Məhkəmə qərarları › İş №2(037)-90/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-90/2021

03.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-90/2021 03.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" İstehsalat Birliyinin Cavabdeh qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı" İstehsalat Birliyi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) istifadə etdiyi təbii qaza görə yaranmış 77,4 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat itirilmiş qazın dəyərinin və 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 77,4 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri lazımı qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın 77,4 manat miqdarında dəyərini bu günə kimi ödəməmişdir. Bundan başqa xx xxxxxxx 2019-cu il tarixdə “İddiaçı” İB-nin X4 X1 Xidmət Sahəsinin əməkdaşları tərəfindən cavabdehin İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacına baxış keçirilmişdir. Qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş aktı cavabdehin qardaşı imzalamışdır. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və tərtib edilmiş xx xxx 2020-ci il tarixli 29/1710-00405-1 nömrəli akta əsasən sayğacın zavod qurğuşun plobu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadığı, sayğacın yandığı müəyyən olunmuşdur. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxx 2020-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı cavabdeh imzalamamışdır. Akta əsasən həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2160 kub.metr itirilmiş qazın dəyəri 216 manat məbləği hesablanaraq cavabdehin abonent bazasındakı koduna vurulmuşdur. Cavabdehin abonent koduna hesablanaraq vurulmuş məbləğlər istifadə etdiyi və sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən cavabdehdən istifadə etdiyi təbii qaza görə yaranmış 77,4 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat itirilmiş qazın dəyərinin və 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, iddia tələbini 77,4 manat qaz pulu borcu hissəsində qəbul edir. İstifadə etdiyi təbii qaza görə yaranmış 77,4 manat borcu ödəyəcəkdir. Həmin hissədə iddianın təmin olunmasına etiraz etmir. Lakin iddia tələbinin dəymiş ziyan hissəsi ilə razı deyildir. “İddiaçı” İB-nin tabeçiliyində olan Ağsu Regional X3 əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək çıxarılmış, əvəzində yeni sayğac quraşdırılmışdır. İddiaçı ona qarşı məhkəmədə iddia qaldırdıqdan sonra istifadəsində olmuş ******* nömrəli sayğacın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirildiyi zaman sayğacın zavod qurğuşun plobu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhənin gövdənin üzərində aşkar olunmadığını və sayğacın yandığını bilmişdir. Sayğac istismara yararsız hesab edilmişdir. xx xxx 2020-ci il tarixdə “təbii X2nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 2160 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Sayğacın çıxarılmasinda iştirak etməmiş, tərtib olunmuş sənədləri imzalamamışdır. Hesab edir ki, “İddiaçı” İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. X3 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəyir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. O, iddia tələbinin istifadə etdiyi təbii qaza görə yaranmış 77,4 manat borcun ödənilməsi hissəsində təmin olunmasına etiraz etmir. İddia tələbinin dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməsini xahiş edir. X4 İstismarı İdarəsi ilə cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını kefiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylacı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxxxxx 2019cu il tarixdə cavabdehin İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı abonent imzalamamışdır. “İddiaçı” İB-nin “Təbii X2nın pozulması haqqında” xx xxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-3 tipli qaz piltəsi vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı abonent imzalamamışdır. “İddiaçı” İB-nin Ağsu Regional X3 əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, cavabdehin yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmiş və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2020-ci ilin oktyabr ayının sonuna cavabdehin **********03830 nömrəli abonent koduna 293,4 manat borc vurulmuşdur ki, həmin məbləğin 216 manat hissəsi 2020-ci ilin may ayının sonuna akt üzrə, 77,4 manat hissəsi isə 2020-ci ilin oktyabr ayının sonuna istifadə edilmiş təbii qazın dəyəridir. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdehin 2020-ci ilin oktyabr ayının sonuna 77,4 manat borcu yaranmışdır. Eyni zamanda “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə cavabdehin fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı Niyaməddin Teymurov adlı şəxs imzalamışdır. Cavabdehin yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın zavod qurğuşun plobu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhənin gövdənin üzərində aşkar olunmadığı, sayğacın yandığı müəyyən olunmuşdur. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxx 2020-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş sənədlər cavabdeh tərəfindən imzalanmamışdır. “İddiaçı” İB-nin Ağsu Regional X3 əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxx 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən cavabdehin yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmiş və cavabdehdən həmin təbii qazın və sayğacın dəyərinin ödənilməsi tələb olunmuşdur. “İddiaçı” İstehsalat Birliyi iddia tələbinin təmin olunaraq cavabdehdən istifadə etdiyi təbii qaza görə yaranmış 77,4 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 2160 m3 – 216 manat itirilmiş qaz dəyərinin və 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini 77,4 manat borc hissəsində təmin edilməsinə etiraz etmir, qaz sayğacına özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilmədiyini, sayğacın zədələnməsi barədə heç bir məlumatının olmadığını, X3 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən azı ayda bir dəfə baxış keçirilərkən sayğacda hər hansı zədə, əzik aşkar olunmadığını, qaz sayğacının həyət qapısından çöldə yerləşdiyi üçün işçi vəziyyətinə nəzarət etməsinin mümkün olmadığını göstərərək iddia tələbinin dəymiş ziyan tələbinə dair hissədə rədd edilməsini xahiş edir. “X2”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə iddia tələbinin istifadə edilmiş təbii qaza görə yaranmış 77,4 manat borc tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq cavabdeh istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə “İddiaçı” İstehsalat Birliyi tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 20 (iyirmi) manat 40 (qırx) qəpik dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 77 manat 40 qəpik borc və 20 manat 40 qəpik dövlət rüsumu – cəmi 97 (doxsan yeddi) manat 80 (səksən) qəpik məbləği alınaraq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar