Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-763/2024 16.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçı Cavabdeh qarşı aliment ödənilən hesab kartının dəyişdirilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək müəyyən etdim: İddiaçı ərizə ilə müraciət edərək Cavabdeh hər ay tutulan 100 manat aliment pulunun köhnə kartın vaxtı tamam olmadan əvvəl ödənişdə gecikmə yaranmaması üçün yeni kartın məlumatların təqdim edilməsini xahiş etmişdir. Məhkəmə ərizənin mümkünlüyü məsələsinə baxaraq, iş materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Belə ki, İddiaçı “aliment ödənilən hesab kartının dəyişdirilməsi” tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay tutulan 100 manat aliment pulunun köhnə kartın vaxtı tamam olmadan əvvəl ödənişdə gecikmə yaranmaması üçün yeni kartın məlumatların təqdim edilməsini məhkəmədən xahiş etmişdir. Sözügedən əsasla aliment ödənilən hesab kartının dəyişdirilməsi icra məmurunun səlahiyyətindədir. İddiaçı müvafiq müraciətlə icra işinin aparıldığı icra və probasiya şöbəsinə müraciət etməlidir. Bundan başqa, iddiaçı hazırkı iş üzrə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, “X1” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının aliment ödənilən hesab kartının dəyişdirilməsi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, o, müvafiq müraciətlə icra işinin aparıldığı icra və probasiya şöbəsinə müraciət etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı aliment ödənilən hesab kartının dəyişdirilməsi tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-763/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-763/2024
16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver