Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-745/2020 01.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Ağayev Nadı̇ r Cəllad oğlunun cavabdehlər Mazanov Pərvı̇ z Rı̇ zvan oğlu və Şahdağ Mı̇ lli Parkına qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Ağayev Nadı̇ r Cəllad oğlu (bundan sonra iddiaçı) cavabdehlər Mazanov Pərvı̇ z Rı̇ zvan oğlu (bundan sonra birinci cavabdeh) və Şahdağ Milli Parkına (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 4000 manat məbləğin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Vəkil (bundan sonra iddiaçının nümayəndəsi) məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı 2000-ci ildə ikinci cavabdehlə bağladığı müqaviləyə əsasən İsmayıllı rayonu Cülyan kəndinin şimalında, dövlət meşə fonduna aid 0.10 hektar torpaq sahəsini ictimai iaşə obyekti kimi fəaliyyət göstərmək məqsədi ilə icarəyə götürmüşdür. İddiaçı ilk olaraq ərazini təmizləmiş, həmin əraziyə bir ədəd vaqon yerləşdirmiş və ictimai iaşə obyekti kimi fəaliyyətə başlamış, sonradan isə üç ədəd talvar tikmişdir. İddiaçı bir qayda olaraq yay fəslində xidmət göstərmişdir. 2011-ci ildə səhəti ilə əlaqədar xidmət göstərməyə imkanı olmamışdır. Birinci cavabdeh iddiaçıya həmin obyekti icarəyə götürməyi təklif etmişdir. Onlar ilin yay fəsli olmaqla bir il üçün 1000 manat icarə haqqı vermək barədə razılığa gəlmişlər. 2016-cı ildə birinci cavabdeh daha çox gəlir əldə etmək üçün iddiaçıya katej tikməyi təklif etmiş, iddiaçı isə birinci cavabdehin təklifi ilə razılaşmışdır. Birinci cavabdeh 2016-cı ildən başlayaraq katej tikintisinə pul xərclədiyi üçün üç ilin icarə haqqını iddiaçıya ödəməmişdir. 2019-cu ildə birinci cavabdeh atası xəstə olduğu üçün atasını müalicə etdirdiyini, obyekti tam gücü ilə işlətmədiyini və həmin il üçün 500 manat icarə haqqı verəcəyini bildirmiş və 500 manatı katejin tikintisinə xərclədiyi pulla əvəzləyərək həmin pulu da verməmişdir. İddiaçı 2019-cu ilin sonunda birinci cavabdehə obyekti özünün işlədəcəyini bildirmiş və haqq-hesab etmək istəmişdir. Bu zaman birinci cavabdeh katejin tikintisinə 9000 manat pul xərclədiyini bildirmiş, 3500 manat əvəzlənmiş icarə haqqından əlavə olaraq iddiaçıdan 5500 manat pul istəmişdir. İddaçı birinci cavabdehə 5000 manat ödəmək barədə razılığa gəlmiş, ilk olaraq 1500 manat verməyi, qalan 3500 manatı isə hər ay 1000 manat olmaqla verməyi öhdəsinə götürmüşdür. Birinci cavabdeh iddiaçıya 5000 manat pulu verməyəcəyi halda kateji verməyəcəyini bildirmişdir. Daha sonra iddiaçı icarə müqaviləsini yeniləmək üçün ikinci cavabdehə müraciət etmiş, ikinci cavabdeh ilə aralarında xx xxxx 2020-ci il tarixli 28 nömrəli müqavilə bağlamışdır. İddiaçı müqaviləyə və 1 nömrəli əlavədə olan istirahət mərkəzində yerləşən obyektlərin siyahısına əsasən sahəsi 66 kv.m olan 3 ədəd talvardan istifadə üçün 900 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin istirahət mərkəzində yerləşən obyektlərin siyahısında həmin torpaq sahəsində olan bir ədəd vaqon və katej qeyd olunmamışdır. Birinci cavabdeh Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 04 saylı meşə dolayının 38 nömrəli kvartalından iddiaçının 20 il müddətində istifadəsində olan ərazinin şərq hissəsindən 0.10 hektar torpaq sahəsini icarəyə götürdüyünü bildirmişdir. Katej, talvar və vaqonun yerləşdiyi həmin torpaq sahəsi 20 ildir ki, iddiaçının istifadəsindədir. Həmin ərazinin şimalı, şərqi və cənubu dağ ətəyi dərələrlə əhatə olunmuş, qərb hissəsi isə çayın sahili ilə tamamlanır. Ora gediş-gəliş yolu iddiaçının vəsaiti hesabına tikilmiş cənubdan olan avtomobil yoludur. Həmin ərazidə iki müxtəlif subyektin ictimai iaşə obyekti işlətməsi qeyri-mümkündür. İkinci cavabdeh də bir ədəd katejin yerləşdiyi ərazinin nəyə görə iddiaçının icarəsinə verilməməsinin səbəbini izah edə bilmir. Birinci cavabdeh də ikinci cavabdeh tərəfindən istifadəsinə verilən torpaq sahəsinin hansı hissədən verildiyini bildirmir və iddiaçının razılaşdıqları 5000 manat pulu 3 ay müddətinə hissə-hissə ödəməsinə razı olmur. Birinci cavabdeh kateji verməyəcəyi halda 4 illik icarə haqqı olaraq 4000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı birinci və ikinci cavabdehdən müştərək qaydada 4000 manat məbləğin alınaraq iddiaçıya ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 2011-ci ildə 0.10 hektar torpaq sahəsini iddiaçıdan şifahi razılıq əsasında icarəyə götürmüşdür. Bu zaman həmin torpaq sahəsində yalnız iddiaçıya məxsus vaqon yerləşmişdir. O, iddiaçıya torpaq sahəsindən istifadəyə görə yay aylarında hər ay 250 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. O, 2011-ci ildən 2018-ci ilə kimi razılaşdıqları icarə haqqını iddiaçıya ödəmişdir. Sonuncu ildə isə iddiaçıya 600 manat pul vermişdir. 2016-cı ildən sonra o, həmin ərazidə katej, bağ üçün çətir, mətbəx tikmişdir. Həmin əraziyə şimaldan və cənubdan iki yol olmuşdur. 2016-cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin yaxınlığında əlavə torpaq sahəsini istifadəyə götürərək yararlı vəziyətə gətirmiş, xx xxxx 2020-ci il tarixdə həmin ərazidə yerləşən 0.10 hektar torpaq sahəsindən istifadəyə dair ikinci cavabdehlə müqavilə bağlamışdır. Bundan sonra iddiaçı onun istifadəsində olan ərazinin yolunu yararsız vəziyyətə salmış, həmin ərazidə yerləşən obyektin işləməsinə imkan verməmişdir. İddiaçı ondan 2 il müddətində icarə haqqını tələb edəndə, o, iddiaçıya torpaq sahəsində tikdiyi tikililərin ona qaldığını, ona görə də tikililər üçün çəkdiyi xərci icarə haqqı ilə əvəzlədiyini bildirmişdir. İlk vaxtlar iddiaçının istifadəsində olan torpaq sahəsində ictimai iaşə fəaliyyəti göstərən zaman iddiaçıdan həmin torpaq sahəsinə aid müqavilə olub-olmadığını, aidiyyəti orqanların əraziyə baxış keçirən zaman sənədləri tələb etdiyini bildirsə də, iddiaçı ona torpaq sahəsinə aid heç bir sənəd təqdim etməmişdir. Onun iddiaçıdan icarəyə götürdüyü torpaq sahəsində tikdiyi katej, bağ üçün çətir, mətbəx də iddiaçıya qalmışdır. İddiaçı sonradan ona məxsus torpaq sahəsindən çıxmasını, obyekti özünün işlətməsini bildirdikdə isə, o, iddiaçıdan çəkdiyi xərclərin əvəzini tələb etmişdir. İddiaçı ona istifadəsində olan torpaq sahəsindən çıxması üçün 5500 manat pul təklif etmiş, o, isə iddiaçının təklifi ilə razılaşmamışdır. O, 0.10 hektar torpaq sahəsini iddiaçıdan əvvəl Şahdağ Milli Parkından istifadəyə götürmüşdür. Həmin torpaq sahəsi iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil deyil. Onun və iddiaçının istifadəsinə verilmiş torpaq sahələri dərənin müxtəlif tərəflərində yerləşir. Qeyd etdiyi əsaslara görə iddiaçının tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci cavabdehin nümayəndəsi X2 izahat verərək göstərdi ki, mübahisəli əraziyə dair 2019-cu ilə qədər İddiaçı və Cavabdeh2la X3 və Bərpası Müəssisəsi və Şahdağ Milli Parkı arasında torpaq sahəsindən istifadəyə dair müqavilə bağlanmamışdır. Onlar həmin ərazini qeyri-qanuni olaraq istifadə etmişlər. Bununla bağlı müxtəlif vaxtlarda cərimə olunmuşlar. İddiaçı Cavabdeh2 istifadəsində olan ərazinin X3 və Bərpası Müəssisəsi tərəfindən onun icarəsinə verilməsini bildirsə də, həmin müqaviləni Şahdağ Milli Parkına təqdim etməmişdir. 2020-ci ilin iyun ayında mübahisəli ərazidən 0.10 hektar torpaq sahəsi Şahdağ Milli Parkı tərəfindən Cavabdeh2 istifadəsinə verilmişdir. Həmin ilin iyul ayında Cavabdeh2 istifadəsinə verilmiş ərazinin yaxınlığından 0.10 hektar torpaq sahəsi isə İddiaçı istifadəsi üçün ayrılmışdır. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. xx xxxx 2020-ci il tarixli 25 nömrəli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə müqavilənin surətindən görünür ki, təbiət istifadəçilərinə iaşə, ticarət və digər xidmətlərin göstərilməsi üçün Şahdağ Mı̇ lli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 04 saylı meşə dolayının 38 nömrəli kvartalından 0.10 hektar sahə müvafiq obyektlərin yerləşdirilməsi üçün 5 il müddətinə X1 istifadəsinə verilmişdir. xx xxxx 2020-ci il tarixli 25 nömrəli müqaviləyə əlavə olan istirahət mərkəzində yerləşən obyektlərin siyahısından görünür ki, 2 ədəd talvar və açıq ərazi X1 istifadəsinə verilmişdir. xx xxxx 2020-ci il tarixli 28 nömrəli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə müqavilənin surətindən görünür ki, təbiət istifadəçilərinə iaşə, ticarət və digər xidmətlərin göstərilməsi üçün Şahdağ Mı̇ lli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 04 saylı meşə dolayının 38 nömrəli kvartalından 0.10 hektar sahə müvafiq obyektlərin yerləşdirilməsi üçün 5 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. xx xxxx 2020-ci il tarixli 28 nömrəli müqaviləyə əlavə olan istirahət mərkəzində yerləşən obyektlərin siyahısından görünür ki, sahəsi 66 m2 olan 3 ədəd talvar və açıq ərazi İddiaçı istifadəsinə verilmişdir. X6 Təsərrüfatı Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 738 nömrəli sorğuya cavab məktubundan görünür ki, İsmayıllı rayonu Cülyan kənd sakini İddiaçı ilə keçmiş X3 və Bərpası Müəssisəsi arasında torpaq sahəsinin icarəyə verilməsi barədə heç bir icarə müqaviləsi bağlanılmamış və Müəssisə tərəfindən inzibati cərimə edilməmişdir. Həmin ərazi xx xxxxxxxx 2009-cu ildə X3 və Bərpası Müəssisəsindən təhvil alınıb Şahdağ Mı̇ lli Parkına təhvil verillmişdir. Hazırda İddiaçı istifadəsində olan torpaq sahəsi Şahdağ Mı̇ lli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin ərazisinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunan faktiki hallarından görünür ki, iddiaçı və birinci cavabeh ayrı-ayrılıqda təbiət istifadəçilərinə iaşə, ticarət və digər xidmətlərin göstərilməsi üçün Şahdağ Milli Parkının İsmayıllı Bölməsinin Talıstan meşəbəyliyinin 04 saylı meşə dolayının 38 nömrəli kvartalından 0.10 hektar sahəni beş il müddətinə istifadələrinə götürmüşlər. Bununla bağlı iddiaçı ilə ikinci cavabdeh arasında xx xxxx 2020ci il tarixdə, birinci cavabdeh ilə ikinci cavabdeh arasında xx xxxx 2020-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin ərazilər əvvəllər X3 və Bərpası Müəssisəsinin mülkiyyətində olmuş, xx xxxxxxxx 2009-cu ildə Müəssisədən təhvil alınaraq Şahdağ Milli Parkına təhvil verilmişdir. Lakin 2020-ci ilə qədər iddiaçı ilə nə X3 və Bərpası Müəssisəsi, nə də Şahdağ Milli Parkı arasında müqavilə bağlanmışdır. İddiaçı cavabdehlərdən pul tələb etdiyi torpaq sahəsindən 2020-ci ilə qədər istifadə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehlərdən müştərək qaydada 4000 manat məbləğin alınaraq iddiaçıya ödənilməsi dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Cavabdehlər Mazanov Pərvı̇ z Rı̇ zvan oğlu və Şahdağ Mı̇ lli Parkından müştərək qaydada 4000 manat pul məbləğinin alınaraq iddiaçı Ağayev Nadı̇ r Cəllad oğluna ödənilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-745/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-745/2020
01.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver