Məhkəmə qərarları › İş №2(037)-850/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-850/2022

08.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-850/2022 08.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı Əhmədov Alivərdı̇ Allahverdı̇ oğlunun, Cavabdeh Fı̇ rı̇ dun qızının iştirakı ilə İddiaçı Əhmədov Alivərdı̇ Allahverdı̇ oğlunun Cavabdeh Fı̇ rı̇ dun qızına qarşı aliment borcunun silinməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 08 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Əhmədov Alivərdı̇ Allahverdı̇ oğlu (bundan sonra iddiaçı) Cavabdeh Fı̇ rı̇ dun qızına (bundan sonra cavabdeh) qarşı məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə anadan olmuş X9, 25 mart 2008-ci il tarixdə anadan olmuş X5 və 01 iyun 2010-cu il tarixdə anadan olmuş X6 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş və ödənilməmiş 3100 manat məbləğində aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, cavabdeh ilə 23 iyun 2007-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X9, 25 mart 2008-ci il tarixdə X5 və 01 iyun 2010-cu il tarixdə X6 adlı üç övladları doğulmuşdur. İsmayıllı rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(037)-370/2021 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X9, 25 mart 2008-ci il təvəllüdlü X5 və 01 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 90 manat olmaqla cəmi 270 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh ilə boşandıqdan sonra bir neçə dəfə dalaşıb ayrılsaq da bir yerdə yaşamışıq və birgə təsərrüfat idarə etmişlər. Ona məxsus 20 başdan çox ana qoyun birgə təsərrüfata daxil edilmiş və hazırda həmin təsərrüfat gəlir gətirir. Həmin qoyunlar və quzular cavabdehdə qalmışdır. Birgə təsərrüfat idarə etdikləri vaxtlarda da cavabdeh yaranan borcları müxtəlif bəhanələrlə sildirməmiş, əsassız borc məbləği yaranmışdır. Hazırda rəsmi iş yeri vardır və 600 manat aylıq maaşının 270 manatı alimentə tutulur. Aylıq əmək haqqının qalan 330 manatını işə gedib-gəlmək üçün yol xərcləri və digər xərclərin qarşılanması üçün xərclənir. Ailəsində davamlı münaqişlər baş verdiyi üçün qardaşının evində yaşamağa məcbur olmuşdur. Ona görə də onun 3100 manat məbləğində aliment borcu yaranmışdır və həmin borcu ödəməyə hazırda da maddi imkanı yoxdur. Cavabdehin isə uşaqları saxlamaq üçün normal maddi imkanı vardır. Cavabdeh xırda buynuzlu heyvanlar almış və fərdi təsərrüfat idarə edir, normal gəlirə malikdir. Ona görə də o, ödənilməmiş 3100 manat məbləğində aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh Fı̇ rı̇ dun qızı iddianı qəbul etməyərək göstərdi ki, özü heç yerdə işləmir. Maddi imkanı ağır olduğundan üç uşağın maddi ehtiyaclarının qarşılanmasında əziyyət çəkir. İddiaçının rəsmi iş yeri vardır, normal aylıq gəlir əldə etsə də İsmayıllı rayon Məhkəməsinin 2(037)-370/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsinə əsasən təyin olunmuş aliment borcunu ödəməmiş, nəticədə 3100 manat məbləğində borcu yaranmışdır. Uşaqların hər üçünün fiziki imkanları məhduddur. Övladı İsmayıl kəllə-beyin travması, beyin silkələnməsi diaqnozundan əziyyət çəkir və uşağın uzun müddətli müalicəyə ehtiyacı vardır. Cavabdeh təyin olunmuş alimenti ödəməməklə yanaşı uşaqların müalicə xərclərinin qarşılanması üçün heç bir köməklik etmir, əksinə onlara qarşı zorakı hərəkətlər edir. Uşaqların maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üzərinə düşür. İddiaçının qeyd etdiyi xırdabuynuzlu heyvanları əmisi qızı Ziyafət Cəllətovanın verdiyi 300 manat pul ilə Məhəmməd Şirəliyev adlı şəxsdən almışdır. Uşaqların saxlanmaları üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı yüksək deyildir, əksinə həmin məbləğ hazırki şəraitdə üç uşağı saxlamaq, onların maddi ehtiyaclarını təmin etmək üçün azlıq edir. İddiaçı isə həmin aliment məbləğini də ödəmədiyindən xeyli miqdarda aliment borcu yaranmışdır. Alimentin miqdarı müəyyən edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Hesab edir ki, iddiaçının aliment borcu üzrə yaranmış borc məbləğini ödəməkdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, iddiaçı onun oğludur. Tərəflər ailə qurduqdan sonra iddiaçının atası onlara 99 baş iri və xırda buynuzlu mal-qara vermişdir. Alıvərdi fərdi təsərrüfatında hər zaman işləmiş qazanc əldə etmişdir. Cavabdehin təsərrüfatındakı hazırki heyvanlar onların birgə əmlakıdır. Cavabdeh birgə təsərrüfatdan xeyli miqdarda gəlir əldə etsə də gəlirin iddiaçıya çatan hissəsini vermədiyindən iddiaçının xeyli miqdarda aliment borcu yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının bacısı X4 şahid Ayna Əhmədovanın ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, cavabdeh Məryəm Hüseynova onun əmisi qızıdır. 2017-ci ildə cavabdehin olduqca ağır maddi vəziyyətdə yaşadığını gördüyündən ona kömək etmək məqsədi ilə İsmayıllı rayonu Topçu kəndində yaşayan Məhəmməd Şirəliyevdən 3000 manatlıq xırda buynuzlu heyvanlar alaraq Məryəmə vermişdir. Məryəm həmin pulun 1500 manatını qaytarsa da qalan 1500 manat hissəsini hələ də qaytara bilməmişdir. Məryəmin qoyunları üçün tikilən tövlənin xərclərini də o qarşılamışdır. Ona görə də həmin heyvanlar iddiaçı ilə cavabdehin birgə təsərrüfatı deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdehin anası X8 şahid Ziyafət Cəllətovanın ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyərək nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İsmayıllı rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(037)-370 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-302/2010 saylı, 17 dekabr 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək, X1 xx.xx.2008-ci il təvəllüdlü X9, 25 mart 2008-ci il təvəllüdlü X5 və 01 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin 147879/2021- 45-1 nömrəli, 17 may 2022-ci il tarixli arayışından müəyyən edilir ki, iddiaçının cavabdehə 3100 manat ödənilməmiş aliment borcu qalmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(037)-370 nömrəli qətnaməsi ilə X1 xx.xx.2008-ci il təvəllüdlü X9, 25 mart 2008-ci il təvəllüdlü X5 və 01 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 90 (doxsan) manat olmaqla cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından doğulmuş Saidə, Fatimə və İsmayıl adlı uşaqlar əvvəllər olduğu kimi hazırda da cavabdehin yanında yaşayırlar. İddiaçı özünün maddi imkanının olmadığını, cavabdehin isə xeyli xırda buynuzlu heyvanlar saxlamaqla normal gəlir əldə etdiyini bildirərək təyin olunmuş və ödənilməmiş 3100 manat məbləğində aliment borcunun silinməsini xahiş edir. Cavabdeh iddiaçının normal aylıq gəlirə malik olduğunu qeyd edərək, uşaqların saxlanmaları üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin hazırki vəziyyətdə üç uşağın saxlanması üçün azlıq etdiyini, iddiaçının isə həmin aliment məbləğini də ödəmədiyini və onun 3100 manat aliment borcu yarandığını bildirərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi qanunvericilik iddiaçının yuxarıda qeyd etdiyi xüsusatları aliment öhdəliyindən azad olunması əsası kimi müəyyən etməmişdir. İsmayıllı rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(037)-370 nömrəli qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə vəziyyətində hər hansı dəyişiklik olmamışdır. İddiaçı həmin vaxtdan sonra özünün maddi vəziyyətində də hər hansı dəyişiklik olması, həmçinin yaranmış aliment borcunun hərhansı üzürlü səbəblərə görə əmələ gəlməsi barədə məhkəməyə sübut təqdim etməmiş, habelə həmin hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə, həmin vaxtdan sonra uşaqların yaşının artması ilə bağlı onların maddi ehtiyacları, eyni zamanda Azərbaycan Respublikasında yaşayış minimumu da artmışdır. İddiaçının cavabdehə ödəməli olduğu, hər ay hər uşaq üçün 90 (doxsan) manat - cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment hazırki şəraitdə üç uşağın saxlanması üçün ödənilməsi mümkün olan məbləğdir, yaranmış aliment borcunun silinməsinə heç bir əsas yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2008-ci il təvəllüdlü X9, 25 mart 2008-ci il təvəllüdlü X5 və 01 iyun 2010-cu il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin olunmuş və ödənilməmiş 3100 manat məbləğində aliment borcunun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Əhmədov Alivərdı̇ Allahverdı̇ oğlunun Cavabdeh Fı̇ rı̇ dun qızına qarşı aliment borcunun silinməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar