Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-804/2021 08.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Sərdar Əmı̇ rşah oğlu, Şı̇ ralı̇ yeva Südabə Ağaxan qızı, Şı̇ rəlı̇ yeva Xuraman Əmı̇ rşah qızı və Şı̇ rəlı̇ yeva Sənəm Əmı̇ rşah qızına qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun bölünməsi tələbi, iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğlu və Şı̇ ralı̇ yev Sahı̇ b Əmı̇ rşah oğluna qarşı icarələrində olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması və həmin sahədə yerləşən tikililərdən onlara məxsus əmlakın və saman taylarının boşaldılması tələbi, iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdeh Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğluna qarşı mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması tələbi və iddiaçılar Şiralıyev Mustafa Əmı̇ rşah oğlu, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu, X9 və İddiaçı2 Əmı̇ rşah qızının cavabdehlər Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı, İsmayıllı rayon Notarı̇ at Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlı̇ lli bələdı̇ yyəsi və İsmayıllı rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair mülki işə 08 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı cavabdehlər Şı̇ ralı̇ yev Sərdar Əmı̇ rşah oğlu, Şı̇ ralı̇ yeva Südabə Ağaxan qızı, Şı̇ rəlı̇ yeva Xuraman Əmı̇ rşah qızı və Şı̇ rəlı̇ yeva Sənəm Əmı̇ rşah qızına qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 05 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 10,17533 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsi üzərində vərəsəlik hüququ tanınaraq naturada paylarına uyğun ayrılması, cavabdehlər Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğlu və Şı̇ ralı̇ yev Sahı̇ b Əmı̇ rşah oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Sultan və 50 saylı Meşəbaşı adlı yay otlaq torpaq sahəsinin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2012-ci il tarixli 306 nömrəli sərəncamına əsasən mərhum əri X7 icarəsinə verilmiş 200 hektar hissəsindən və İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan qış otlaq torpaq sahəsinin X7 icarəsinə verilmiş 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 21,0841 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 52,1552 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 80,8374 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 33,3633 hektar və 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 63,3155 hektar – cəmi 250,7555 hektar hissəsindən və həmin torpaq sahələrində yerləşən tikililərdən cavabdehlər Cavabdeh6 və Cavabdeh5 məxsus əmlaklar çıxarılması və həmin torpaq sahələrinə dair icarə hüququna edilən maneçiliklərə qadağa qoyulması, cavabdeh Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək 03 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan 9,1789 hektar torpaq sahəsinin zəbt etdiyi 2 hektarından Cavabdeh6 çıxarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Şiralıyev Mustafa Əmı̇ rşah oğlu, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu, X9 və İddiaçı2 Əmı̇ rşah qızı cavabdehlər Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı, İsmayıllı rayon Notarı̇ at Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlı̇ lli bələdı̇ yyəsi və İsmayıllı rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək X4 vərəsəsi X7 miras əmlakından 1/1 hissədə pay almasına dair İsmayıllı rayon X38 tərəfindən verilmiş 2V-76 reyestr nömrəsi ilə qeyd edilmiş 27 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında yaranmış hüquqların qeydiyyatının ləğv edilməsi, X3 miras qalmış əmlakdan birinci növbəli vərəsə kimi X7 1/5, Şiralıyev Mustafa Əmı̇ rşah oğlunun 1/5, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu 1/5, X5 1/5 (atası Cavabdeh1 görə) və İddiaçı2 Əmı̇ rşah qızının 1/5 hissədə payları müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 sonuncu məhkəmə iclasına gəlməmiş, nümayəndələri işə İddiaçı1 iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə İddiaçı1 iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı1 iştirak etdiyi məhkəmə iclasında iddia tələblərini müdafiə etdiyini bildirmiş və izahat verərək göstərmişdir ki, X16 onun mərhum əridir. 05 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən mərhum əri, ərinin atası və anası da daxil olmaqla cəmi 7 nəfərdən ibarət ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 10,17533 hektar torpaq sahəsi verilmişdir. X2 28 aprel 2011-ci il tarixdə vəfat etmişdir. Qaynatası sağlığında özünə məxsus əmlaklarını oğlu – onun mərhum əri Mayıl Şiraliyevə vəsiyyət etmişdir. Mərhum əri Mayıl Şiraliyev atasının vəfatından sonra ondan miras qalan əmlakı qəbul edərək idarə etmiş və İsmayıllı rayon Notariat Ofisi tərəfindən onun adına 27 iyul 2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Əri 14 mart 2021-ci il tarixdə vəfat etmiş və bundan sonra o, mərhum ərinin vərəsəsi elan olunmuşdur. Əri vəfat etdikdən sonra ümumi birgə mülkiyyətdə olan 10,17533 hektar torpaq sahəsinin yeddidə iki hissəsi faktiki onun mülkiyyətindədir. Cavabdehlər ərindən miras qalan əmlakı qəbul edərək idarə etməyinə, mülkiyyət hüququnun həyata keçirməyinə bir sıra maneçiliklər törətmişlər. Cavabdehlər hazırda da mərhum ərindən miras qalan əmlakdan onun istifadəsinə hər cür maneçiliklər törədirlər. Ona görə də o, ümumi birgə mülkiyyətdə olan 10,17533 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsi üzərində vərəsəlik hüququ tanınaraq naturada paylarına uyğun ayrılmasını istəyir. Bundan əlavə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2012-ci il tarixli 306 nömrəli Sərəncamı ilə İsmayıllı rayonun ərazisində yerləşən 49 saylı Səlim Sultan və 50 saylı Meşəbaşı adlı yay otlaq sahəsindən 200 hektar torpaq sahəsi 15 il müddətinə mərhum ərinə icarəyə verilmişdir. İsmayıllı rayonu Qubaxəlilli Bələdiyyəsinin mülkiyyətində olan qış otlaq sahələrindən də 15 avqust 2017-ci il tarixli icarə müqaviləsi əsasında 05 aprel 2021ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 21,0841 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 52,1552 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 80,8374 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 33,3633 hektar və 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 63,3155 hektar – cəmi 250,7555 hektar örüş torpaq sahəsi 50 il müddətinə mərhum ərinə icarəyə verilmişdir. İcarə müqavilələri dövlət qeydiyyatına alınaraq mərhum ərinə müvafiq çıxarışlar verilmişdir. Əri vəfat etdikdən sonra cavabdehlər Mustafa Şı̇ raliyev və Sahib Şı̇ ralı̇ yev onun xəbəri olmadan həmin qış və yay otlaq sahələrini qanunsuz zəbt edərək istifadə edir, qış otlaq sahələrində yerləşən tikililərə onun icazəsi olmadan saman tayları yığır və həmin torpaq sahələrindən və orada yerləşən tikililərdən onun istifadəsinə hər cür maneçiliklər törədirlər. Cavabdehlərdən dəfələrlə zəbt etdikləri torpaq sahələrini boşaltmalarını, istifadəsinə maneçiliklərin törətməmələrini xahiş etsə də sonuncular həmin torpaq sahələrini boşaltmaqdan imtina edirlər. Bundan başqa, 03 avqust 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Qubaxəlilli kəndində yerləşən 9,1789 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum ərinin adına qeydə alınmışdır. Həmin torpaq sahəsinin 2 hektar hissəsini Cavabdeh6 zəbt edərək istifadə edir. Cavabdeh6 həmin torpaq sahəsini boşaltmasını tələb etsə də o torpaq sahəsini boşaltmaqdan imtina edir. Ona görə də İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Sultan və 50 saylı Meşəbaşı adlı yay otlaq torpaq sahəsinin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2012-ci il tarixli 306 nömrəli sərəncamına əsasən mərhum əri X7 icarəsinə verilmiş 200 hektar hissəsindən və İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan qış otlaq torpaq sahəsinin X7 icarəsinə verilmiş cəmi 250,7555 hektar hissəsindən və həmin torpaq sahələrində yerləşən tikililərdən cavabdehlər Cavabdeh6 və Cavabdeh5 məxsus əmlaklar çıxarılmasını və həmin torpaq sahələrinə dair icarə hüququna edilən maneçiliklərə qadağa qoyulmasını, 03 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan 9,1789 hektar torpaq sahəsinin zəbt etdiyi 2 hektarından Cavabdeh6 çıxarılmasını və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmasını istəyir. Mustafa Şiralıyev, Sahib Şiralıyev, Cəbrayıl Şiralıyev və İddiaçı2 ona qarşı iddia tələbinə münasibətdə qeyd edir ki, mərhum əri Mayıl Şiraliyevin X34 sağlığında öz əmlaklarını övladları arasında bölmüşdür və mərhum ərindən başqa digər birinci növbəli vərəsələrinə hər birinə ayrıca əmlak almışdır. Mərhum əri Mayıl Şiraliyev X34lə birlikdə yaşamışdır. Ona görə də Əmirşah Şiraliyev sağlığında öz adına olan əmlakları oğlu Mayıl Şiraliyevə vəsiyyət etmişdir. Mayıl Şiraliyevin X34dən miras qalmış əmlakları qəbul edib idarə etmiş və həmin əmlaklara dair mərhum ərinə qanunamüvafiq qaydada qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qəbul etdiyi əmlaklara ərinin adına mülkiyyət və icarə hüququna dair çıxarışlar verilmişdir. Mustafa Şiralıyev, Sahib Şiralıyev, Cəbrayıl Şiralıyev və İddiaçı2 miras əmlakı nə qanuni, nə də faktiki olaraq qəbul etməmişlər. Ona görə də onların iddia tələbini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla özünün iddia tələblərinin təmin edilməsini, Mustafa Şiralıyev, Cavabdeh5, İddiaçı3 və İddiaçı2 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı1 nümayəndələri İslam İsmayılov və Ağaşərif Ağayev İddiaçı1 izahatının məzmununa uyğun izahat verərək Aynur Şiraliyevin iddia tələblərinin təmin edilməsini, Mustafa Şiralıyev, Cavabdeh5, İddiaçı3 və İddiaçı2 iddia tələbinin rədd edilməsini xahiş etdilər. Cavabdeh5 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, atası X10 ilə anası X8 birgə nikahlarından doqquz övladları olmuşdur. X34 28 aprel 2011-ci il tarixdə, anası Gülgəz Şirəliyeva 13 dekabr 2014-cü il tarixdə, qardaşı Mayıl Şiraliyev isə 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı3 atası Cavabdeh1 13 dekabr 2014-cü il tarixdə həbs edilmiş, anlaqlılığı istisna olunduğu müəyyən edilmiş və məhkəmənin qərarına əsasən Respublika Psixiatiriya Xəstəxanasında stasionar qaydada məcburi müalicə olunur. Aqrar İslahat Komissiyasının qərarı ilə eni 8 metr, uzunluğu 100 metr olan kaşar əmlak payı kimi mərhum valideynlərinin və qardaşı Cavabdeh1 mülkiyyətinə verilmişdir. Mərhum atası heyvandarlıqla məşğul olmuş, sağlığında bütün övladlarının ayrı təsərrüfat olmalarını təmin etmiş, mal-qaraları və torpaq sahələri isə birgə idarə edilmişdir. Bundan başqa, 9,17 hektar, 7,64 hektar və 9,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini də mərhum atası ailə başçısı kimi idarə etmiş və öz istəyi ilə övladlarına pay vermişdir. Mərhum atası 200 hektar yay otlaq sahəsi, 250 hektar isə qış otlaq sahəsini icrarəyə götürmüş və heyvanların bir təsərrüfatda idarə olunmasını təmin etmişdir. Mərhum atasının adına qeydə alınmış İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 15 may 2009-cu il tarixli MN seriyalı ******* nömrəli çıxarışa əsasən 0,15 hektar həyətyanı torpaq sahəsi üzərində 1 mərtəbəli, 3 otaqlı, 41,6 kv.m yaşayış, 65,8 kv.m köməkçi sahədən ibarət yaşayış evi, 15 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1789 hektar torpaq sahəsi, 15 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 7,6493 hektar torpaq sahəsi, 15 iyul 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1827 hektar torpaq sahəsi onun miras kütləsinə daxildir. Bundan başqa, İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Soltan və 50 saylı Meşəbaşı adlı yay otlaq sahəsindən 200 hektar torpaq sahəsi üzərində istifadə hüququ, mərhum atasının adına verilmiş çıxarışa əsasən İsmayıllı rayonu Qubaxəlilli Bələdiyyəsinə məxsus 52,1 hektar, 33,3 hektar, 63,3 hektar, 80,8 hektar və 21 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində istifadə hüququ, Aqrar İslahat Komissiyasının 25 sentyabr 2000-ci il tarixli 5 saylı qərarı ilə balans dəyəri 40348800 manat, qalıq dəyəri ******* manat olan qoyun kaşarının 1/3 hissəsi və 05 avqust 2008-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 10,1753 kənd təsərrüfatı təyinatlı əmlak pay torpaq sahəsinin mərhum valideynlərinin hər birinin 1/7 hissəsi də miras kütləsinə daxildir. Mərhum atasının Uaz və Vaz markalı avtomobilləri olmuş, sağlığında bunlardan Vaz markalı avtomobilini satılaraq məzar daşının tikintisini təmin etməyi vəsiyyət etmiş, lakin bunu mübahisələndirmir. Mərhum atası sağlığında qalan əmlaklarını, o cümlədən, mülkiyyətində olan digər torpaq sahələrini, istifadəsində olan yay və qış otlaq sahələrini vərəsələr arasında bərabər bölünməsini sözlə vəsiyyət etmişdir. Mərhum atasının vəfatından sonra onun vəsiyyətinə uyğun mirası qəbul edərək idarə etmişlər. X28 vəfatından sonra cavabdeh İddiaçı1 miras əmlakı bütünlüklə adına keçirdiyini deyərək həmin əmlaklara heç bir hüquqlarının çatmadığını bildirmişdir. Ona sonradan məlum olmuşdur ki, qardaşı Mayıl Şiraliyev 27 may 2017-ci il tarixli ərizə ilə İsmayıllı rayon Notariat Ofisinə müraciət edərək atalarının vəfat etdiyini, miras əmlakın fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət olduğunu, başqa vərǝsələrin olduğunu ərizəsində göstərməmiş və başqa vərəsələrin olmadığını təsdiq edərək imzalamışdır. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinin notariusu digər vərəsələrin dairəsi barədə arayış tələb etməli olduğu halda İsmayıllı rayon İHB-nin Qubaxəlilli İƏD üzrə nümayəndəliyi tərəfindən mərhum atasının vəfat etdiyi tarixə kimi onunla yaşayan ailə üzvlərinin siyahısı barədə 26 may 2017-ci il tarixli 241 saylı arayışı qanunsuz olaraq sübut kimi qəbul etmiş və 27 may 2017-ci il qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Notarius həmin şəhadətnamə ilə 28 aprel 2011-ci il tarixdə vəfat etmiş mərhum atasının vərəsəsi X28 miras əmlakdan 1/1 hissədə pay almasını təsdiq etmişdir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisi qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi verilməsi barədə ərizəyə baxarkən təqdim edilməsi zəruri olan sənədi deyil, bunun üçün əhəmiyyəti olmayan arayışı sübut kimi qəbul etmiş, mərhum atasının vəfatından 7 il sonra X28 xeyrinə əsassız şəhadətnamə vermişdir. Mərhum atasının vərəsəsi qardaşı Mayıl Şiraliyev miras əmlakdan 1/1 hissədə pay almasına dair İsmayıllı rayon Notariat Ofisinin tərəfindən verilmiş 27 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında hüquq müəyyənedici sənədlər ləğv edilməli və miras əmlak vərəsələr arasında bərabər bölünməlidir. Qeyd etdikləri nəzərə alınmaqla özünün iddia tələbinin təmin edilməsini, İddiaçı1 iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh6 də Cavabdeh5 izahatının məzmununa uyğun izahat verərək özlərinin iddia tələbinin təmin edilməsi, İddiaçı1 iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh6, Cəbrayıl Şı̇ ralı̇ yev və İddiaçı2 nümayəndəsi Nəvaid Abbasov da Cavabdeh5 izahatının məzmununa uyğun izahat verərək nümayəndəsi və vəkili olduğu şəxslərin iddia tələbinin təmin edilməsi, İddiaçı1 iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Şı̇ ralı̇ yev Sərdar Əmı̇ rşah oğlu, Şı̇ ralı̇ yeva Südabə Ağaxan qızı, Şı̇ rəlı̇ yeva Xuraman Əmı̇ rşah qızı və Şı̇ rəlı̇ yeva Sənəm Əmı̇ rşah qızı və İsmayıllı rayon Notarı̇ at Ofisi, iddiaçılar İddiaçı3 və İddiaçı2 məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələblərinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. İddiaçılar Cəbrayıl Şı̇ ralı̇ yev və İddiaçı2 nümayəndəsi Nəvaid Abbasov işə onlar iştirakı olmadan baxılaraq öz iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehlər Sərdar Şı̇ ralı̇ yev, Südabə Şı̇ ralı̇ yeva, Xuraman Şı̇ rəlı̇ yeva, Sənəm Şı̇ rəlı̇ yeva, İsmayıllı rayon Notarı̇ at Ofisinin nümayəndəsi, iddiaçılar İddiaçı3 və İddiaçı2 iştirakı olmadan baxılmasını qərara almışdır. Üçüncü şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Rasim Rəhimov sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2012-ci il tarixli 306 nömrəli Sərəncamı ilə İsmayıllı rayonun ərazisində yerləşən 49 saylı Səlim Sultan və 50 saylı Meşəbaşı adlı yay otlaq sahəsindən 200 hektar torpaq sahəsi 15 il müddətinə X7 icarəsinə verilmişdir. Mayıl Şiraliyevlə icarə müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs İsmayıllı rayon Qubaxəlilli Bələdiyyəsinin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və bələdiyyəyə qarşı iddia tələbini qəbul etmədiyini bildirərək bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. İsmayıllı rayon Qubaxəlilli Bələdiyyəsinin nümayəndəsi Mirzəxan Mirzəxanov iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Əmirşah Şiraliyev sağlığında özünün birinci növbəli vərəsələri olan övladlarının hər birinə torpaq sahəsi və digər əmlaklar almışdır. Öz adına olan əmlakları isə onunla birlikdə yaşayan oğlu Mayıl Şiraliyevə vəsiyyət etmişdir. İsmayıllı rayonu Qubaxəlilli Bələdiyyəsinin mülkiyyətində olan qış otlaq sahələrindən 250 hektar örüş torpaq sahəsi 50 il müddətinə X4 icarəsinə verilmişdir. Əmirşah Şiraliyev vəfat etdikdən sonra həmin 250 hektar örüş torpaq sahəsi vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında oğlu Mayıl Şiraliyevə verilmişdir. Əmirşah Şiraliyevin vəfat etdikdən sonra həmin torpaq sahəsinin icarə haqqını Mayıl Şiraliyev ödəmişdir. Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi Mayıl Şiraliyevə qanuni əsaslarla icarəyə verilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Üçüncü şəxs DƏDRX-nin Qəbələ Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə üçüncü şəxs DƏDRX-nin Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X13 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayon İHB-nin Qubaxəlilli İƏD üzrə nümayəndəsi işləyir. X29 sağlığında özünün birinci növbəli vərəsələri olan övladlarına ayrıca əmlaklar almışdır. 2010-cu ildə X15 Şiraliyevə miras əmlaklar vəsiyyət etmək üçün ona müraciət etmişdir. 01 oktyabr 2010-cu il tarixli vəsiyyətnamə ilə Əmirşah Şiraliyev mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini, 0,13 hektar həyətyanı torpaq sahəsini, bütün iribuynuzlu mallarını, xırdabuynuzlu mallarını onunla birlikdə yaşayan oğlu Mayıl Şiraliyevə vəsiyyət etmiş, bundan başqa 1,45 hektar pay torpağını, alğı-satqı müqaviləsi ilə aldığı 25,99 hektar əkin torpağını, əmlak payına düşən qoyun kaşarı, icarəsində olan 250,76 hektar örüş və 200 hektar yay otlaq sahəsini, “VAZ-2101” markalı ** BA *** nömrə nişanlı avtomobilini Mayıl Şiraliyevin sərəncamına vermişdir. Həmin vəsiyyətnamə saxta deyil və bundan Cavabdeh5 xəbərdar olmuşdur. O, 26 may 2017-ci il tarixdə Əmirşah Şiraliyevin vəfat etdiyi gündən 2017-ci il tarixə qədər onunla birlikdə yaşamış ailə üzvləri barədə arayış vermişdir. X6 ifadə verərək göstərdi ki, o, Cavabdeh6 həyat yoldaşıdır. Onlar öz torpaq sahələrinin vergi pulunu qaynı Mayıl Şiraliyevə vermiş və o ödəmişdir. 2017-ci ildə qışlaq torpaq sahəsinə dair sənəd almaq üçün qaynı Mayıl Şiraliyevə 8000 manat pul verilmişdir. Bundan başqa, 30 sentyabr 2018-ci il tarixdə 1000 manat, 19 dekabr tarixdə 100 manat, 06 avqust 2019-cu il tarixdə 200 manat, 2020-ci ildə 500 manat ödənilməsi üçün qaynı Mayıl Şiraliyevə vergi pulu verilmişdir. 05 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 10,17533 hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi X10, X17, X14, X24, Cavabdeh4, X18 və Cavabdeh3 ümumi birgə mülkiyyətindədir. 01 oktyabr 2010-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X10 mülkiyyətində olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini, 0,13 hektar həyətyanı torpaq sahəsini, bütün iribuynuzlu mallarını, xırdabuynuzlu mallarını X11 vəsiyyət etmiş, bundan başqa 1,45 hektar pay torpağını, alğı-satqı müqaviləsi ilə aldığı 25,99 hektar əkin torpağını, əmlak payına düşən qoyun kaşarı, icarəsində olan 250,76 hektar örüş və 200 hektar yay otlaq sahəsini, “VAZ-2101” markalı ** BA *** nömrə nişanlı ağ rəngli avtomobilini X1 vermişdir. İsmayıllı rayonu İcra Hakimiyyəti başçısının 18 dekabr 2012-ci il tarixli 306 nömrəli sərəncamının və torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətlərindən görünür ki, İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Soltan və 50 saylı Meşəbaşı adlı yay otlaq sahəsinin 200 hektar hissəsi 15 il müddətinə X11 icarəyə verilmişdir. İsmayıllı rayon İHB-nin Qubaxəlilli İƏD üzrə nümayəndəliyi tərəfindən İsmayıllı rayon Notariat Kontoruna təqdim etmək üçün verilmiş 26 may 2017-ci il tarixli 241 nömrəli arayışda qeyd edilmişdir ki, X10 vəfat etdiyi gündən 2017-ci il tarixə qədər onunla birlikdə ailə üzvlərindən X16, X19, İddiaçı1, X22 və X25 yaşamışlar. İsmayıllı rayon Notariat Kontoru tərəfindən DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə ünvanlanmış 27 may 2017-ci il tarixli 36 nömrəli məktubda qeyd edilmişdir ki, 28 aprel 2011-ci il tarixdə vəfat etmiş mərhum X4 vərəsələrinin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən mərhumun vərəsəsinin X16 olması barədə məlumat verilir. 27 iyul 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 28 aprel 2011-ci il tarixdə vəfat etmiş mərhum X4 vərəsəsi oğlu X12r və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 15 iyul 2017-ci il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1789 hektar torpaq sahəsi, 15 iyul 2017-ci il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 7,6493 hektar torpaq sahəsi, 15 iyul 2017-ci il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1827 hektar torpaq sahəsi, 15 may 2009-cu il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 0,15 hektar torpaq sahəsindən və ümumi sahəsi 107.4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarətdir. 03 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 9,1789 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 mülkiyyətindədir. 05 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin surətindn görünür ki, 28 aprel 2011-ci il tarixdə vəfat etmiş mərhum X4 vərəsəsi oğlu X12r və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 80,8374 hektar torpaq sahəsinin, 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 52,1552 hektar torpaq sahəsinin, 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş Qubaxəlilli kəndində yerləşən 33,3633 hektar torpaq sahəsinin, 31 oktyabr 2017ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş Qubaxəlilli kəndində yerləşən 63,3155 hektar torpaq sahəsinin və 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş Qubaxəlilli kəndində yerləşən 21,0841 hektar torpaq sahəsinin üzərində olan icarə hüququndan ibarətdir. 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların surətindən görünür ki, İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 21,0841 hektar, 52,1552 hektar, 80,8374 hektar, 33,3633 hektar, 63,3155 hektar – cəmi 250,7555 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 50 il müddətinə X7 icarəsinə verilmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən DƏDRX-nin Ərazi İdarəsinə ünvanlanmış 02 iyun 2021-ci il tarixli 771 nömrəli məktubunda qeyd edilmişdir ki, 14 mart 2021-ci il tarixdə vəfat etmiş mərhum X7 vərəsələrinin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən mərhumun vərəsəsinin İddiaçı1 olması barədə məlumat verilir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən İsmayıllı rayon Məhkəməsinə ünvanlanmış 03 avqust 2021-ci il tarixli 1092 nömrəli məktubda qeyd edilmişdir ki, 27 iyul 2017-ci il tarixdə mərhum X4 vərəsəsi X11 qanun üzrə vərəsəlik hüququnda şəhadətnamə verilmişdir. X4 vərəsəsi X16 14 mart 2021-ci il tarixdə vəfat etdiyi üçün onun vərəsələrinin dairəsi müəyyən edilmiş və 20 aprel 2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. İsmayıllı rayon Dövlət Arxivinin 23 iyul 2021-ci il tarixli 126 nömrəli arxiv arayışının surətindən görünür ki, X44 Komissiyasının 25 sentyabr 2000-ci il tarixli 5 saylı qərarı ilə balans dəyəri 40348800 manat, qalıq dəyəri ******* manat olan qoyun kaşarı 3 nəfər əmlak payı olan şəxslərin mülkiyyətinə verilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbləri iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Sərdar Əmı̇ rşah oğlu, Şı̇ ralı̇ yeva Südabə Ağaxan qızı, Şı̇ rəlı̇ yeva Xuraman Əmı̇ rşah qızı və Şı̇ rəlı̇ yeva Sənəm Əmı̇ rşah qızına qarşı ümumi birgə mülkiyyətdə olan 10,17533 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsi üzərində vərəsəlik hüququ tanınaraq naturada paylarına uyğun ayrılması tələbinə dair hissəsində qismən, cavabdehlər Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğlu və Şı̇ ralı̇ yev Sahı̇ b Əmı̇ rşah oğluna qarşı icarələrində olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması və həmin sahədə yerləşən tikililərdən onlara məxsus əmlakın və saman taylarının boşaldılması tələbinə dair hissədə və cavabdeh Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğluna qarşı mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair hissədə təmin edilməli, iddia tələbi iddiaçılar Şiralıyev Mustafa Əmı̇ rşah oğlu, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu, X9 və İddiaçı2 Əmı̇ rşah qızının cavabdehlər Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı, İsmayıllı rayon Notarı̇ at Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlı̇ lli bələdı̇ yyəsi və İsmayıllı rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair hissədə rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 05 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 10,17533 hektar torpaq sahəsi X10, X17, X14, X24, Cavabdeh4, X18 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir. Əmirşah Şiraliyev sağlığında 01 oktyabr 2010-cu il tarixli vəsiyyətnamə ilə mülkiyyətində olan fərdi yaşayış evini, 0,13 hektar həyətyanı torpaq sahəsini, bütün iribuynuzlu və xırdabuynuzlu mallarını oğlu Mayıl Şiraliyevə vəsiyyət etmiş, bundan başqa 1,45 hektar pay torpağını, alğı-satqı müqaviləsi ilə aldığı 25,99 hektar əkin torpağını, əmlak payına düşən qoyun kaşarı, icarəsində olan 250,76 hektar örüş və 200 hektar yay otlaq sahəsini, “VAZ-2101” markalı ** BA *** nömrə nişanlı avtomobilini oğlu Mayıl Şiraliyevin sərəncamına vermişdir. Əmirşah Şiraliyev 28 aprel 2011-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən X29in vərəsələrinin dairəsi müəyyən edilmiş və mərhumun vərəsəsinin Mayıl Şiraliyevin olması müəyyən edilmişdir. 27 iyul 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə X29in vərəsəsi oğlu Mayıl Şiraliyev olduğu və onun miras əmlakdan 1/1 hissədə pay alması qeyd edilmişdir. Həmin şəhadətnaməyə əsasən verilən miras əmlak İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 15 iyul 2017-ci il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1789 hektar torpaq sahəsi, 15 iyul 2017-ci il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 7,6493 hektar torpaq sahəsi, 15 iyul 2017-ci il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən 9,1827 hektar torpaq sahəsi, 15 may 2009-cu il tarixdə Əmirşah Şiraliyevə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 0,15 hektar torpaq sahəsi və ümumi sahəsi 107.4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarətdir. 03 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 9,1789 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Mayıl Şiraliyevin mülkiyyətindədir. 05 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamədə X29in vərəsəsi oğlu Mayıl Şiraliyev olduğu və onun miras əmlakdan tam hissədə pay alması qeyd edilmişdir. Həmin şəhadətnaməyə əsasən verilən miras əmlak 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 80,8374 hektar torpaq sahəsi, 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 52,1552 hektar torpaq sahəsi, 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş Qubaxəlilli kəndində yerləşən 33,3633 hektar torpaq sahəsi, 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş Qubaxəlilli kəndində yerləşən 63,3155 hektar torpaq sahəsi və 31 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 50 il müddətinə Əmirşah Şiraliyevə icarəyə verilmiş Qubaxəlilli kəndində yerləşən 21,0841 hektar torpaq sahəsi üzərində olan icarə hüququndan ibarətdir. 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışlara əsasən İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan 21,0841 hektar, 52,1552 hektar, 80,8374 hektar, 33,3633 hektar, 63,3155 hektar – cəmi 250,7555 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 50 il müddətinə Mayıl Şiraliyevin icarəsinə verilmişdir. Mayıl Şiraliyev 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən X40in vərəsələrinin dairəsi müəyyən edilmiş və mərhumun vərəsəsinin İddiaçı1 olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iddia tələbinin iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Sərdar Əmı̇ rşah oğlu, Şı̇ ralı̇ yeva Südabə Ağaxan qızı, Şı̇ rəlı̇ yeva Xuraman Əmı̇ rşah qızı və Şı̇ rəlı̇ yeva Sənəm Əmı̇ rşah qızına qarşı İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 05 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 10,17533 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsi üzərində vərəsəlik hüququ tanınaraq naturada paylarına uyğun ayrılması tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, 05 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 10,17533 hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi X10, X17, X14, X24, Cavabdeh4, X18 və Cavabdeh3 olmaqla 7 nəfərin ümumi birgə mülkiyyətindədir. Qeyd edilən mübahisəli torpaq sahəsində hər bir birgə mülkiyyətçinin payı razılaşdırma ilə müəyyən edilmədiyindən hər birinin payı 1/7 hissədə müəyyən edilməklə onlar arasında bərabər bölünməlidir. Qeyd edilən torpaq sahəsində payları olan birgə mülkiyyətçilərdən Əmirşah Şiraliyev 28 aprel 2011-ci il tarixdə vəfat etmişdir. Əmirşah Şiraliyev vəfat etdikdən sonra Mayıl Şiraliyev X34dən qalan miras əmlakı qəbul etmiş və həmin əmlaka dair 27 iyul 2017-ci il tarixli birinci növbəli vərəsə kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mayıl Şiraliyev 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. Mayıl Şiraliyev vəfat etdikdən sonra İddiaçı1 Mayıl Şiraliyevin vərəsəsi müəyyən edilmişdir. X21 miras qalan əmlak oğlu Mayıl Şiraliyev tərəfindən qəbul edilmiş, Mayıl Şiraliyev tərəfindən qəbul edilmiş miras əmlaka və onun özünə düşən paya onun həyat yoldaşı İddiaçı1 vərəsə müəyyən edilmiş və həmin əmlak İddiaçı1 tərəfindən qəbul edilmişdir. Belə olan halda, İddiaçı1 payı Mayıl Şiraliyev və Əmirşah Şiraliyevin hər birinə düşən payın 1/7 hissə olması nəzərə alınmaqla 2/7 hissədə (10,17533*2/7=2,90723 hektar) müəyyən edilməlidir. Ona görə də iddia tələbi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun bölünməsi hissədə təmin edilməlidir. Qanuna əsasən hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması nəzərdə tutulsa da hazırki iş üzrə İddiaçı1 paylı mülıkiyyətin naturada ayrılmasına yol verilməsini və ya bu mülkiyyətin əşyaya təmnasüb zərər vurmadan mümkün olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi torpaq sahəsinin naturada paylarına uyğun ayrılması hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158-ci maddəsinin məzmununa görə mülkiyyətçi olmayan şəxslərin əmlakdan istifadə hüququ var. Məhkəmə iddia tələbinin iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğlu və Şı̇ ralı̇ yev Sahı̇ b Əmı̇ rşah oğluna qarşı icarələrində olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması və həmin sahədə yerləşən tikililərdən onlara məxsus əmlakın və saman taylarının boşaldılması tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Sultan və 50 saylı Meşəbaşı adlı yay otlaq torpaq sahəsinin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2012-ci il tarixli 306 nömrəli sərəncamına əsasən 200 hektar hissəsi və İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan qış otlaq torpaq sahəsinin 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 21,0841 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 52,1552 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 80,8374 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 33,3633 hektar və 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 63,3155 hektar – cəmi 250,7555 hektar hissəsi Mayıl Şiraliyevin icarəsinə verilmişdir. Mayıl Şiraliyev 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. Mayıl Şiraliyev vəfat etdikdən sonra İddiaçı1 Mayıl Şiraliyevin vərəsəsi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh6 və Cavabdeh5 həmin torpaq sahələrində olan tikililərdə özlərinə məxsus əmlaklar və saman tayları yerləşdirmişlər. Cavabdehlər həmin torpaq sahələrindən mərhum ərinin vərəsəsi İddiaçı1 istifadə etməsinə mane olurlar. Cavabdehlər iddiaçının qeyd olunan torpaq sahələrindən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olmaları onun əmlak üzərində istifadə hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Sultan və 50 saylı Meşəbaşı adlı yay otlaq torpaq sahəsinin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2012-ci il tarixli 306 nömrəli sərəncamına əsasən iddiaçı Aynur Şı̇ ralı̇ yevanın mərhum əri Mayıl Şiraliyevin icarəsinə verilmiş 200 hektar hissəsindən və İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan qış otlaq torpaq sahəsinin Mayıl Şiraliyevin icarəsinə verilmiş 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 21,0841 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 52,1552 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 80,8374 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 33,3633 hektar və 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 63,3155 hektar – cəmi 250,7555 hektar hissəsindən və həmin torpaq sahələrində yerləşən tikililərdən cavabdehlər Cavabdeh6 və Cavabdeh5 məxsus əmlaklar çıxarılmalı və həmin torpaq sahələrinə dair icarə hüququna edilən maneçiliklərə qadağa qoyulmalıdır. Məhkəmə iddia tələbinin iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdeh Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğluna qarşı mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, 03 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən 9,1789 hektar torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. Mayıl Şiraliyev 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. Mayıl Şiraliyev vəfat etdikdən sonra Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı Mayıl Şiraliyevin vərəsəsi müəyyən edilmişdir. Cavabdeh6 qeyd olunan torpaq sahəsinin 2 hektar hissəsini zəbt edərək istifadə edir və həmin torpaq sahəsindən mərhum ərinin vərəsəsi iddiaçının istifadə etməsinə mane olur. Cavabdeh iddiaçının qeyd olunan torpaq sahəsindən sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olması onun mülkiyyət hüquqlarının pozulması və əmlak üzərində mülkiyyət hüququndan tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehin hər hansı əsasla iddiaçının qanuni istifadəsində olan torpaq sahələrindən istifadə etməsi onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu sərbəst şəkildə həyata keçirməsinin məhdudlaşdırılması üçün əsas ola bilməz. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, 03 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Mayıl Şiraliyevin mülkiyyətində olan 9,1789 hektar torpaq sahəsinin zəbt etdiyi 2 hektarından Cavabdeh6 çıxarılmalı və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulmalıdır. Məhkəmə iddiaçılar Şiralıyev Mustafa Əmı̇ rşah oğlu, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu, X9 və İddiaçı2 Əmı̇ rşah qızının cavabdehlər Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı, İsmayıllı rayon Notarı̇ at Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlı̇ lli bələdı̇ yyəsi və İsmayıllı rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar aşağıdakılardır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.4-cü maddəsinə əsasən, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X40 atasının vəfatından sonra birinci növbəli vərəsə kimi İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçılar özlərinin vərəsəliyi qəbul etməsini sübut etməlidirlər. Başqa sözlə, iddiaçılar vərəsəliyi qəbul etməmələrini deyil, özlərinin vərəsəliyi qəbul etmələrini sübut etməlidir. Lakin iddiaçılar özləri tərəfindən vərəsəliyin qəbul edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçılar birinci növbəli vərəsəsi kimi mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, miras qəbul etməsinə dair hər hansı bir zəruri hərəkəti yerinə yetirməmişlər. Məhkəmə qərara gəlir ki, qаnun üzrə vərəsəlik hüququ hаqqındа şəhаdətnаmə qanunvericiliyin tələblərinə uyğun verildiyindən ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də Şiralıyev Mustafa Əmı̇ rşah oğlu, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu, X9 və İddiaçı2 Əmı̇ rşah qızının cavabdehlər Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı, İsmayıllı rayon Notarı̇ at Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlı̇ lli bələdı̇ yyəsi və İsmayıllı rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Sərdar Əmı̇ rşah oğlu, Şı̇ ralı̇ yeva Südabə Ağaxan qızı, Şı̇ rəlı̇ yeva Xuraman Əmı̇ rşah qızı və Şı̇ rəlı̇ yeva Sənəm Əmı̇ rşah qızına qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun bölünməsi tələbinə dair hissəsində qismən təmin edilsin. İsmayıllı rayonu Qubaxəlilli kəndində yerləşən 05 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 10,17533 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının payı 2/7 (2,90723 hektar) hissədə müəyyən edilsin. İddia tələbi iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdehlər Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğlu və Şı̇ ralı̇ yev Sahı̇ b Əmı̇ rşah oğluna qarşı icarələrində olan torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması və həmin sahədə yerləşən tikililərdən onlara məxsus əmlakın və saman taylarının boşaldılması tələbinə dair hissədə təmin edilsin. İsmayıllı rayonu ərazisində yerləşən 49 saylı Səlim Sultan və 50 saylı Meşəbaşı adlı yay otlaq torpaq sahəsinin İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2012-ci il tarixli 306 nömrəli sərəncamına əsasən iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının mərhum əri X7 icarəsinə verilmiş 200 hektar hissəsindən və İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin mülkiyyətində olan qış otlaq torpaq sahəsinin X7 icarəsinə verilmiş 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 21,0841 hektar, 05 aprel 2021ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 52,1552 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 80,8374 hektar, 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 33,3633 hektar və 05 aprel 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 63,3155 hektar – cəmi 250,7555 hektar hissəsindən və həmin torpaq sahələrində yerləşən tikililərdən cavabdehlər Cavabdeh6 və Cavabdeh5 məxsus əmlaklar çıxarılsın və həmin torpaq sahələrinə dair icarə hüququna edilən maneçiliklərə qadağa qoyulsun. İddia tələbi iddiaçı Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızının cavabdeh Şı̇ ralı̇ yev Mustafa Əmı̇ rşah oğluna qarşı mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair hissədə təmin edilsin. 03 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan 9,1789 hektar torpaq sahəsinin zəbt etdiyi 2 hektarından Cavabdeh6 çıxarılsın və həmin torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulsun. İddiaçılar Şiralıyev Mustafa Əmı̇ rşah oğlu, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu, X9 və İddiaçı2 Əmı̇ rşah qızının cavabdehlər Şı̇ ralı̇ yeva Aynur Ağaşərı̇ f qızı, İsmayıllı rayon Notarı̇ at Ofisi, üçüncü şəxslər DƏDRX-nin Qəbələ Ərazi İdarəsi, İsmayıllı rayon Qubaxəlı̇ lli bələdı̇ yyəsi və İsmayıllı rayon İcra Hakı̇ mı̇ yyətinə qarşı X4 vərəsəsi X7 miras əmlakından 1/1 hissədə pay almasına dair İsmayıllı rayon X38 tərəfindən verilmiş 2V-76 reyestr nömrəsi ilə qeyd edilmiş 27 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında yaranmış hüquqların qeydiyyatının ləğv edilməsi, X3 miras qalmış əmlakdan birinci növbəli vərəsə kimi X7 1/5, Şiralıyev Mustafa Əmı̇ rşah oğlunun 1/5, Şiralıyev Sahı̇ b Əmı̇ rşah oğlu 1/5, X5 1/5 (atası Cavabdeh1 görə) və İddiaçı2 Əmı̇ rşah qızının 1/5 hissədə payları müəyyən edilməsinə dair iddia tələbləri rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-804/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-804/2021
08.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver