Məhkəmə qərarları › İş №2(037)-917/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-917/2023

27.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-917/2023 27.11.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsində payların ayrılmaqla bölünməsi tələbinə dair mülki işə 27 noyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək **********55 reyestr nömrəli çıxarış əsasında ümumi birgə mülkiyyətlərinə verilmiş 0,2704 hektar, **********56 reyestr nömrəli çıxarış əsasında ümumi birgə mülkiyyətlərinə verilmiş 0,1339 hektar, **********57 reyestr nömrəli çıxarış əsasında ümumi birgə mülkiyyətlərinə verilmiş 2,508 hektar torpaq sahələrindən onlara çatan hissələrin naturada ayrılmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, torpaq islahatı zamanı atasının, bacısının və onun ümumi birgə mülkiyyətlərinə 0,2704 hektar, 0,1339 hektar və 2,508 hektar torpaq sahələri verilmişdir. Torpaq sahələrinə dair onun adına 24 iyun 2023-cü il tarixdə qeydə alınaraq **********55, **********56 və **********57 reyestr nömrəli çıxarışlar verilmişdir. X16 26 may 2017-ci il tarixdə vəfat etmişdir. Atasından miras qalan əmlakların bölgüsü ilə bağlı onlar Notariat Ofisinə getsələr də cavabdeh torpaq sahələrinin bölünməsinə razılıq verməmişdir. Qardaşı Mühiddin Notariat Ofisinə gəlmədən bölgü aparılması mümkün deyildir. Bununla bağlı müvafiq orqanlara müraciət etsələr də, torpaq sahələrinin yalnız məhkəmə qaydasında bölünməsinin mümkün olması onlara bildirilmişdir. Bacısı İddiaçı2 ilə torpaq paylarının sərhədlərini müəyyən etmədən bütöv şəkildə qalmalarına etiraz etmirlər. Ona görə də mülkiyyətlərində olan 0,2704 hektar, 0,1339 hektar və 2,508 hektar torpaq sahələrinin onlara çatan hissələrinin naturada ayrılmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı2 Msyaib qızı ərizə göndərərək məhkəmə iclasına gələ bilmədiyindən işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Vİİ-ЖГ seriyalı 318669 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, İddiaçı1 xx xxxxx 1981-ci il tarixdə İsmayıllı rayonun Varna kəndində doğulmuş, valideynləri X5 və X2r. - İ-ЖГ seriyalı 486865 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1974-cü il tarixdə İsmayıllı rayonun Varna kəndində doğulmuş, valideynləri X5 və X2r. - Vİİ-ЖГ seriyalı 333743 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X3 arasında 25 oktyabr 1997-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Balayev, arvada Balayeva soyadı verilmişdir. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçıya İddiaçı2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. - AZ-İ seriyalı 862536 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X4 26 may 2017-ci il tarixdə vəfat etmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş BN seriyalı 170743 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli **********55 reyestr nömrəli çıxarışın surətindən müəyyən edilir ki, X4, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonun Qoşakənd kəndi ərazisində 0,2704 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş BN seriyalı 170744 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli **********56 reyestr nömrəli çıxarışın surətindən müəyyən edilir ki, X4, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonun Qoşakənd kəndi ərazisində 0,1339 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş BN seriyalı 170745 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəddən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli **********57 reyestr nömrəli çıxarışın surətindən müəyyən edilir ki, X4, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonun Qoşakənd kəndi ərazisində 2,508 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - İsmayıllı rayon Qoşakənd Bələdiyyəsinin 27 iyul 2023-cü il tarixli 22 nömrəli arayışdan görünür ki, X4, X7 və İddiaçı1 adlarında olan əkin və biçənək pay torpaq sahələrindən istifadələrinə görə Qoşakənd bələdiyyəsinə torpaq vergi borcları yoxdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli 3-21-3-42/2-5451/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, X4, X7 və İddiaçı1 birgə mülkiyyətlərinə verilmiş Hüquqların Dövlət Reyestrindən qeydiyyatdan keçmiş **********55 saylı çıxarışla 0,2704 hektar və **********56 saylı çıxarışla 0,1339 hektar torpaq sahələrinin pay mülkiyyətləri üzrə bölünməsinin yol yeri olmadığından mümkün olmadığı, **********57 saylı çıxaışla 2,508 hektar torpaq sahəsinin pay mülkiyyəti üzrə bölgüsünün mümkün olduğu göstərilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4, X7 və İddiaçı1 mülkiyyətlərinə İsmayıllı rayonun Qoşakənd kəndi ərazisindən 0,2704 hektar, 0,1339 hektar və 2,508 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri verilmişdir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24 iyun 2023-cü il tarixdə qeydiyyat aparılaraq İddiaçı1 adına **********55, **********56 və **********57 reyestr nömrəli çıxarışlar verilmişdir. Mülkiyyətçi X4 26 may 2017-ci il tarixdə vəfat etmişdir. İddiaçılar paylı mülkiyyətlərində olan torpaq sahələrindən öz paylarının naturada ayrılmasını istəyirlər. Lakin iddiaçıların qardaşı Cavabdeh ilə aralarında mübahisə yarandığından bölgünün aparılması mümkün olmamış, məhkəməyə müraciət etmişlər. İddiaçılar **********55 reyestr nömrəli çıxarış əsasında ümumi birgə mülkiyyətlərinə verilmiş 0,2704 hektar, **********56 reyestr nömrəli çıxarış əsasında ümumi birgə mülkiyyətlərinə verilmiş 0,1339 hektar, **********57 reyestr nömrəli çıxarış əsasında ümumi birgə mülkiyyətlərinə verilmiş 2,508 hektar torpaq sahələrindən onlara çatan hissələrin naturada ayrılmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdeh ona qarşı olan iddia tələbindən məlumatlı olsa da onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyində X4, X7 və İddiaçı1 birgə mülkiyyətlərinə verilmiş Hüquqların Dövlət Reyestrindən qeydiyyatdan keçmiş **********55 saylı çıxarışla 0,2704 hektar və **********56 saylı çıxarışla 0,1339 hektar torpaq sahələrinin pay mülkiyyətləri üzrə bölünməsinin yol yeri olmadığından mümkün olmadığı, **********57 saylı çıxaışla 2,508 hektar torpaq sahəsinin pay mülkiyyəti üzrə bölgüsünün mümkün olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. X4, X7 və İddiaçı1 paylı mülkiyyətlərində olan 0,2704 hektar, 0,1339 hektar və 2,508 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində payların bölünməsi üsulu və şərtləri haqqında mülkiyyətçi Müseyib Salmanov vəfat etdiyi üçün onun vərəsəsi olan cavabdehlə iddiaçılar razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçilərinin hər birinin payının naturada ayrılması məhkəmə qaydasında həyata keçirilməlidir. **********55 reyestr nömrəli çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş 0,2704 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 3 nəfərdən ibarət paylı mülkiyyətçilərin payları bərabər miqdarda, yəni hər birinə 0,0901 hektar, **********56 reyestr nömrəli çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş 0,1339 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 3 nəfərdən ibarət paylı mülkiyyətçilərin payları bərabər miqdarda, yəni hər birinə 0,0446 hektar və **********57 reyestr nömrəli çıxarış əsasında ümumi birgə mülkiyyətə verilmiş 2,508 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 3 nəfərdən ibarət paylı mülkiyyətçilərin payları bərabər miqdarda, yəni hər birinə 0,836 hektar olmaqla müəyyən edilməlidir. İddiaçılar öz torpaq paylarının sərhədlərini müəyyən etmədən bütöv şəkildə qalmasına etiraz etmirlər. **********55, **********56 və **********57 reyestr nömrəli çıxarışların surətlərindən görünür ki, X4, İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonun Qoşakənd kəndi ərazisində verilmiş 0,2704 hektar, 0,1339 hektar və 2,508 hektar torpaq sahələrinin mülkiyyətçilərin paylara uyğun olaraq naturada real bölgü əsasında bölünməsinin mümkünlüyü barədə məhkəmə tərəfindən göndərilmiş sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində 0,2704 hektar və 0,1339 hektar torpaq sahələrinin pay mülkiyyətləri üzrə bölünməsinin yol yeri olmadığından mümkün olmadığı, 2,508 hektar torpaq sahəsinin pay mülkiyyəti üzrə bölgüsünün mümkün olduğu göstərilmişdir. Məhkəmə mütəxəssis rəyləri ilə razılaşmır. Belə ki, verilmiş rəydə 0,2704 hektar və 0,1339 hektar torpaq sahələrinə yol yeri olmamasının həmin torpaq sahələrinin real bölgüsünün aparılmasının mümkün olmaması üçün əsas ola bilməz. Qeyd edilən torpaq sahələrinə dair sənədlərdə həmin torpaq sahələrinin bütün koordinatları öz əksini tapmışdır. Mülkiyyətçi Müseyib Salmanov vəfat etmiş , digər mülkiyyətçilərin arasıda isə mübahisə yoxdur. Ona görə də məhkəmə, hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, paylı mülkiyyətdə olan torpaq sahələrində hər bir mülkiyyətçiyə çatan payın miqdarı müəyyən olunmaqla naturada bölünməsi təmin edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən 24 iyun 2023-cü il tarixdə qeydə alınmış **********55 reyestr nömrəli çıxarış əsasında paylı mülkiyyətdə olan 0,2704 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 payları cəmi 0,1802 hektar, X1 payı 0,0901 hektar, **********56 reyestr nömrəli çıxarış əsasında paylı mülkiyyətdə olan 0,1339 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 payları cəmi 0,0892 hektar, X1 payı 0,0446 hektar, **********57 reyestr nömrəli çıxarış əsasında paylı mülkiyyətdə olan 2,508 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 payları cəmi 1,672 hektar, X1 payı 0,836 hektar müəyyən olunmasına və həmin torpaq sahələrinin paylara uyğun naturada ayrılmaqla bölüməsinə dair qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən 24 iyun 2023-cü il tarixdə qeydə alınmış **********55 reyestr nömrəli çıxarış əsasında paylı mülkiyyətdə olan 0,2704 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 payları cəmi 0,1802 hektar, X1 payı 0,0901 hektar müəyyən edilsin və həmin torpaq sahəsi paylara uyğun naturada ayrılmaqla bölünsün. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən 24 iyun 2023-cü il tarixdə qeydə alınmış **********56 reyestr nömrəli çıxarış əsasında paylı mülkiyyətdə olan 0,1339 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 payları cəmi 0,0892 hektar, X1 payı 0,0446 hektar müəyyən edilsin və həmin torpaq sahəsi paylara uyğun naturada ayrılmaqla bölünsün. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 9 saylı Ərazi İdarəsi tərəfindən 24 iyun 2023-cü il tarixdə qeydə alınmış **********57 reyestr nömrəli çıxarış əsasında paylı mülkiyyətdə olan 2,508 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 payları cəmi 1,672 hektar, X1 payı 0,836 hektar müəyyən edilsin və həmin torpaq sahəsi paylara uyğun naturada ayrılmaqla bölünsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar