Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-781/2020 30.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehə verdiyi 1620 manat, maddi ziyanlıq kimi yollara xərclədiyi 350 manat, telefon danışıqlarına xərclədiyi 50 manat, əldən çıxmış fayda kimi 1000 manat, ödənilmiş dövlət rüsumu 30 manat, ümumilikdə 3050 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Araşdırılma zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsində cavabdehin yaşayış yerini İsmayıllı rayonu Rüşan kəndi olmasını göstərmişdir. İddiaçı iddia ərizəsinə cavabdehin harada qeydiyyatda olmasına dair sənəd əlavə etməmişdir. Məhkəmə cavabdehin İsmayıllı rayonu Rüşan kəndində yaşaması əsası ilə iddia ərizəsini icraata qəbul etmişdir. Cavabdehin qeydiyyat yerinin müəyyən olunması məqsədi ilə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış edilmişdir. Şəxsiyyət vəsiqəsi məlumatından cavabdehin qeydiyyat ünvanının ünvan 1 olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, iş başqa məhkəmədə baxılmağa verilir. Məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh ünvan 1 qeydiyyatda olduğuna görə mülki iş baxılması üçün Kəlbəcər rayon Məhkəməsinə verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 40, 44, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün Kəlbəcər rayon Məhkəməsinə verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-781/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-781/2020
30.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver