Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-91/2021 05.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, "İddiaçı" X1 Arzu Nurəddin oğluna qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası, Cavabdeh "İddiaçı" İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödənilmiş pulun geri qaytarılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı" İstehsalat Birliyi iddia ərizəsi ilə müraciət edərək Cavabdeh istifadə etdiyi təbii qaza görə yaranmış 314,7 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 615,6 manat itirilmiş qazın dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “İddiaçı” İstehsalat Birliyi tərəfindən **********00190 nömrəli abonent koduna vurulmuş 6156 kub metr təbii qazın dəyəri 615,6 manat debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödədiyi 92 manat məbləğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 314,7 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməlidir. Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri lazımı qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın 314,7 manat miqdarında dəyərini bu günə kimi ödəməmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə “İddiaçı” İB-nin X5 X2 Xidmət Sahəsinin əməkdaşları tərəfindən Cavabdeh İsmayıllı rayonun Hacıhətəmli kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacına baxış keçirilmişdir. Qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt Cavabdeh tərəfindən imzalanmışdır. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və tərtib edilmiş xx xxxx 2019-cu il tarixli 29/1710-00580-2 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzildiyi aşkar olunmuş və sayğac istismara yararsız hesab edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı Cavabdeh imzalamaqdan imtina etmişdir. Akta əsasən xx xxxx 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 6156 kub.metr itirilmiş qazın dəyəri 615,6 manat məbləği hesablanaraq Cavabdeh abonent bazasındakı koduna vurulmuşdur. Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər istifadə etdiyi və sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh istifadə etdiyi təbii qaza görə yaranmış 314,7 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 615,6 manat itirilmiş qazın dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahat verərək göstərdi ki, iddia tələbini 314,7 manat qaz pulu borcu hissəsində qəbul edir. İstifadə etdiyi təbii qaza görə yaranmış 314,7 manat borcu ödəyəcəkdir. Həmin hissədə iddianın təmin olunmasına etiraz etmir. Lakin iddia tələbinin dəymiş ziyan hissəsi ilə razı deyildir. “İddiaçı” İB-nin tabeçiliyində olan Ağsu Regional X4 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək çıxarılmış, əvəzində yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı o, imzalamışdır. Bir müddət sonra “İddiaçı” İstahesalat Birliyi tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və yoxlama zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzildiyi aşkar olunmuşdur. Sayğac istismara yararsız hesab edilmişdir. xx xxxx 2019-cu il tarixdə “təbii X3nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında xx xxxx 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 4536 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. O, dəyişdirilmiş qaz sayğacının 92 manat dəyərini ödəmişdir. Hesab edir ki, “İddiaçı” İB tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. X4 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəyir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün olmamışdır. O, iddia tələbinin istifadə etdiyi təbii qaza görə yaranmış 314,7 manat borcun ödənilməsi hissəsində təmin olunmasına etiraz etmir. İddia tələbinin dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunaraq abonent koduna vurulmuş 615,6 manat debitor borcun silinməsi və sayğacın dəyəri kimi ödədiyi 92 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. X5 İstismarı İdarəsi ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab üzrə tam şəkildə ödəməlidir. “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh İsmayıllı rayonun Hacıhətəmli kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X3na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı abonent imzalamışdır. xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən qaz sayğacının quraşdırılmasına görə “İddiaçı” İB-nin Ağsu RQİİ-nin İsmayıllı XS-nin hesabına 92 (doxsan iki) manat məbləğində vəsait ödənilmişdir. “İddiaçı” İB-nin “Təbii X3nın pozulması haqqında” xx xxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd radiator və 1 ədəd kombi su qızdırıcı vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin Ağsu Regional X4 əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 6156 kub metr müəyyən edilmiş və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-cu ilin mart ayının sonuna Cavabdeh **********00190 nömrəli abonent koduna akt üzrə 615,6 manat borc vurulmuşdur. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh 2020-ci ilin noyabr ayının sonuna 314,7 manat borcu yaranmışdır. Eyni zamanda “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X3na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə abonentin vəsaiti hesabına yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı abonent imzalamışdır. Cavabdeh yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzildiyi aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin Ağsu Regional X4 əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 29 mart 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 6156 kub metr müəyyən edilmiş və Cavabdeh həmin təbii qazın və sayğacın dəyərinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh dəyişdirilmiş qaz sayğacının 92 manat dəyərini xx xxxxxx 2019-cu il tarixdə ödəmişdir. “İddiaçı” İstehsalat Birliyi iddia tələbinin təmin olunaraq Cavabdeh istifadə etdiyi təbii qaza görə yaranmış 314,7 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 6156 m3 – 615,6 manat itirilmiş qaz dəyərinin, 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini 314,7 manat borc hissəsində təmin edilməsinə etiraz etmir, iddia tələbinin dəymiş ziyan tələbinə dair hissədə rədd edilməsini, qaz sayğacına özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilmədiyini, sayğacın zədələnməsi barədə heç bir məlumatının olmadığını, X4 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən azı ayda bir dəfə baxış keçirilərkən sayğacda hər hansı zədə, əzik aşkar olunmadığını, qaz sayğacının həyət qapısından çöldə yerləşdiyi üçün işçi vəziyyətinə nəzarət etməsinin mümkün olmadığını göstərərək “İddiaçı” İstehsalat Birliyi tərəfindən **********00190 nömrəli abonent koduna vurulmuş 6156 kub metr təbii qazın dəyəri 615,6 manat debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödədiyi 92 manat məbləğinin geri qaytarılması barədə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. “X3”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə ilkin iddianın istifadə edilmiş təbii qaza görə yaranmış 314,7 manat borc tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq Cavabdeh istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə “İddiaçı” İstehsalat Birliyi tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ilkin iddia tələbi dəymiş ziyanın ödənilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, abonentin istifadəsində olan qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən abonentin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca “İddiaçı” İstehsalat Birliyinin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə Cavabdeh məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 6156 kub metr miqdarında, yəni 615,6 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, “İddiaçı” İB tərəfindən Cavabdeh hesabına işlənmiş 6156 kub metr itirilmiş təbii qazın dəyəri 615,6 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92 manat məbləğinin Cavabdeh qaytarılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilmiş və qarşılıqlı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumlarına münasibət bildirərək məhkəmə qeyd edir ki, ilkin iddia qismən təmin edildiyindən “İddiaçı” istehsalat Birliyi tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı “İddiaçı” İstehsalat Birliyinə aid edilməli, 10 manatı isə cavabdehdən alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməlidir. Qarşılıqlı iddia ərizəsi tam təmin edildiyindən və qarşılıqlı iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan 30 manat dövlət rüsumu “İddiaçı” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. “İddiaçı” İstehsalat Birliyi tərəfindən ilkin iddia üzrə dövlət büdcəsinə 30 manat rüsumu ödənildiyi nəzərə alınaraq dövlət büdcəsinə ödəniləcək 30 manatdan 20 manatı ödənilmiş rüsumla əvəzlənməlidir. İddiaçı” İstehsalat Birliyindən 10 (on) manat və Cavabdeh 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 314 (üç yüz on dörd) manat 70 (yetmiş) qəpik borc məbləği alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh **********00190 nömrəli abonent koduna vurulmuş 6156 kub metr təbii qazın dəyəri 615 (altı yüz on beş) manat 60 (altmış) qəpik debitor borc məbləği silinsin. Dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 92 (doxsan iki) manat məbləği Cavabdeh qaytarılsın. “İddiaçı” İstehsalat Birliyindən 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-91/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-91/2021
05.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver