Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-879/2020 30.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı̇ qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı̇ qızı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 170 manat borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 190 manat məbləğin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehi şəxsi avtomobili ilə sərnişin daşıyan rayon sakini kimi tanımışdır. Cavabdeh 2020-ci ilin aprel ayında onu Girdiman çayının körpüsünədək sərnişin kimi aparmaq üçün ondan 20 manat yol pulu almışdır. Amma cavabdehin avtomobili Diyallı kəndi yaxınlığında xarab olmuşdur. Həmin vaxt cavabdeh başqa bir şəxsə zəng edərək avtomobilin akkumulyatorunun xarab olduğunu bildirmiş və bir az sonra həmin şəxs ora akkumulyator gətirmişdir. Cavabdeh ondan 150 manat borc alaraq akkumulyatorun pulunu ödəmişdir. Avtomobil yolda xarab olduğundan və gec olduğundan cavabdeh onu getməli olduğu yerə aparmamış, evinə qaytarmışdır. Beləliklə onun 170 manat pulu cavabdehdə qalmışdır. Borcunu dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh pulu ona qaytarmaqdan imtina etmişdir. Cavabdeh barədə əvvəlcə İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Mübahisənin mülki xarakterli olduğu əsas gətirilərək məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O, 170 manat borc məbləğinin və 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh 070 306 38 39 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlmədiyindən, iddia tələbinin mahiyyəti üzrə məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etmədiyindən məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatları, iş materiallarını sübut kimi qəbul edir və hesab edir ki, iddiaçının dəlilləri iddia tələbini tamamilə təsdiq edir. İddiaçı məhkəməyə yazılı formada ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh İsmayıllı Rayon Polis Şöbəsinə verdiyi yazılı izahatından görünür ki, Cavabdeh “hal-hazırda mən ona olan borcumu hissə-hissə qaytarıram” fikrini yazılı izahatında qeyd etmişdir. İsmayıllı Rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 169-13376E-3220 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılaraq müraciətin mülki hüquq münasibətlərinə aid olması müəyyən edilərək məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 20,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı cavabdehə 20 manat yol pulu vermiş, lakin cavabdehin avtomobilinin akkumulyatoru xarab olduğundan yolda qalmış, getməli olduğu yerə gedə bilməyərək geri qayıtmışdır. Cavabdeh avtomobilə yeni akkumulyator almaq üçün iddiaçıdan 150 manat borc almış, bununla əlaqədar tərəflər arasında şifahi formada borc müqaviləsi bağlanmışdır. Cavabdeh pulu qaytarmadığından iddiaçı 170 manat pul məbləğinin qaytarılması ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etmiş, mübahisə mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də tərəflər arasında olan mübahisəni həll etmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 238-253-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 170 manat borc və 20 manat dövlət rüsumu, cəmi 190 (bir yüz doxsan) manat məbləğ alınaraq İddiaçı̇ qızına ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-879/2020
İsmayıllı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(037)-879/2020
30.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver