Məhkəmə qərarları › İş №2(037)-845/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-845/2024

09.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-845/2024 09.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı İsmayıllı rayon Dı̇ yallı bələdiyyəsinin Cavabdeh, üçüncü şəxslər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və X1 qarşı alğı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə 09 sentyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı İsmayıllı rayon Dı̇ yallı bələdiyyəsi Cavabdeh, üçüncü şəxslər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və X1 qarşı iddia ərizəsi ilə müraciət edərək X3 ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsinin etibarsız sayılması və Cavabdeh adına verilmiş reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi ********** olan 19 noyabr 2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Cavabdeh və vəkili/nümayəndəsi Vəkil işə mahiyyəti üzrə baxılmasını xahiş etdilər. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon Diyallı bələdiyyəsinin mülkiyyətində olan Diyallı kəndi “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2000-2011-ci ildə Diyallı bələdiyyəsinin sədri vəzifəsində işləmiş mərhum X10 tərəfindən müxtəlif üsullarla 65 il müddətinə ünvan 1 ünvanında qeydiyyatda olmuş X4 icarəyə verilmişdir. Nəsrəddin Musayev icarə götürdüyü 40 hektar kənd təsərrüfatlı torpaq sahəsini bir müddət sonra müxtəlif şərtlərlə 55 il müddətinə Cavabdeh 05 iyul 2014-cü il tarixdən 05 iyul 2069-cu il tarixə kimi ona icarəyə verməklə onunla 05 iyul 2014-cü il tarixdə icarə müqaviləsi bağlamışdır. Nəsrəddin Musayevin vəfatından sonra onun həyat yoldaşı X3 Cavabdehla torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsi bağlayaraq DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 10 noyabr 2021-ci il tarixdə verilmiş 410-01 saylı arayışa, 10 noyabr 2021-ci il tarixdə verilmiş 170 kitab, 5 vərəq, **********72 yüklü edilən əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 11 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon Diyallı bələdiyyəsi tərəfindən verilmiş 90 saylı məktuba əsasən onun icarəsində olan İsmayıllı rayonu Diyallı kəndində olan 40 hektar torpaq sahəsinin 29 dekabr 2003-cü il tarixdən başlayaraq 49 il icarə hüquqlarını Cavabdeh 12 noyabr 2021-ci il tarixdə 20000 manata satması barədə Bakı şəhəri 9 saylı Notariat Ofisində alğı-satqı müqaviləsi bağlamışdır. Diyallı bələdiyyəsinin 18 dekabr 2003-cü il tarixli 10 saylı qərarı ilə torpaq sahəsi icarəyə verilərkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və bu sahəni tənzimləyən digər normativ aktların tələbləri nəzərə alınmadan icarəyə verilmişdir. Lakin torpaq sahəsinin icarəyə verilən zaman bələdiyyə sədri işləmiş mərhum Əliyusif Abışov icarəyə verdiyi bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, yerli əhalinin əsas məşğuliyyətini nəzərə almadan, qanunvericiliyin tələblərinə əməl etmədən özünü idarəetmə orqanların maraqlarını qorunmasına xidmət etmədən özbaşına uzun müddətə icarəyə vermişdir. Qeyd olunan hal Diyallı kənd sakinlərinin haqlı narazılıqlarına və şikayətlərinə səbəb olmuşdur. Dəfələrlə bu məsələ ilə bağlı Diyallı kənd sakinləri tərəfindən Diyallı bələdiyyəsinin ünvanına yazılan ərizələrdə 65 il müddətinə icarəyə verilmiş bələdiyyəyə məxsus torpaq sahəsinin geri qaytarılması üçün çoxlu sayda müraciət olunmuşdur. X3 ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsinin etibarsız sayılması və Cavabdeh adına verilmiş reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi ********** olan 19 noyabr 2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Diyallı bələdiyyəsinin mülkiyyətində olan, Diyallı kəndi “ Qaraquş” adlanan ərazidə yerləşən 40 hektar torpaq sahəsi Diyallı bələdiyyəsinin 18 dekabr 2003-cü il tarixli 10 saylı qərarı ilə Bakı şəhər sakini X4 65 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilmişdir. Diyallı bələdiyyəsi ilə Nəsrəddin Musayev arasında 29 dekabr 2003-cü il tarixdə 65 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Nəsrəddin Musayev qanunvericiliyin tələbinə uyğun olaraq icarə hüququnu dövlət qeydiyyatına 16 mart 2004-cü il tarixdə aldıraraq adına JN-4200 KOD 40707018 olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almışdır. Həmin vaxtdan torpaq sahəsindən icarə müqaviləsinin şərtlərinə uyğun olaraq Nəsrəddin Musayev istifadə etmiş və icarə müqaviləsi ilə müəyyən edilmiş icarə haqqını Diyallı bələdiyyəsinin hesabına keçirmişdir. İcarə müqaviləsi üzrə tərəflər arasında heç bir narazılıq olmamışdır. 27 may 2021-ci il tarixdə Nəsrəddin Musayev vəfat etdikdən sonra onun həyat yoldaşı olan X3 ərinin birinci dərəcəli varisi kimivərəsəlik işi açdırmış və icarə münasibətlərini vərəsəlik qaydasında öz adına keçirərək vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra o, Nəsrəddin Musayevin varisi Akifə Musayeva ilə 12 noyabr 2021-ci il tarixdə “Torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsi” bağlayaraq Diyallı bələdiyyəsi ilə mərhum Nəsrəddin Musayev arasında bağlanmış icarə müqaviləsi üzrə icarə hüquqlarını satın almışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi üzərində icarə münasibətləri ona keçmiş və öz adına daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi ********** olan 19 noyabr 2021-ci il tarixli çıxarış almışdır. O, tərəflər arasında olan icarə müqaviləsinin şərtlərinə tam əməl edərək icarəsində olan 40 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsullarının əkib-becərməsi ilə məşğul olur və müəyyən olunmuş icarə haqqını vaxtında Diyallı bələdiyyəsinin hesabına keçirir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən icarə münasibətlərinə tam əməl edilsə də, bütün sənədləşmələr tam qanuni olsa da İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri öz məqsədləri üçün Diyallı kənd sakinlərinin bir qrupunun adından bələdiyyəyə ünvanladığı ərizəni əsas tutaraq iddia tələbi məhkəməyə müraciət etmişdir. X8 bağlanmış icarə müqaviləsi, həmin müqavilənin dövlət qeydiyyatına alınaraq Nəsrəddin Musayevin adına verilmiş şəhadətnamə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununa, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununa, Mülki Məcəllənin müvafiq maddələrinə və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq qəbul edilmiş, tam qanuni və əsaslıdır, onun ləğv olunmasına heç bir hüquqi əsas yoxdur. Bundan əlavə üç dəfə müxtəlif vaxtlarda qeyd olunan icarə münasibətləri ilə əlaqədar məhkəmə çəkişmələri olmuş və hər üç məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, mərhum X6 bələdiyyəsi arasında olan icarə münasibətləri tam qanunidir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-28/2020 nömrəli 12 may 2020-ci il tarixli və 2(037)- 1037/2022 nömrəli 03 noyabr 2022-ci il tarixli qətnamələri bütün instansiya məhkəmələrində qüvvədə saxlanılmışdır. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Cavabdehin vəkili/nümayəndəsi Vəkil cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə cavabdeh və vəkili/nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 12 noyabr 2021-ci il tarixli “Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X3 DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 10 noyabr 2021-ci il tarixdə verilmiş 410-01 saylı arayışa, 10 noyabr 2021-ci il tarixdə verilmiş 170 kitab, 5 vərəq, **********72 yüklü edilən əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 11 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon Diyallı bələdiyyəsi tərəfindən verilmiş 90 saylı məktuba əsasən icarəsində olan İsmayıllı rayonu Diyallı kəndində olan 40 hektar torpaq sahəsinin 29 dekabr 2003-cü ildən başlayaraq 49 il icarə hüquqlarını Cavabdeh 20000 manata satmışdır. 19 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Diyallı kəndində yerləşən İsmayıllı rayonu Diyallı Bələdiyyəsninə aid olan 40 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi 12 noyabr 2021 tarixdən 29 dekabr 2052-ci il tarixədək Cavabdeh adına icarə hüququ əsasında yüklü edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(037)-28/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh icarəsində olan İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən X2 çıxarılması və istifadə hüququna olan maneəçiliklər aradan qaldırılması qət edilmişdir. X2 Cavabdeh qarşı İsmayıllı rayonu Diyallı kəndində “Qaraquş” adlanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən Cavabdeh tərəfindən istifadə hüququna edilən maneəçiliklərin aradan qaldırılması və Cavabdeh 25000 manat alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli 2(107)-1508/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020ci il tаrixli, 2(037)-28/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(037)-1037/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən cavabdeh X2 çıxarılması və həmin torpaq sahəsindən X5 istifadəsinə X7 tərəfindən edilən maneçiliklərin aradan qaldırılması qət edilmişdir. X2 X9 və Cavabdeh qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli 2(107)- 251/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tаrixli, 2(037)- 1037/2022 saylı qətnaməsi mübahisələndirilən hissə üzrə cavabdeh X2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2023-cü il tarixli 2(102)-2791/2023 nömrəli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-251/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki tələb ilə bağlı iddiaçının iddia qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni iddiaçının əşya hüquqlarının mövcudluğu, sahiblik hüququnun pozulması nəticəsində tələb hüququnun yaranması, qeyd edilən hallar nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq subyektiv hüququn qüvvədə olma müddəti ərzində qaldırılması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, iddianın hazırki vəziyyətdə qanuni həll edilməsini, yəni iddianın predmeti olan, X3 ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsinin və Cavabdeh adına verilmiş reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi ********** olan 19 noyabr 2021-ci il tarixli çıxarışın etibarlı olub-olmaması məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəalar müvafiq olaraq tətbiq edilməlidir. Məhkəmə iddia tələbinə ilkin olaraq X3 ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsi və Cavabdeh adına verilmiş reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi ********** olan 19 noyabr 2021-ci il tarixli çıxarışa münasibətdə qiymət verərək qeyd edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 325.3–cü maddəsinə əsasən əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibalığına təsir göstərməyə bilər. 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi qanunverici istinad edilən maddi hüquq normalarında əqdi (müqaviləni) bağladığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını imperativ qaydada müəyyən etmişdir. Həmin şərtlərin və qaydaların pozulması əqdin etibasızlığına səbəb olur. İşin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçının mübahisələndirdiyi X3 ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli torpağın icarə hüquqlarının alğısatqı müqaviləsi və Cavabdeh adına verilmiş reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi ********** olan 19 noyabr 2021-ci il tarixli çıxarış tərtib olunan zaman tərəflərin hər ikisi şəxsən iştirak etmiş və müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır. Aəzərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının tələbi müqavilənin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğvi ilə əlaqədardır. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə mübahisə tərəfinin ərizəsi əsasında iddia müddəti tətbiq oluna bilər, lakin iddia tələbi müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan bu tələbə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.1-ci maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1–ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə Mülki Məcəllənin qeyd olunan maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi deyil, kəsici müddət kimi müəyyən edilmişdir. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1–ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2–ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə, həmçinin nəzərə alır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Belə ki, Mülki Məcəllənin 354.1–ci maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, o halda bu əsasla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Belə olan halda qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə deyil, kəsici müddətlərə aiddir. Ona görə də iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur. Mülki Məcəllənin hazırda qüvvədə olan 354–cü maddəsinə əsasən həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2–ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda, məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi Nəsrəddin Musayev qanunvericiliyin tələbinə uyğun olaraq icarə hüququnu dövlət qeydiyyatına 16 mart 2004-cü il tarixdə aldıraraq adına JN-4200 KOD 40707018 olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almış, həmin vaxtdan torpaq sahəsindən icarə müqaviləsinin şərtlərinə uyğun olaraq Nəsrəddin Musayev istifadə etmiş və icarə müqaviləsi ilə müəyyən edilmiş icarə haqqını Diyallı bələdiyyəsinin hesabına keçirmişdir. İcarə müqaviləsi üzrə tərəflər arasında heç bir narazılıq olmamışdır. 27 may 2021-ci il tarixdə Nəsrəddin Musayev vəfat etdikdən sonra onun arvadı olan X3 ərinin birinci dərəcəli varisi kimi vərəsəlik işi açdırmış və icarə münasibətlərini vərəsəlik qaydasında öz adına keçirərək vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra o, Nəsrəddin Musayevin varisi Akifə Musayeva ilə 12 noyabr 2021-ci il tarixdə “Torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsi” bağlayaraq Diyallı bələdiyyəsi ilə mərhum Nəsrəddin Musayev arasında bağlanmış icarə müqaviləsi üzrə icarə hüquqlarını satın almış, həmin alğı-satqı müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi üzərində icarə münasibətləri ona keçmiş və öz adına daşınmaz əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi ********** olan 19 noyabr 2021-ci il tarixli çıxarış almışdır. Bununla belə məhkəmə mübahisəli torpaq icarə hüquqlarının alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsini həll edərkən onu da nəzərə alır ki, iddiaçı sözügedən müqavilənin bağlanmasından məlumatı olmuş, sadəcə bir neçə kənd sakini kollektiv şikayət etdikdən sonra belə bir tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı torpaq icarə hüquqlarının alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı müraciət etməməsinin səbəbini, müxtəlif kənd sakinlərinin Şahim Məlikova qarşı sözügügedən torpaq sahələri ilə bağlı məhkəmədə iddialarının olması ilə əlaqələndirmişdir. Göründüyü kimi müqavilə icra olunduğu müddətdə və ya ondan bir il sonra iddiaçı müqaviləni mübahisələndirməmişdir. Məhkəmə sözügedən müqaviləsinin etibarsız sayılması ilə bağlı tələbin qanuni həll edilməsi üçün yuxarıda müəyyən etdiyi hüquqi mövqeyinə uyğun olaraq bir daha qeyd edir ki Notariat Ofisində bağılanmış torpaq icarə hüquqlarının alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı ilk növbədə iddiaçının subyektiv hüquqa malik olubolmaması, malik olduğu halda, onun tərəfindən iddianın həmin subyektiv hüququn qüvvədə olduğu müvafiq müddət ərzində qaldırılması halları müəyyən edilməlidir. Məhkəmə əqdlərin etibarsızlığı anlayışına aydınlıq gətirilməsini zəruriliyini nəzərə alaraq qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, onun arzu olunan hüquqi nəticələrə səbəb ola bilməməsi nəzərdə tutulur və əqdlərin etibarlılıq şərtləri Mülki Məcəllə ilə müəyyən edilir. Bağlanmış əqd Mülki Məcəllənin imperativ göstərişlərinə zidd olduğu, eləcə də tərəflərin iradə ifadəsi onların həqiqi niyyətinə uyğun gəlmədiyi halda, arzu olunan hüquq və öhdəliklərin yaranmasına səbəb olmur. Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən, bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 12 noyabr 2021-ci il tarixli “Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi”nə əsasən X3 DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 10 noyabr 2021-ci il tarixdə verilmiş 410-01 saylı arayışa, 10 noyabr 2021-ci il tarixdə verilmiş 170 kitab, 5 vərəq, **********72 yüklü edilən əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 11 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon Diyallı bələdiyyəsi tərəfindən verilmiş 90 saylı məktuba əsasən icarəsində olan İsmayıllı rayonu Diyallı kəndində olan 40 hektar torpaq sahəsinin 29 dekabr 2003-cü ildən başlayaraq 49 il icarə hüquqlarını Cavabdeh 20000 manata satmışdır. 19 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə İsmayıllı rayonu Diyallı kəndində yerləşən İsmayıllı rayonu Diyallı Bələdiyyəsninə aid olan 40 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi 12 noyabr 2021 tarixdən 29 dekabr 2052-ci il tarixədək Cavabdeh adına icarə hüququ əsasında yüklü edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(037)-28/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh icarəsində olan İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən X2 çıxarılması və istifadə hüququna olan maneəçiliklər aradan qaldırılması qət edilmişdir. X2 Cavabdeh qarşı İsmayıllı rayonu Diyallı kəndində “Qaraquş” adlanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən Cavabdeh tərəfindən istifadə hüququna edilən maneəçiliklərin aradan qaldırılması və Cavabdeh 25000 manat alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli 2(107)-1508/2020 nömrəli qətnaməsi ilə cavabdeh X7 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tаrixli, 2(037)-28/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(037)- 1037/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı X5 icarəsində olan, İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən cavabdeh X2 çıxarılması və həmin torpaq sahəsindən X5 istifadəsinə X7 tərəfindən edilən maneçiliklərin aradan qaldırılması qət edilmişdir. X2 X9 və Cavabdeh qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2023-cü il tarixli 2(107)-251/2023 nömrəli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tаrixli, 2(037)-1037/2022 saylı qətnaməsi mübahisələndirilən hissə üzrə cavabdeh X2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2023-cü il tarixli 2(102)-2791/2023 nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-251/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, 12 noyabr 2021-ci il tarixli “Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi”nə əsasən X3 DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 10 noyabr 2021-ci il tarixdə verilmiş 410-01 saylı arayışa, 10 noyabr 2021-ci il tarixdə verilmiş 170 kitab, 5 vərəq, **********72 yüklü edilən əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 11 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon Diyallı bələdiyyəsi tərəfindən verilmiş 90 saylı məktuba əsasən icarəsində olan İsmayıllı rayonu Diyallı kəndində olan 40 hektar torpaq sahəsinin 29 dekabr 2003-cü ildən başlayaraq 49 il icarə hüquqlarını Cavabdeh 20000 manata satmışdır. 19 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə İsmayıllı rayonu Diyallı kəndində yerləşən İsmayıllı rayonu Diyallı Bələdiyyəsninə aid olan 40 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi 12 noyabr 2021 tarixdən 29 dekabr 2052-ci il tarixədək Cavabdeh adına icarə hüququ əsasında yüklü edilərkən də qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Bundan əlavə iddiaçı sözügedən müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə müddəti də buraxmışdır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı İsmayıllı rayon Dı̇ yallı bələdiyyəsinin Cavabdeh, üçüncü şəxslər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və X1 qarşı X3 ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsinin etibarsız sayılması və Cavabdeh adına verilmiş reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi ********** olan 19 noyabr 2021-ci il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar