Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-83/2021 19.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı3, İddiaçı1 və Daşdəmı̇ rova Dilbər Müzəffər qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və Daşdəmı̇ rova Dilbər Müzəffər qızı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onlara olan 17700 manat məbləğində borc pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işin məhkəmə prosesi zamanı İddiaçı3 teleqram göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Mülki işin məhkəmə iclası zamanı Cavabdeh ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, İddiaçı3 iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı1 və Daşdəmı̇ rova Dilbər Müzəffər qızının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı3 qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-83/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-83/2021
19.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver