Məhkəmə qərarları › İş №2(037)-935/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-935/2024

28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-935/2024 28.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat Ofisinə qarşı “mirasdan imtinaya dair ərizənin etibarsız hesab edilməsi və mirasın vərəsələr arasında bölünməsi” tələbinə dair mülki işə 28 avqust 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı mirasdan imtinaya dair İsmayıllı rayon Notariat Ofisinə verdiyi 8i-8031 nömrə ilə qeydə alınmış ərizənin etibarsız hesab edilməsi və 11 iyul 2023-cü il tarixdə vəfat etmiş oğlu X4 miras qalmış daşınmaz əmlakın birinci növbə vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X29 11 iyul 2023-cü il tarixdə avtoqəza nəticəsində dünyasını dəyişmişdir. X29 Cavabdeh2 ilə evli olmuş və onların birgə nikahlarından üç uşaqları olmuşdur. Oğlundan İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və kənd təsərrüfatı təytinatlı torpaq sahəsi miras qalmışdır. 27 dekabr 2023-cü il tarixdə cavabdeh olan gəlini onu sosial yardım almaq adı ilə notariatda ərizə verməyinin vacib olduğunu inandıraraq ona məzmununu bilmədiyi bir sənədə imza atdırmışdır. Sonradan ona məlum olmuşdur ki, guya o oğlundan qalan mirasdan imtina etmişdir. Lakin onun belə bir niyyəti olmamışdır. Oğlunun vəfatından sonra o, birinci növbə vərəsə kimi mirası qəbul etmişdir. Məhkəmə iclasında iddiaçı eyni məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, ona may ayında məlum olmuşdur ki, səhvən oğlundan qalan miras əmlakdan imtina etmiş və xx.xx.2024-cü il tarixdə həmin imtinanın ləğv edilməsi üçün notariusa müraciət etmiş, notariusdan ona imtinanın yalnız məhkəmə tərəfindən ləğv edilə biləcəyi bildirildikdən sonra, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək göstərdi ki,əri ilə rəsmi nikahlarından üç uşaqları vardır,hazırda o uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır.Ərindən miras olaraq pul məbləği də qaldığından notariusda qaynanası belə bir ərizə vermişdir.Ərizənin mahiyyətindən onun da məlumatı yoxdur. Ərinin anasının mirasdan pay almasına etirazı yoxdur.Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, həmçinin iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan İsmayıllı rayon Kürdmaşı kənd sovetliyi tərəfindən verilmiş, 11 yanvar 1988-ci il tarixli, Xİİİ-ЖГ №278161 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1987-ci il tarixdə doğulmuşdur. X3, anası İddiaçıdır. İşdə olan İsmayıllı rayon Notariat Ofisində təsdiq edilmiş, reyestrdə 8İ-8031 nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli, **********031 nömrəli ərizədən görünür ki, İsmayıllı rayonu, Kürdmaşı kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2023-cü il tarixdə İsmayıllı rayon Notariat Ofisində təsdiq edilmiş, reyestrdə 8İ-8031 nömrə ilə qeydə alınmış ərizə yazaraq xx.xx.2023-cü il tarixdə ölmüş oğlu X4 irs qalmış mirasın ona çatan hissəsindən imtina etmişdir. İşdə olan İsmayıllı RİHB-nın Kürdmaşı İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 oktyabr 2013-cü il tarixli, AZ-İ №885450 saylı nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X11 ilə X7 arasında xx.xx.2013-cü il tarixdə İsmayıllı RİHB-nın Kürdmaşı İƏB üzrə nümayəndəliyində rəsmi nikah bağlanmış və həmin nikah 37 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 22 noyabr 2013-cü il tarixli, AZ-İİİ №181504 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2013-cü il tarixdə doğulmuşdur.X2, anası X5r. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 04 may 2015-ci il tarixli, AZ-İİİ №546003 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2015-ci il tarixdə doğulmuşdur.X2, anası X5r. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, 01 noyabr 2012-ci il tarixli, AZ-İİ №983638 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2011ci il tarixdə doğulmuşdur.X2, anası X5r. İşdə olan İsmayıllı rayon Kürdmaşı ərazi nümayəndəliyi tərəfindən verilmiş 01 oktyabr 2012-ci il tarixli, AZ-İ № 521644 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin 10 ayının 01 günündə 13 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli, AZ-İİ № 361817 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2023cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 07 ayının 17 günündə 322 nömrə ilə qeyd edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş,**********05 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli A№796959 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin sürətindən görünür ki,İsmayıllı rayonu,Kürdmaşı kəndi ərazisində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə dair X6 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə 195 nömrəli reyesr kitabının 32 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. İşdə olan İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsi tərəfindən təsdiq edilmiş,Kürdmaşı bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin yerquruluşu lahiyəsindən çıxarışdan görünür ki,İsmayıllı rayon Kürdmaşı kənd ərazisində yaşayan X6 yaşadığı fərdi yaşayış evinin yerləşmə sixemi 248547.910 4506030.290 kod ilə qeydə alınmışdır. İşdə olan İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli 956 nömrəli arayışın sürətindən görünür ki, X9 məxsus İsmayıllı rayonu,Kürdmaşı kəndi ərazisində 0.06 hektar həyətyanı torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı ev vardır. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş, 28 dekabr 2023-cü il tarixli, N-988 saylı İddiaçı ünvanlanmış məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 adına vərəsəlik işinin açılması və digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 10 gün müddətində dayandırılır. Həmin müddət ərzində işin məhkəmənin icraatında olduğuna dair sübut təqdim edildikdə məhkəmənin yekun qərarına qədər notariat hərəkətlərinin aparılması dayandırılır. Əks təqdirdə digər vərəsələrin müraciət etdiyi zaman vərəsəlik hüququ haqqında şəhadətnamə təsdiq edilməsi mümkündür. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum X11 ilə Cavabdeh2 xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahlarından üç uşaqları olmuşdur. X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür.Ondan İsmayıllı rayonu,Kürdmaşı kəndinə yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. X6 ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh2,uşaqları X12, X16 və X8 və anası İddiaçıdır. X23 vəfat etdikdən sonra iddiaçı və cavabdeh ondan miras qalan pul məbləğinə dair vərəsəlik şəhadətnaməsi almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişlər, lakin vərəsəlik işinin açılması və digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi dayandırılmışdır.Eyni zamanda iddiaçı oğlundan qalan miras əmlaklara dair notarial qaydada imtina ərizəsi vermişdir. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır.Belə ki,vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir.Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X18 xx.xx.2020-ci il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, İddiaçı, Cavabdeh2 və onun uşaqları X12, X16 və X8 mirasın açıldığı vaxt X6 birinci növbəli vərəsələri olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, mərhum X11 öldükdən sonra onun birinci növbəli vərəsələri, arvadı Cavabdeh2, uşaqları X12, X16 və X8 və anası İddiaçı ondan qalmış mirası faktiki qəbul etmişlər. Bu hal işin mübahisəsiz halıdır.Eyni zamanda iddiaçı və cavabdeh miras qoyanın ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiyini bəyan etmişdir.Ona görə də məhkəmə hesab edir ki,mərhum X6 birinci növbəli vərəsələri,arvadı,uşaqları və anası ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da sözügedən şəxslər mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mərhum X9 məxsus İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən ibarət əmlaklar arvadı Cavabdeh2 ilə olan rəsmi nikah dövründə əldə edildiyindən arvadın birgə nikah dövründə əldə olunmuş əmlak kimi ondan qalan əmlakların bölünməsi zərurəti vardır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında,yəni nikah dövründə əldə edilmişdir.Belə ki,həmin torpaq sahəsinin bağışlama və ya hədiyyə olaraq,yəni əvəzsiz əldə olunması müəyyən edilməmiş,torpaq sahəsi Samir Babayevin adına rəsmiləşdirilmişdir.Göründüyü kimi sözügedən əmlak tərəflərin birgə nikah dövründə və əvəzli olaraq əldə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək,sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.yoxdur. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Göründüyü kimi miras qalmış əmlaklar nikah dövründə əldə olunduğu üçün ½ hissəsi hazırki tələb üzrə cavabdeh olan Cavabdeh2 məxsudur və digər ½ hissəsinə isə birinci növbəli vərəsədir. Eyni zamanda miras qoyan Samir babayev 2023-ci ildə vəfat etdikdən sonra onun birinci növbəli vərəsəsi olan anası İddiaçı oğlundan qalan miraq əmlakı qəbul etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********05 reyestr,********** qeydiyyat nömrəli,xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən mərhum X6 xüsusi mülkiyyətinə verilmiş İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsindən ibarət miras əmlakdan mərhum X6 payına düşən 2/1 hissəyə dair qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh2,uşaqları X12, X17 və X8 və anası İddiaçı hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin mirasdan imtinaya dair ərizənin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa,alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər.Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.Əgər tərəflərdən biri,aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə etibarsız əqdlər öz kateqoriyasına görə mübahisə edilən və ya əhəmiyyətsiz əqdlərə bölünməklə növündən asılı olaraq onların müxtəlif əsasları müəyyən edilmişdir. Lakin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olmasından asılı olmayaraq daşınmaz əmlakın alqı-satqısından irəli gələn mülkiyyət hüququnun əmələ gəlməsi üçün ən azı iki tərəfin iradə ifadəsinin bildirilməsi, başqa sözlə ən azı iki tərəfin öz aralarında bağlanmış müqavilə şəklində razılaşması tələb olunur. Belə əqdlərdə lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun ifadə olunmasının vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadə dildə dedikdə, birincisi - hər iki tərəf bilavasitə və ya nümayəndəsi vasitəsi ilə məcburi qaydada müqavilənin bağlanmasında iştirak etməlidir,ikincisi-tərəflər müqaviləni bağlamalıdırlar (imzalamalıdırlar). Sonradan həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsasın, o cümlədən əqdin hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, habelə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün və ya başqa əqdi pərdələmək və ya digər məqsədlərlə bağlanmasının müəyyən edilməsi istisna deyil. Bu da belə əqdlərin Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün bilavasitə əsas yaradır. Lakin hər bir halda Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən 14-cü fəslindən (337-354-cü maddələr) belə nəticəyə gəlmək olur ki, tərəflərin iştirakı ilə və onlar tərəfindən (şəxsən və ya nümayəndə vasitəsi ilə) imza edilməklə bağlanmış əqdlərin etibarsızlığı mübahisələndirilə bilər. Belə ki, məhkəmə iclası zamanı iddiaçı notariusda mirasdan imtina barədə ərizə verdiyi zaman ərizənin məzmunundan məlumatı olmamış, sadəcə oğlundan miras qalmış pul məbləğinin alınması ilə bağlı gəlininə verdiyi ərizə kimi başa düşmüşdür.Göründüyü kimi, iddiaçı oğluna məxsus mirasdan imtina edərkən həqiqi iradə ifadəsini bəyan etməmiş, gəlninə oğlundan qalan pul məbləğinin alınması üçün ərizə verdiyini güman edərək bu yöndə iradə ifadəsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mirasdan imtina edilməsi barədə ərizədən may ayında məlumatı olmuş, 24 may tarixində sözügedən ərizənin ləğv edilməsi üçün notariusa müraciət etmiş oradan cavab aldıqdan sonra iyul ayında ərizənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli,X1 mirasdan imtinaya dair İsmayıllı rayon Notariat Ofisinə verdiyi 8i-8031 nömrə ilə qeydə alınmış ərizə etibarsız hesab edilməli,Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********05 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən mərhum X6 xüsusi mülkiyyətinə verilmiş İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi miras əmlakdan mərhum X6 payına düşən 1/2 hissəyə dair qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh2, uşaqları X12, X17 və X8 və anası İddiaçı hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı oğlu mərhum X4 qalan mirasdan imtinaya dair İsmayıllı rayon Notariat Ofisinə verdiyi 8i-8031 nömrə ilə qeydə alınmış ərizə etibarsız hesab edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********05 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən mərhum X6 xüsusi mülkiyyətinə verilmiş İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi miras əmlakdan mərhum X6 payına düşən 1/2 hissəyə dair qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh2,uşaqları X12, X16 və X8 və anası İddiaçı hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar