Məhkəmə qərarları › İş №2(037)-9/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-9/2022

28.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-9/2022 28.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cəfərova Nərgı̇ z Nərı̇ man qızının cavabdehlər Cavabdeh1 Əlı̇ sahab qızı, Cavabdeh2 Nərı̇ man oğlu və Abdullayev Yusı̇ f Nərı̇ man oğluna qarşı həyətyanı torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsi tələbinə dair mülki işə 28 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cəfərova Nərgı̇ z Nərı̇ man qızının cavabdehlər Cavabdeh1 Əlı̇ sahab qızı, Cavabdeh2 Nərı̇ man oğlu və Abdullayev Yusı̇ f Nərı̇ man oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək JN-179 F (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə əsasən İsmayıllı şəhəri, keçmiş Mican kəndi ərazisində yerləşən 2017ci ildə vəfat etmiş mərhum atası X4, anası Cavabdeh1, qardaşları Cavabdeh2, Cavabdeh3 və onun birgə mülkiyyətlərində olan 0,19 hektar torpaq sahəsinin payına düşən 0,038 hektar hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılması və həmin payına düşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, JN-179 F (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən 0,19 hektar həyətyanı torpaq sahəsi mərhum atası X4, anası Cavabdeh1, qardaşları Cavabdeh2 Nərı̇ man oğlu, Cavabdeh2 Nərı̇ man oğlu və onun birgə mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinin 0,038 hektar hissəsi onun payına düşür. O, qeyd edilən torpaq sahəsindən digər mülkiyyətçilərin maneçiliyinə görə və payına düşən torpağın konturlarını bilmədiyindən istifadə edə bilmir. O, həmin torpaq sahəsinin real şəkildə bölünərək mülkiyyət payının ayrılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin təşkilat 09 iyul 2021-ci il tarixli məktubla birgə mülkiyyətdə olan torpaq sahəsinin bölügüsünə dair notarial qaydada təsdiq olunmuş bölgü planı və saziş tələb olunduğunu bildirərək bundan imtina etmişdir. Onunla digər mülkiyyətçilər arasında qanuni mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnu həyata keçirməyinə maneələr var və tələb olunan birgə mülkiyyətdə olan torpaq sahəsinin bölgüsünə dair notarial qaydada təsdiq olunmuş bölgü planı və sazişin əldə edilməsi mümkün deyildir. Onunla digər mülkiyyətçilər arasında narazılıq olduğundan məhkəməyə müraciət etməyə məcbur olmuşdur. JN-179 F (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə əsasən İsmayıllı şəhəri, keçmiş Mican kəndi ərazisində yerləşən 2017ci ildə vəfat etmiş mərhum atası X4, anası Cavabdeh1, qardaşları Cavabdeh2, Cavabdeh3 və onun birgə mülkiyyətlərində olan 0,19 hektar torpaq sahəsinin payına düşən 0,038 hektar hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılması və həmin payına düşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulmasını tələb edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı onun qızıdır. JN-179 F (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən 0,19 hektar həyətyanı torpaq sahəsi mərhum əri X4, oğulları Cavabdeh2 Nərı̇ man oğlu, Cavabdeh2 Nərı̇ man oğlu, qızı Cəfərova Nərgı̇ z Nərı̇ man qızı və onun birgə mülkiyyətlərinə verilmişdir. Qızının əri onlara məxsus torpaq sahəsini bölərək satmaq istəyir. O, bununla razılaşmır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 izahatına uyğun izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdilər. JN-179 F (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə İsmayıllı rayonu Mican kəndi ərazisindən 0,19 hektar həyətyanı torpaq sahəsi X4, X1, X3, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 09 iyul 2021-ci il tarixli **********55 nömrəli məktubla ona bildirilmişdir ki, torpaq sahəsinin paylara uyğun bölünməsi üçün notarial qaydada təsdiq olunmuş bölgü planı və payların bölünməsi barədə notarial saziş təqdim olunmalıdır. Əgər payçılar arasında narazıçılq mövcuddursa payların bölünməsi üçün Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət edə bilərsiniz. 29 iyul 2021-ci il tarixli AZ-İ 917080 nömrəli arayışdan görünür ki, X4 05 dekabr 2017ci il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən JN-179F KOD 40719018 nömrəli şəhadətnaməyə əsasən X4, Cavabdeh1, Abdullayeva (Cəfərova) Nərgiz Nəriman qızı, Cavabdeh2 və Cavabdeh3 birgə mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən 0,19 hektar həyətyanı torpaq sahəsinin Abdullayeva (Cəfərova) Nərgiz Nəriman qızının payına (0,038 ha) uyğun olaraq naturada real bölgü əsasında bölünməsinin mümkünlüyü barədə mütəxəssis rəyi verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu edilmişdir. Sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 17 fevral 2022-ci il tarixli **********43 nömrəli mütəxəssis rəyindən görünür ki, JN-179F KOD 40719018 nömrəli şəhadətnaməyə əsasən X4, Cavabdeh1, Abdullayeva (Cəfərova) Nərgiz Nəriman qızı, Cavabdeh2 ve Cavabdeh3 birgə mülkiyyətində olan torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığından və eyni zamanda Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə torpaq sahəsinin naturadakı məkan göstəriciləri (yerləşmə, konfiqurasiyası və həndəsi ölçüləri) arasında uyğunsuzluqların mövcud olması səbəbindən Ərazi İdarəsi tərəfindən sözügedən torpaq sahəsi ilə bağlı müvafiq rəyin verilməsi mümkün deyildir. İddiada qeyd edilən JN-179F (KOD ********) nömrǝli şəhadətnamə ilə X2 mülkiyyətinə verilmiş İsmayıllı şəhəri ərazisində (keçmiş Mican kəndi) yerləşən 0,19 hektar həyətyanı torpaq sahəsinin Abdullayeva (Cəfərova) Nərgiz Nəriman qızının payına (0,038 ha) uyğun bölünməsi sözügedən torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alındıqdan və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evləri və həyət tikililəri bölündükdən sonra mümkün ola bilər. Məhkəmə mübahisə predmetinə aid olan əraziyə mütəxəssisin iştirakı ilə keçirilmiş yerində müayinənin nəticələrini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Araşdırma zamanı müəyyən edildi ki, məhkəmə tərəfindən JN-179F KOD 40719018 nömrəli şəhadətnaməyə əsasən X4, Cavabdeh1, Abdullayeva (Cəfərova) Nərgiz Nəriman qızı, Cavabdeh2 və Cavabdeh3 birgə mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində yerləşən 0,19 hektar həyətyanı torpaq sahəsinin Abdullayeva (Cəfərova) Nərgiz Nəriman qızının payına (0,038 ha) uyğun olaraq naturada real bölgü əsasında bölünməsinin mümkünlüyü barədə mütəxəssis rəyi verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu edilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, JN-179F KOD 40719018 nömrəli şəhadətnaməyə əsasən X4, Cavabdeh1, Abdullayeva (Cəfərova) Nərgiz Nəriman qızı, Cavabdeh2 ve Cavabdeh3 birgə mülkiyyətində olan torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığından və eyni zamanda Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə torpaq sahəsinin naturadakı məkan göstəriciləri (yerləşmə, konfiqurasiyası və həndəsi ölçüləri) arasında uyğunsuzluqların mövcud olması səbəbindən sözügedən torpaq sahəsinin iddiaçının payına (0,038 ha) uyğun olaraq naturada real bölgü əsasında bölünməsinin mümkünlüyü barədə müvafiq rəy verilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, mübahisəli torpaq sahəsinin naturada real bölgü əsasında bölünməsinin mümkünlüyü barədə müvafiq rəy verilmədiyindən iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cəfərova Nərgı̇ z Nərı̇ man qızının cavabdehlər Cavabdeh1 Əlı̇ sahab qızı, Cavabdeh2 Nərı̇ man oğlu və Abdullayev Yusı̇ f Nərı̇ man oğluna qarşı JN-179 F (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı şəhəri, keçmiş Mican kəndi ərazisində yerləşən 0,19 hektar torpaq sahəsinin onun payına düşən 0,038 hektar hissəsinin naturada real bölgü əsasında bölünərək ayrılması və həmin payına düşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulmasına dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar