Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-788/2020 26.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" Sığorta Şı̇rkəti Açıq Səhmdar Cəmı̇yyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı" X3 Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 2534,60 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu – cəmi 2564,60 manat Cavabdeh tutularaq "İddiaçı" Sığorta Şı̇rkəti Açıq Səhmdar Cəmı̇yyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi teleqram göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx 2014-cü il tarixdə cavabdeh idarə etdiyi “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı- Muğanlı yolunun 39.5-ci kilometrində manevr etmə qaydasını pozaraq onunla eyni istiqamətdə hərəkət edən “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra cavabdehin sürücülük vəsiqəsinin müddətinin bitdiyi məlum olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdehin təqsirli olması DYPİ-nin YPXA-nın CYP 008739 saylı X1 Protokolunda öz əksini tapmışdır. xx xxxx 2014-cü il və xx xxxx 2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatlara uyğun olaraq “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə 2534,20 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 007685 və 009303 saylı sığorta aktlarına əsasən 2534,20 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş verən yol nəqliyyat hadisəsi nəticəsində 2534,20 manat zərər məbləği cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 2534,20 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu – cəmi 2564,60 manat cavabdehdən tutularaq "İddiaçı" Sığorta Şı̇rkəti Açıq Səhmdar Cəmı̇yyətinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, göndərdiyi ərizədə iddia tələbini qəbul etmədiyini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(037)-1068/2016 saylı qərardadı ilə mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlandığını, həmin vaxtdan 4 il ötdükdən sonra iddiaçının ona qarşı eyni tələblə yenidən məhkəməyə müraciət etdiyini bildirirərək iddia tələbinin əsassız olduğunu və iddia müddəti tətbiq olunmaqla rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. xx xxxxxx 1998-ci il tarixdə verilmiş nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. xx xxx 2014-cü il tarixli CYP008739 nömrəli Baş Dövlət X2 X1 Protokolunun surətindən müəyyən edilir ki, Cavabdeh barəsində İXM-nin 151.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, Cavabdeh Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələbini pozduğuna görə İXM-nin 152.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. “X4-2011” MMC-nin xx xxx 2014-cü il tarixli, 51 nömrəli hesab fakturanın surətindən müəyyən edilir ki, “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2584,20 manat ziyan dəymişdir. xx xxxx 2014-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan və xx xxxxxx 2014-cü il tarixli zərər aktına əlavədən müəyyən edilir ki, “Mitsubishi L-200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində ümumilikdə 2534.20 manat həcmində zərər dəydiyi müəyyən edilmişdir. xx xxxx 2014-cü tarixli 007685 saylı və xx xxxxxx 2014-cü il tarixli 009303 saylı sığorta aktlarının təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən sığortalanmış “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil “Mitsubishi L-200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə baş vermiş hadisəyə görə sığorta ödənişinin məbləği ümumilkdə 2534,20 manat müəyyən edilmişdir. xx xxxx 2014-cü il tarixli vəxx xxxxxx 2014-cü il tarixli ödəniş tapşırıqlarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən 2534,20 manat sığorta ödənişi “xxxxxxxxxxxx” ASC-nin hesabına ödənilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(037)-1068/2016 saylı qərardadının surətindən müəyyən edilir ki, iddiaçı "İddiaçı" Sığorta Şı̇rkəti Açıq Səhmdar Cəmı̇yyətinin Cavabdeh qarşı subroqasiya qaydası əsasında cəmi 2565,20 manat tələbinə dair iddia ərizəsi iddiaçı üzrlü səbəb bildirmədən məhkəmə iclaslarında iştirak etmədiyindən baxılmamış saxlanılmışdır. xx xxxxxx 2020-ci il tarixli P4633/19 nömrəli pretenziyanın surətindən müəyyən edilir ki, iddiaçının ödədiyi 2534,20 manat sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tələb edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx xxx 2014-cü il tarixdə cavabdeh idarə etdiyi “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı- Muğanlı yolunun 39.5-ci kilometrində manevr etmə qaydasını pozaraq onunla eyni istiqamətdə hərəkət edən “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh barəsində İXM-nin 151.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin tələbini pozduğuna görə İXM-nin 152.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Baş vermiş hadisə nəticəsində “Mitsubishi L-200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2534,20 manat sığorta ödənişi təyin olunmuş və xx xxxx 2014-cü tarixli 007685 saylı və xx xxxxxx 2014-cü il tarixli 009303 saylı sığorta aktlarına əsasən iddiaçı 2534,20 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı cavabdehə qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət etmiş, iddiaçı üzrlü səbəb bildirmədən məhkəmə iclaslarında iştirak etmədiyindən məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının ödədiyi sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı 2534,60 manat sığorta ödənişini və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 2564,60 manat məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, göndərdiyi ərizədə iddia tələbini qəbul etmədiyini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlandığını, həmin vaxtdan 4 il ötdükdən sonra iddiaçının ona qarşı eyni tələblə yenidən məhkəməyə müraciət etdiyini bildirirərək iddia tələbinin əsassız olduğunu və iddia müddəti tətbiq olunmaqla rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx xxx 2014-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra iddiaçı cavabdehdən subroqasiya qaydasında pul tələbi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı üzrlü səbəb bildirmədən məhkəmə iclaslarında iştirak etmədiyindən məhkəmənin xx xxxxxx 2016-cı il tarixli saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı iddia tələbi üzrə mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı 4 il keçdikdən sonra 2020-ci ilin sentyabr ayında eyni tələblə yenidən məhkəməyə müraciət etmiş və bununla da, iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Məhkəmə qərara gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini buraxdığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "İddiaçı" Sığorta Şı̇rkəti Açıq Səhmdar Cəmı̇yyətinin Cavabdeh qarşı “Mitsubishi 200” markalı H024172 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 2534,60 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu – cəmi 2564,60 manatın Cavabdeh tutularaq "İddiaçı" Sığorta Şı̇rkəti Açıq Səhmdar Cəmı̇yyətinə ödənilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-788/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-788/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver