Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-806/2020 26.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Beybutov Varı̇s Məzahı̇r oğlunun cavabdeh İsmayıllı Rayon Notarı̇at Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Beybutov Varı̇s Məzahı̇r oğlu(bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmiş atası X2 miras qalmış İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən İsmayıllı rayon X5 xx xxxxxx 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 1100 kv.m həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon X5 xx xxxxxx 2001-ci il tarixli 120 saylı qərarı ilə 1100 kv.m həyətyanı torpaq sahəsi atası X3 mülkiyyətinə verilmişdir. Atası mülkiyyətində olan həmin torpaq sahəsində İsmayıllı Rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxx 2010-cu tarixli 53 saylı Sərəncamı ilə razılıq verilmiş və “xxxxxxx” MMC tərəfindən hazırlanmış Eskiz Layihəsinə əsasən iki mərtəbəli fərdi yaşayış evi tikmişdir. Atası xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Həmin vaxtdan o, ailəsi ilə birlikdə miras evdə yaşamış, əmlak, torpaq vergisini, kommunal xidmətlər üçün haqları ödəyərək miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. O, 2020ci ilin sentyabr ayında atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli 1278 nömrəli məktubla mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülməsi və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmaması səbəbi ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. O, xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmiş atası X2 miras qalmış İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən İsmayıllı rayon X5 xx xxxxxx 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 1100 kv.m həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı tərəf İsmayıllı Rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Şahid2 bildirdi ki, iddiaçı onun qardaşıdır. X11 sağ ikən iddiaçı ilə birlikdə İsmayıllı rayonun İsmayıllı kəndində, anası isə onunla birlikdə İsmayıllı rayonun Hacıhətəmli kəndində yaşamışdır. Digər qardaşı isə Bakı şəhərində yaşayır. Atası xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra iddiaçı ailəsi ilə birlikdə İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən miras evdə yaşamışdır. Onun, anasının, digər qardaşının və bacısının İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən atasından miras qalmış əmlaka dair iddiaları yoxdur. O, mərhum X11dan miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktını təsdiq edir. xx xxx 1983-cü il tarixli 310167 nömrəlii doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Beybutov Varı̇s Məzahı̇r oğlu xx xxxxx 1983-cü ildə doğulmuş, atası X6 və anası Şahid3 kimi qeyd olunmuşdur. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 2010-cu il tarixli 53 saylı Sərəncamından müəyyən edilir ki, X4 İsmayıllı kəndində Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin xx xxxxx 2010-cu il tarixli 222 nömrəli arayışına əsasən verilmiş torpaq sahəsində ümumi sahəsi 198.0 m2, yaşayış sahəsi 65.0 m2 olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin inşasına icazə verilmişdir. Dövlət Torpaq Kadastrı kitabında xx xxxxx 2012-ci il tarixdə 6136 nömrə ilə qeydə alınmış A № 396213 saylı torpaq sahəsinin plan və ölçü sənədinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, İsmayıllı rayon X5 xx xxxxxx 2001-ci il tarixli 120 saylı qərarı ilə 1100 kv.m həyətyanı torpaq sahəsi X4 ayrılmışdır. xx xxxxxxx 2019-cu il tarixli AZ-İİ 003174 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxxxxx 2019-cu ildə vəfat etmişdir. İsmayıllı Rayon Dövlət Arxivinin xx xxxxxxxx 2020-ci il tarixli 132 nömrəli arayışından və arayışa əlavə olunan təsərrüfatbaşına kitabın vərəqinin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu 59 nömrəli arxiv fondunda saxlanan İsmayıllı RİHB-nin Mican kənd İƏD üzrə nümayəndəliyinin İsmayıllı (Aşağıbaş) kəndi üzrə 2006- 2010-cu illərin təsərrüfatbaşına kitabında ailə başçısı mərhum X3 himayəsində olmaqla ailə tərkibi oğlu xx.xx.1983-cü il təvəllüdlü Varı̇s Beybutov, xx.xx.1980-ci il təvəllüdlü gəlini X7, xx.xx.2007-ci il təvəllüdlü nəvəsi X8 və xx.xx.2010-cu il təvəllüdlü nəvəsi X1 qeyd olunmuşdur. İsmayıllı rayon Notariat Ofisinin xx xxxxxxxx 2020-ci il tarixli 1278 nömrəli məktubundan görünür ki, Beybutov Varı̇s Məzahı̇r oğlunun mərhum atası X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, müraciətə əsasən Varı̇s Beybutova qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunması bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. xx xxxxxxxx 2020-ci il tarixli ********* və ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, Beybutov Varı̇s Məzahı̇r oğlu bələdiyyə əmlak və torpaq vergisini ödəmişdir. İsmayıllı Bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixli 252 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon X5 xx xxxxxx 2001-ci il tarixli 120 saylı qərarı ilə X4 İsmayıllı şəhəri ərazisində verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx xxxxx 2012-ci il tarixdə 6136 nömrə ilə uçota alınmış 0.11 hektar həyətyanı torpaq sahəsinin bələdiyyə vergilərini xx xxxxxxx 2019-cu il tarixdən 2020-ci il də daxil olmaqla Beybutov Varı̇s Məzahı̇r oğlu ödəyir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Hacıhətəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxxxx 2020-ci il tarixli 533 nömrəli arayışından görünür ki, X3 birinci dərəcəli vərəsələri xx.xx.1962-ci il təvəllüdlü arvadı Şahid3, xx.xx.1983-cü il təvəllüdlü oğlu İddiaçı, xx.xx.1985-ci il təvəllüdlü oğlu Şahid2, xx.xx.1987-ci il təvəllüdlü qızı Şahid4 və xx.xx.1991-ci il təvəllüdlü oğlu Şahid1 ibarətdir. Həmin vərəsələr məhkəmə prosesinə dəvət olunmuş, Şahid2 başqa digər vərəsələr məhkəmə prosesinə gəlməmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsəvərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzilistismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının atası xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən İsmayıllı rayon X5 xx xxxxxx 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş 1100 kv.m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evi iddiaçıya atasından miras qalmışdır. İddiaçı atasının vəfatından sonra miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı Rayon Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülməsi və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmaması səbəbi ilə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı atasının sağlığında atası ilə birlikdə yaşamış, atasının vəfatından sonra miras evdə yaşayaraq əmlak və torpaq vergisini ödəmiş, miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Hacıhətəmli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxxxx 2020-ci il tarixli 533 nömrəli arayışına əsasən X3 birinci dərəcəli vərəsələri xx.xx.1962-ci il təvəllüdlü arvadı Şahid3, xx.xx.1983-cü il təvəllüdlü oğlu İddiaçı, xx.xx.1985-ci il təvəllüdlü oğlu Şahid2, xx.xx.1987-ci il təvəllüdlü qızı Şahid4 və xx.xx.1991-ci il təvəllüdlü oğlu Şahid1 ibarətdir. Həmin vərəsələr məhkəmə prosesinə dəvət olunmuş, Şahid2 başqa digər vərəsələr məhkəmə prosesinə gəlməmişlər. Şahid2 özünün, anasının, digər qardaşının və bacısının İsmayıllı rayonun İsmayıllı kəndində yerləşən atasından miras qalmış əmlaka dair iddialarının olmadığını bildirmiş və mərhum atasından miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktını təsdiq etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmiş X2 miras qalmış İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində yerləşən İsmayıllı rayon X5 xx xxxxxx 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx xxxxx 2012-ci il tarixdə 6136 nömrə ilə qeydə alınmış A №396213 saylı torpaq sahəsinin plan və ölçü sənədində göstərilmiş 1100 kv.m həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin iddiaçı Beybutov Varı̇s Məzahı̇r oğlu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmiş X2 miras qalmış İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində yerləşən İsmayıllı rayon X5 xx xxxxxx 2001-ci il tarixli 120 saylı qərarı ilə verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx xxxxx 2012-ci il tarixdə 6136 nömrə ilə qeydə alınmış A №396213 saylı torpaq sahəsinin plan və ölçü sənədində göstərilmiş 1100 kv.m həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin iddiaçı Beybutov Varı̇s Məzahı̇r oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-806/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-806/2020
26.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver