Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-225/2024 11.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı3 və qeyrilərinin, cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın onların tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakının vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ, şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi və miras əmlakının vərəsələr arasında bölünməsi, sübutetmə yükü, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, mirasdan imtina, miras payının bağışlanması) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X9 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı3 və qeyrilərinin, Cavabdeh2 və üçüncü şəxslər X14, X10 və həmçinin X11 nümayəndəsinin iştirakı ilə, İddiaçılar İddiaçı3,İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın onların tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakının vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(037)-723/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı3,İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X12 və mərhum anaları X15 miras qalan, İsmayıllı rayon Ağbulaq kəndində yerləşən fərdi yaşayış evi və 0,13 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 tərəfindən mərhum qardaşları X7 adına verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın onlar tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakının qanun üzrə birinci növbə vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar iddialarını onunla əsaslandırmışdır ki, o və digər iddiaçılar İsmayıllı rayon Ağbulaq kəndində doğulub boyabaşa çatmaqla ailədə yeddi bacı və bir qardaş olmuşlar. Bacılarından dördü və qardaşı Bakı şəhərinə köçüb yaşamışlar. O, İsmayıllı rayon İsmayıllı kəndində, digər bacıları İddiaçı2 Şəmkir rayonu Keçili kəndində və İddiaçı1 isə İsmayıllı rayon Ağbulaq kəndində yaşayır. X48 2002-ci ildə, anası Zərxanım Hüseynova 2017-ci ildə və Bakı şəhərində yaşayan qardaşı Tahirmirzə Hüseynov ise 2022-ci ildə vəfat etmişlər. Valideynləri vəfat etdikləri günədək onların qayğılarını o və bacıları İddiaçı2 və İddiaçı1 çəkmişlər,vəfatlarından sonra da onlardan miras qalan İsmayıllı rayon Ağbulaq kəndində yerləşən həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini o və bacıları İddiaçı2 və İddiaçı1 qoruyub saxlamışdır. Lakin Bakı şəhərində yaşayan qardaşı Tahirmirzə Hüseynov sağlığında təqribən 2021-ci ildə mirası qəbul etmiş onun və bacıları İddiaçı2 və İddiaçı1 xəbəri olmadan, lakin Bakı şəhərində yaşayan digər dörd bacısının mirasdan imtinalarını aldatma yolu ilə alaraq ata yurdlarına dair İsmayıllı rayon notariat ofisində hansısa yollarla onların xəbərləri olmadan vərəsəlik açdıraraq yalnız öz adına "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almış,həmin şəhadətnamə əsasında da İsmayıllı rayon Ağbulaq kəndindəki miras həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini qanun üzrə vərəsəlik əsasında öz adına keçirməklə mülkiyyət sənədi əldə etmişdir. Qardaşının vəfatından sonra da mübahisələndirdikləri miras əmlak hazırkı iş üzrə cavabdeh qardaşı arvadı Cavabdeh2 adına keçmişdir. O və bacıları İddiaçı2 və İddiaçı1 bu olanlar barədə son vaxtlar xəbər tutmuşlar. Cavabdeh2 ilə danışıqlar aparılsa da müsbət razılıq əldə olunmadığı üçün onun və bacıları İddiaçı2 və İddiaçı1 qanun üzrə vərəsəlik hüquqları ciddi şəkildə pozulduğundan miras əmlakla bağlı yaranan mübahisə məhkəmə müstəvisində həll edilməlidir. Göründüyü kimi mirasın qanun üzrə birinci növbəli vərəsələr kimi onun və bacıları İddiaçı2 və İddiaçı1 tərəfindən də faktiki olaraq qəbul edilməsi təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır.Odur ki, qardaşı Tahirmirzə Hüseynovun adına İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka dair İsmayıllı rayon notariat ofisi tərəfindən verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında əldə olunmuş hüquqi nəticələr ləğv olunmalı, qanun üzrə birinci növbədə vərəsə kimi mirasın onun və bacıları İddiaçı2 və İddiaçı1 tərəfindən də faktiki qəbul edilməsi müəyyən olunmalı və miras vərəsələr arasında bölünməlidir.O, mərhum X48dan və mərhum anası Zərxatun Hüseynovadan miras qalan, İsmayıllı rayon Ağbulaq kəndində yerləşən fərdi yaşayış evi və 0,13 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh1 tərəfindən mərhum qardaşı Tahirmirzə Hüseynovun adına verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın onun və digər bacıları İddiaçı2 və İddiaçı1 tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakının qanun üzrə birinci növbə vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(037)-723/2023 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) iddiaçılar İddiaçı3,İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın onların tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakının vərəsələr arasında bölünməsinə dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı2 özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; X2 xx.xx.2002-ci ildə, X32 xx.xx.2017-ci il tarixdə və X16 isə 2022-ci ildə vəfat etmişlər. X3 İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisində yerləşən ümumi sahəsi 0.13 hektar olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 1.6639 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. X8 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair oğlu Tahirmirzə Hüseynov “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynova 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Tahirmirzə Hüseynovun vəfatından sonra arvadı Cavabdeh2 ərindən miras qalan İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən” verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli,**********89 reyestr nömrəli Çıxarış almışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi, iddiaçılar xx.xx.2023-cü il tarixdə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsini mübahisələndirmişlər. Miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin 2020-ci ildə qeydə alındığını nəzərə aldıqda görünür ki, ötən 3 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün iki aylıq kəsici müddət ötürülmüşdür. Bu səbəbdən də məhkəmə qeyd edir ki, iddiaçılar miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsızlığını mübahisələndirmək hüququnu itirdiklərindən, iddia tələbinin “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi,mirasın onların tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə münasibətdə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın onların tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakın vərəsələr arasında bölünməsinə dair iddia tələbi təmin edilməməlidir. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 152.1, 153.4, 157.4, 1133.1, 1133.2, 1134.1, 1272, 1157, 1159.1.1, 1243.1, 1243.2-ci maddələri, Notariat haqqında Azərbaycan Respublikasında Qanununun 59-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4, 218.3, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-723/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin sözügedən qətnaməsini qanunsuz və ədalətsiz qətnamə hesab etmişdir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Ona görə ki, məhkəmə araşdırması zamanı Cavabdeh1 mübahisələndirilən xx.xx.2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə məhkəməyə təqdim edilmişdir. Lakin İsmayıllı Rayon Məhkəməsi həmin şəhadətnamənin verilməsi ilə əlaqədar Cavabdeh1 açılmış “vərəsəlik işini” tələb etməmişdir. Hansı ki, həmin vərəsəlik işinin aparılması zamanı xx.xx.2002-ci ildə İsmayıllı rayonu, Ağbulaq kəndində ölmüş mərhum ataları X6 və xx.xx.2017-ci ildə İsmayıllı rayonu, Ağbulaq kəndində ölmüş mərhum anaları X24 vərəsələrinin dairəsinin müəyyən edilib-edilməməsi açıq şəkildə görülməlidir. Onlar vərəsəlik işi açılan zaman nə notariat kontoruna çağırılmamamşlar, nə də onlara vərəsəlik işi ilə əlaqədar məlumat verən olmayıb. Miras əmlak mərhum anaları ölənədək ona baxmış, onun qayğısına qalmış İddiaçı1 tərəfindən faktiki olaraq qəbul edilmiş, idarə edilmişdir. Cavabdeh2 mərhum qardaşları X7 həyat yoldaşı olmaqla onlar ailəliklə Sumqayıt şəhərində yaşamışlar, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş izahat tamamilə səhvdir. Əgər vərəsəlik işi açılanda onların xəbəri olsaydı onlar da ata yurdundan onlara düşən hissədən öz paylarını istəyərdilər. Məhkəməyə “Vərəsəlik işi” təqdim edilsə idi orada vərəsələrin kimlər olmasına dair arayışlarda vərəsələr barədə məlumatlar öz əksini tapardı. Lakin görünür məhkəmə işi ört-basdır etmək üçün Vərəsəlik şəhadətnaməsinin alınması ilə kifayətlənmiş, nədənsə “Vərəsəlik işini” cavadbeh Cavabdeh1 tələb etməmişdir (Yəqin həqiqi vərəsələrin neçə nəfərdən ibarət olmasının üzə çıxmasından ehtiyyat etmişdir). Bundan başqa hazırda mərhum qardaşlarının xeyrinə mirasdan imtina etmiş digər vərəsələr öz razılıq ərizələrini geri götürmüş və bu barədə İsmayıllı rayon məhkəməsinə ərizə vermişlər. Məhkəmə iş üzrə mübahisələndirilən Vərəsəlik şəhadətnaməsinin verilməsindən onların xəbərinin və məlumatının olmasını iddia edir, lakin bununla bağlı hər hansı bir sübut göstərmir. Vərəsəlik işinin alınmaması və məhkəmə tərəfindən araşdırılmaması da məhkəmənin işi tam araşdrımadan qətnamə çıxarmasının sübutudur. Onların vərəsəlik məsələləri ilə əlaqdar məlumatları ata evinin satışa çıxarılmasını bildikləri vaxt olub və onlar dərhal İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişlər. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(037)-723/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2023cü il tarixli, 2(037)-723/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Kollegiyanın iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(037)- 723/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən üçüncü şəxs X25 və eyni zamanda X11 nümayəndəsi izahat verərək qeyd etmişdir ki, miras qalmış əmlakın X20 və ona düşən miras əmlak payından imtina ilə əlaqədar 2019-cu il tarixli ərizəni qardaşının xəstəliyini və xətrini nəzərə alaraq, eləcə də qardaşının həyat yoldaşı tərəfindən sıxışdırılmasını ilə əlaqədar onlar imzalamışlar. Əlavə olaraq mübahisə edilən əmlakın iddiaçılar arasında bərabər şəkildə bölünməsini xahiş etmişdir Kollegiyanın iclasında iştirak edən üçüncü şəxs X28 qeyd etmişdir ki, miras qalmış əmlakın ona düşən miras əmlak payından imtina ilə əlaqədar 2019-cu il tarixli ərizəni həqiqətən o imzalamışdır, lakin ərizənin məzmununun nədən ibarət olduğunu bilməmişdir. Əlavə olaraq mübahisə edilən əmlakın iddiaçılar arasında bərabər şəkildə bölünməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh İsmayıllı rayon notariat ofisinin nümayəndəsi və üçüncü şəxs X26 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: (Yeni Məcəllə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(037)-723/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(037)-723/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apelyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(037)-723/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyan X32 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onun əri X2 isə xx.xx.2002-ci ildə vəfat etmişdir. X6 və X21 birgə nikahlarından İddiaçı3,İddiaçı1, İddiaçı2, X25, X27, X28, X26 və X16 adlı uşaqları doğulmuşdur. X3 İsmayıllı rayonu, Ağbulaq kəndi ərazisində yerləşən ümumi sahəsi 0.13 hektar olan həyətyanı torpaq sahəsi və ümumi sahəsi 1.6639 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Onun qanuni vərəsələri İddiaçı3,İddiaçı1, İddiaçı2, X25, X27, X28, X26 və X16 olmuşdur. 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 8İ-13810 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli **********810 nömrəli X29, X30, X28 və X13 xx.xx.2002-ci il tarixdə vəfat etmiş X2nun ölümündən sonra miras qalmış əmlakın onlara düşən miras əmlak paylarını faktiki qəbul etmədikləri, etmək niyyətində olmadıqları və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəkləri barədə, eləcə də 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 8İ-13811 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli **********811 nömrəli X29, X30, X28 və X13 xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X22 ölümündən sonra miras qalmış əmlakın onlara düşən miras əmlak paylarını faktiki qəbul etmədiklərini, etmək niyyətində olmadıqları və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəklərini təsdiq edən ərizələr vermişdirlər. X8 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair oğlu Tahirmirzə Hüseynov “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynova 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Lakin digər vərəsələr olan hazırkı işdə iddiaçı olan vərəsələr “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən məlumatlandırılmamış və onlara çatası miras payından məhrum olmuşlar. X16 2022-ci ildə vəfat etmişdir. X7 ölümündən sonra ona çatası mirası onun arvadı Cavabdeh2 qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, iddiaçılar xx.xx.2023-cü il tarixdə,iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsini mübahisələndirmişlər. Miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin 2020-ci ildə qeydə alındığını nəzərə aldıqda görünür ki, ötən 3 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün iki aylıq kəsici müddət ötürülmüşdür. Bu səbəbdən də məhkəmə qeyd edir ki, iddiaçılar miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsızlığını mübahisələndirmək hüququnu itirdiklərindən, iddia tələbinin “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın onların tərəfindən də qəbul edilməsinin müəyyən olunması və miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə münasibətdə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Həmin qanunun 55-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Həmin qanunun 55-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Göründüyü kimi, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynova 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən iddaçıların heç bir məlumatı olmamışdır və onlar miras əmlakdan pay almaq hüquqlarından məhrum olmuşlar. Bundan başqa birinci instansiya məhkəməsi iddiaçılar tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməni mübahisələndirmək üçün 2 aylıq kəsici müddəti ötürmələri ilə bağlı qeyd etmişdir ki, mübahisələndirilən, İsmayıllı rayonu, Ağbulaq kəndində yerləşən ümumi sahəsi 0.13 hektar olan həyətyanı və ümumi sahəsi 1.6639 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum Zərxanım Hüseynovaya çatan hissələrinə dair İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynova 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsindən iddiaçıların və mərhum Zərxanım Hüseynovanın digər vərəsələrinin məlumatları olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən hansı sübutlara istinad etdiyini qeyd etməmiş, ümumi sözlərlə kifayətlənmişdir. Halbuki iddiaçıların “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən məlumatlı olmaları barədə sübutları cavabdeh tərəf təqdim etməli idi. Ancaq cavabdeh tərəf belə bir sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Eyni zamanda kollegiya təkrar olaraq vurğulayır ki, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynova 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən iddaçıların heç biri məlumatlandırılmamış, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında hüquqi mövqe aşağıdakılarda ibarət olmuşdur; Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakının bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Mülki Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Mülki Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, X8 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair oğlu Tahirmirzə Hüseynova “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası miras əmlakın bölünməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir; 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 8İ-13810 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli **********810 nömrəli X29,X30, X28 və X13 xx.xx.2002-ci il tarixdə vəfat etmiş X2nun ölümündən sonra miras qalmış əmlakın onlara düşən miras əmlak paylarını faktiki qəbul etmədikləri, etmək niyyətində olmadıqları və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəkləri barədə ərizəni, eləcə də işdə olan 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 8İ-13811 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli **********811 nömrəli X29,X30, X28 və X13 xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X22 ölümündən sonra miras qalmış əmlakın onlara düşən miras əmlak paylarını faktiki qəbul etmədikləri, etmək niyyətində olmadıqları və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəkləri barədə ərizələri əsas götürmüşdür. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İş materiallarından görünür ki, X29, X30, X28 və X13 ərizələrindən görünür ki, həmin vərəsələr miras açıldıqdan xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X22 ölümündən 1 il 9 ay sonra mirası qəbul etmədikləri barədə ərizə vermişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 oktyabr tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli yuxarıda qeyd edilən qərarında isə qeyd edilmişdir ki, “qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.” Göründüyü kimi X29, X30, X28 və X23 Mülki Məcəllənin 1256-cı maddəsinin tələblərinə əsasən mirasdan imtinanı 3 ay ərzində deyil xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X22 ölümündən 1 il 9 ay sonra mirası qəbul etmədikləri barədə ərizə vermişlər. Kollegiyanın qənaətinə görə yuxarıda qeyd edilən vərəsələrin mirası qəbul etməmələri barədə ərizələri qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən mirasdan imtina kimi qəbul edilə bilməz. Bununla belə onlara çatası mirası qəbul etmək istəməmələri barədə ərizələrinə aydınlıq gətirilməlidir. Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin konstitusiyaya zidd olduğu AR KMnin qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256-cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Bu səbəblə də X29,X30, X28 və X13 aradan 1 il 9 ay müddət keçdikdən sonra mirasdan notariat qaydasında imtina etməsinə dair iradə ifadəsi hüquqi mahiyyəti baxımdan mirasdan imtina hesab oluna bilməz. Onu da nəzərə almaq lazımdır ki, mirası qəbul etmiş olan bir vərəsənin mirasdan imtinası mülki dövriyyədə hüquqi müəyyənliyin və etimadın təmin edilməsi baxımından yolverilməzdir. (MM.m.1267). Bu nöqteyi-nəzərdən də X29, X30, X28 və X1 yazılı iradə ifadəsinin yeganə məqsəd və təyinatı ona düşən vərəsəlik payının digər vərəsələrə əvəzsiz olaraq verilməsi, başqa sözlə onlara bağışlanması mahiyyətindədir. Belə ki, MM-in 324.5-ci maddəsinə görə “İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir”. Odur ki, X29, X30, X28 və X13 xx.xx.2019-cu il tarixində notariat qaydasında təsdiq olunmuş yazılı iradə ifadəsində sözügedən yazılı iradə ifadəsinin hüquqi müstəvidə həqiqi mahiyyət və təyinatı özünə düşən vərəsəlik payının digər vərəsələrə bağışlaması hesab olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X25 və eyni zamanda X11 nümayəndəsi izahat verərək qeyd etmişdir ki, onlara çatası miras payının iddiaçılar arasında bölünməsini istəyirlər. Çünki hazırkı işdə cavabdeh olan mərhum qardaşlarının arvadı Cavabdeh2 qardaşlarının ölümündən sonra onları mübahisəli evə buraxmamışdır. Ona görə də paylarının ona keçməsini istəmirlər. Eyni zamanda iclasda iştirak edən üçüncü şəxs X28 qeyd etmişdir ki, miras qalmış əmlakın ona düşən miras əmlak payından imtina ilə əlaqədar 2019-cu il tarixli ərizəni həqiqətən o imzalamışdır, lakin ərizənin məzmununun nədən ibarət olduğunu bilməmişdir. Əlavə olaraq mübahisə edilən əmlakın iddiaçılar arasında bərabər şəkildə bölünməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslər X29, X30, X28 və X26 verdikləri 8İ-13810 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli **********810 nömrəli ərizədə və 8İ-13811 nömrə ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli **********811 nömrəli ərizədə miras əmlakındakı paylarını kimə bağışladıqlarını ərizədə göstərməmişlər. Bu səbəbdən kollegiya hesab edir ki, X3 qalmış miras əmlakları iddiaçılar və cavabdeh arasında bərabər şəkildə bölünməlidir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbəni təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X4rşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; X5rşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Məhkəmə kollegiyası qeyd edir ki, İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsinin və İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 1.6639 ha torpaq sahəsinin ¼ hissəsi (hər birinə) iddiaçılar İddiaçı3,İddiaçı1 və İddiaçı2 məxsus olduğundan, 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə də etibarsız hesab edilməlidir. Mirasın bölünməsi ilə bağlı yekun olaraq kollegiya qeyd edir ki, X8 xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 1.6639 ha torpaq sahəsinin hər birinə əmlakın ¼ hissəsi verilməklə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 və Cavabdeh2 arasında bölünməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia təmin edilməli, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynova verilmiş 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etbarsız hesab edilməli 0.13 ha həyətyanı torpaq sahəsinə və İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 1.6639 ha torpaq sahəsinə dair vərəsələrin payları müəyyən olunmalıdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(037)-723/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(037)-723/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İsmayıllı rayon Notariat Ofisi tərəfindən Tahirmirzə Hüseynovun adına verilmiş 28 fevral 2020-ci il tarixli reyestrdə 2V-86 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin. X3 miras qalmış İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 1.6639 ha torpaq sahəsi və İsmayıllı rayon Ağbulaq kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsi iddiaçılar İddiaçı3 ¼ hissədə, İddiaçı1 ¼ hissədə, İddiaçı2 ¼ hissədə və Cavabdeh2 ¼ hissədə pay müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-225/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-225/2024
11.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver