Məhkəmə qərarları › İş №2(037)-895/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-895/2024

25.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-895/2024 25.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən hakim Hüseynov İlqar Vidayət oğlu, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəməklə torpaq sahələrinin və minik avtomobilinin rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu Kürdüvan kəndində yerləşən həyətyanı və pay torpaq sahələrinə görə 1500 manat, buraxılış ili 2006ci il dövlət qeydiyyat nişanı ** RM ***, VAZ 2106 minik markalı avtomobilə görə 2000 manat,ümumilikdə 3500 manat kompensasiya ödənilməklə torpaq sahələrinin və minik avtomobilinin onun adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan, geri qaytarılmalıdır. Belə ki,iddiaçının tələbi “kompensasiya ödəməklə torpaq sahələrinin və minik avtomobilinin rəsmiləşdirilməsi” şəkilində olmaqla qeyri-dəqiqdir.Belə ki,iddiaçı iddia ərizəsinin təsviri hissəsində oğlundan miras qalmış əmlaka miras paylarının müəyyən edilməsi, bölünməsi və s münasibətləri tənzimləyən maddi hüquq normalarına istinad etsə də xahiş etdi hissəsində miras əmlakın cavabdehə çatan hissəsinə kompensasiya verilməklə həmin əmlakların onun adına rəsmiləşdirilməsi şəklində qeyd etməklə, tələbinin konkret nədən ibarət olmasını dəqiq ifadə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü madəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1, 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə verildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə hesab edirəm ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikası MPM-in 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməklə yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəməklə torpaq sahələrinin və minik avtomobilinin rəsmiləşdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizə ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar