Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-872/2023 17.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi tələbinə dair mülki işə 17 noyabr 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək JN-1058F KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən İddiaçı Alı oğlu, X1, X5, X3, X4 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və cavabdehlər X4 və Cavabdeh2 paylarına düşən torpaq sahəsinin naturada real bölünməsini və adlarına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə ailə üzvlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən "Torpağın mülkiyyətə verilməsinə dair” JN-1058F KOD 40719028 nömrəli şəhadətnaməyə əsasən ümumilikdə 0.20 hektar həyətyanı torpaq sahəsi onun və digər mülkiyyətçilər X1, X5, X3,X4 və Cavabdeh2 paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində 1982-ci il tarixli inventar nömrəsi 231 olan fərdi yaşayış evinin texniki pasportuna əsasən,1982-ci ildə inşa olunmuş, bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 118,8 kv.metr, yaşayış sahəsi 46,6 kv.metr və köməkçi sahəsi 72,2 kv.metr olan fərdi yaşayış evi inşa etmişdir.Hazırda həmin fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Ölkədə aparılan torpaq islahatından sonra cavabdeh Vüsalə Məhsimova (Alıyeva) və övladı Namiq Alıyev arasında bağlanmış nikah İsmayıllı rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(037)-316/2013 saylı qətnaməsinə əsasən pozulmuşdur. Hesab edir ki, paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada real bölgü əsasında onların paylara bölünməsini tələb edə bilər. Cavabdehlərə torpaq sahəsinin ayrılması nəticəsində, heç bir paya zərər dəyməyəcək və paylı mülkiyyətdə olan payını ayırması mümkün olacaqdır. Qanununun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik,istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir. Bundan əlavə, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər.Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur. Paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İşin faktiki hallarından isə göründüyü kimi 1982-ci ildə texniki pasporta əsasən İsmayıllı rayonu İsmayıllı kəndində istifadədə olan 1 mərtəbəli, 2 otaqlı, 46,6 kv.metr olan yaşayış, 72,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi olmuşdur. İslahat zamanı fərdi yaşayış və 0.20 hektar torpaq sahəsində mülkiyyətinə verilmişdir. O, JN-1058F KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən İddiaçı Alı oğlu, X1, X5, X3, X4 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və cavabdehlər X4 və Cavabdeh2 paylarına düşən torpaq sahəsinin naturada real bölünməsini və adlarına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etdikləri məhkəmə iclasında ayrıayrılıqda JN-1058F KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ümumi birgə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında paylarına uyğun bölünməsinə etiraz etmədiklərini bildirdilər. JN-1058F KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə JN-1058F KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu İsmayıllı kənd sakinləri İddiaçı Alı oğlu, X1, X5, X3, X4 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu İsmayıllı kəndi ərazisindən 0.20 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. 1987-ci il tarixli 231 inventar nömrəli fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 118.8 kv.metr olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi 237 invertar nömrə ilə İddiaçı Alı oğlunun adına qeydə alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin sorğuya cavab məktubundan görünür ki, mülki işdə göstərilən JN-1058F kod 40719028 nömrəli şəhadətnaməyə əsasən İddiaçı, X1,X5,Alıyeva (Hüseynova) Ramilə Səbzalı qızı,Məhsimova (Alıyeva) Vüsalə Şahid qızı və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.20 hektar torpaq sahəsinin faktiki naturada ölçülməsi üçün mütəxəssisin iştirakı təmin edilmiş, iddia olunan torpaq sahəsinin döngə nöqtələri üzrə GPS aləti vasitəsi ilə ölçü işləri aparıldıqdan sonra kamerial qaydada araşdırma zamanı məlum olmuşdur ki, JN-1058F Kod 40719028 nömrəli şəhadətnaməyə əsasən İddiaçı, X1, X5, Alıyeva (Hüseynova) Ramilə Səbzalı qızı, Məhsimova (Alıyeva) Vüsalə Şahid qızı və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.20 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi mövcuddur. Sözügedən fərdi yaşayış evi üzrə pay mülkiyyətləri üzrə bölgü aparılmadığından torpaq sahəsi üzrə paylara uyğun bölgünün aparılması mümkün deyildir. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra torpaq sahəsinin bölünməsinə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə JN-1058F KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,İsmayıllı kənd sakinləri İddiaçı Alı oğlu, X1, X5, X3, X4 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu İsmayıllı kəndi ərazisindən 0.20 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. 1987-ci il tarixli 231 inventar nömrəli fərdi yaşayış evinə dair texniki pasport əsasında İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində 0.12 hektar həyətyanı təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 118.8 kv.metr olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi İddiaçı Alı oğlunun adına qeydə alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin sorğuya cavab məktubunda JN-1058F kod 40719028 nömrəli şəhadətnaməyə əsasən İddiaçı, X1,X5,Alıyeva (Hüseynova) Ramilə Səbzalı qızı, Məhsimova (Alıyeva) Vüsalə Şahid qızı və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.20 hektar torpaq sahəsinin döngə nöqtələri üzrə GPS aləti vasitəsi ilə ölçü işləri aparıldıqdan sonra kamerial qaydada araşdırma zamanı JN-1058F Kod 40719028 nömrəli şəhadətnaməyə əsasən İddiaçı, X1, X5, Alıyeva (Hüseynova) Ramilə Səbzalı qızı, Məhsimova (Alıyeva) Vüsalə Şahid qızı və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmiş 0.20 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi mövcud olduğu, sözügedən fərdi yaşayış evi üzrə pay mülkiyyətləri üzrə bölgü aparılmadığından torpaq sahəsi üzrə paylara uyğun bölgünün aparılması mümkün olmadığı, torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra torpaq sahəsinin bölünməsinə baxıla bildiyi qeyd edilmişdir. İddiaçı JN-1058F KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən onun və ailə üzvləri X1, X5, X3, X4 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi və cavabdehlər X4 və Cavabdeh2 paylarına düşən torpaq sahəsinin naturada real bölünməsini və adlarına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.Cavabdehlər iştirak etdikləri məhkəmə iclasında ayrı-ayrılıqda JN-1058F KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ümumi birgə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında paylarına uyğun bölünməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin qeyd edilən maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv halı üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair pay mülkiyyətləri üzrə bölgü aparılmadığından sözügedən torpaq sahəsinin texniki cəhətdən naturada paylara uyğun bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, mübahisəli həyətyanı torpaq sahəsinin texniki cəhətdən naturada bölünməsi mümkün olmadığından iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-872/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-872/2023
17.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver