçılar xx.xx.2023-cü il tarixdə,iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsini mübahisələndirmişlər. Miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin 2020-ci ildə qeydə alındığını nəzərə aldıqda görünür ki, ötən 3 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün iki aylıq kəsici müddət ötürülmüşdür. Bu səbəbdən də məhkəmə qeyd edir ki, iddiaçılar miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsızlığını mübahisələndirmək hüququnu itirdiklərindən, iddia tələbinin ““Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi,mirasın onların tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə münasibətdə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi,mirasın onların tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakın vərəsələr arasında bölünməsinə dair iddia tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı3,İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın onların tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakın vərəsələr arasında bölünməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı2 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar