Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-810/2023 25.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 25 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 1227,83 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə dost münasibətləri olmuşdur. Cavabdeh kredit götürməsinə görə ondan zamin durmasını xahiş etmişdir. O, cavabdehlə razılaşmış və "xxxx" ASC-nin Gəncə filialına getmişlər. 02 sentyabr 2020-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin Gəncə filialı ilə kredit müqaviləsi bağlayaraq 1000 manat məbləğində kredit götürmüşdür. Həmin müqavilənin təminatı kimi onunla "xxxx" ASC-nin Gəncə filialı arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə üzrə götürdüyü kredit borcunu vaxtında ödəmədiyi üçün "xxxx" ASC məhkəmədə iddia qaldırmışdır. İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(037)-1428/2022 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 679.18 manat əsas, 327.05 manat faiz borcu və 67 manat cərimə məbləği alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. O, müxtəlif vaxtlarda, yəni 02 mart 2023-cü il tarixdə 80 manat, 10 mart 2023-cü il tarixdə 80 manat, 25 aprel 2023-cü il tarixdə 160 manat, 26 may 2023-cü il tarixdə 160 manat, 12 iyun 2023-cü il tarixdə 297 manat, 12 iyun 2023-cü il tarixdə 297 manat, 12 iyun 2023-cü il tarixdə 30 manat, 14 iyun 2023-cü il tarixdə 31 manat, 14 iyun 2023-cü il tarixdə 10 manat, 14 iyun 2023-cü il tarixdə 80 manat – cəmi 1237 manat borc pul ödəmiş və öhdəlik tam yerinə yetirilmişdir. Cavabdehdən həmin pulun ödənilməsini tələb etdikdə sonuncu, boyun qaçırır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehdən 1227,83 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(037)-1428/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 679.18 manat əsas, 327.05 manat faiz borcu və 67 manat cərimə məbləği alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. 14 iyun 2023-cü il tarixli, BOA-6417 nömrəli məktubun surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(037)-1428/2022 nömrəli icra sənədinə əsasən borclu Cavabdeh "xxxx" KB ASC-yə olan borcunu tam ödəmişdir. 14 iyun 2023-cü il tarixli, BOA-6418 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı 7875Sgndj/19 saylı kredit müqaviləsi üzrə heç bir məbləğdə kredit borcu və hər hansı öhdəliyi qalmamışdır. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, İddiaçı müxtəlif vaxtlarda 7875Sgndj/19 saylı kredit müqaviləsi üzrə ümumilikdə 1226 manat pul ödəmişdir. 21 oktyabr 2000-ci il tarixli, 025583 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. 04 iyun 2003-cü il tarixli, 208372 nömrəli vəsiqədən görünür ki, İddiaçı 2-ci qrup Qarabağ əlilidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(037)-1428/2022 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 679.18 manat əsas, 327.05 manat faiz borcu və 67 manat cərimə məbləği alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(037)-1428/2022 nömrəli icra sənədinə əsasən borclu Cavabdeh "xxxx" KB ASC-yə olan borcunu tam ödəmişdir. 14 iyun 2023-cü il tarixli, BOA-6418 nömrəli maliyyə arayışına əsasən İddiaçı 7875Sgndj/19 saylı kredit müqaviləsi üzrə heç bir məbləğdə kredit borcu və hər hansı öhdəliyi qalmamışdır. İş materiallarında olan qəbzlərə əsaəsn İddiaçı müxtəlif vaxtlarda 7875Sgndj/19 saylı kredit müqaviləsi üzrə ümumilikdə 1226 manat pul ödəmişdir. İddiaçı cavabdehdən 1227,83 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin 1227,83 manat pulun alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, habelə iddia tələbinin mahiyyəti üzrə məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiyindən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi xüsusatları, habelə iş materiallarını sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi 1227,83 manat pulun alınmasına dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə iddia tələbinin 30 manat ödənilmiş dövlət rüsumunun alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsini cavabdehdən tələb etsə də o, müharibə veteranı və 2-ci qrup Qarabağ əlili olduğundan mülki iş üzrə dövlət rüsumu ödəməmişdir. Belə olan halda məhkəmə qərara gəlir ki, cavabdehdən 32,28 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1227 (bir min iki yüz iyirmi yeddi) manat 83 (səksən üç) qəpik alınaraq İddiaçı verilsin. Cavabdeh 32 (otuz iki) manat 28 (iyirmi səkkiz) qəpik dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-810/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-810/2023
25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver