Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-82/2021 14.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Nəsı̇ b oğlunun cavabdeh İsmayıllı Rayon Notarı̇ at Ofisinə qarşı miras qalmış əmlakın bölünməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə baxış iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsı̇ b oğlu cavabdeh İsmayıllı Rayon Notarı̇ at Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonun Ruşan kəndində yerləşən İsmayıllı rayon X1 xx xxxx 1998-ci il tarixli qərarı ilə X2 ayrılmış 1.15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin İsmayıllı Rayon Notariat Ofisinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nəsı̇ b oğlu məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh İsmayıllı Rayon Notarı̇ at Ofisi heç bir üzürlü səbəb olmadan səlahiyyətli nümayəndəsinin məhkəmə baxış iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin səlahiyyətli nümayəndəsinin gəlməməsini hazırki işin mahiyyəti üzrə həll olunmasında maraqlı olmaması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı Nəsı̇ b oğlunun cavabdeh İsmayıllı Rayon Notarı̇ at Ofisinə qarşı miras qalmış əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi iddiaçının ərizənin qaytarılması barəsində vəsatət verməsi əsası ilə baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı Nəsı̇ b oğlunun cavabdeh İsmayıllı Rayon Notarı̇ at Ofisinə qarşı miras qalmış əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Nəsı̇ b oğluna qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-82/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-82/2021
14.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver