Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-95/2021 22.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" İstehsalat Birliyinin Cavabdeh qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı" İstehsalat Birliyi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 973,12 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 615,6 manat itirilmiş qazın dəyərinin, 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 973,12 manat məbləğində borcu yaranmışdır. Həmin müqavilənin şərtinə görə istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməlidir. Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın 973,12 manat miqdarında dəyərini bu günə kimi ödəməmişdir. Bundan başqa xx xxxx 2018-cı il tarixdə “İddiaçı” İB-nin X3 X1 Xidmət Sahəsinin əməkdaşları tərəfindən cavabdehin İsmayıllı rayonun İvanovka kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Açılmış smart tipli 16020394 nömrəli qaz sayğacı yoxlamadan keçirilmiş və tərtib edilmiş 29/1710-00049-3 nömrəli aktda sayğacın klapanının sındığı, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı cavabdeh imzalamaqdan imtina etmişdir. Akta əsasən xx xxxx 2019-cu il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 6156 kub.metr itirilmiş qazın dəyəri 615,6 manat məbləği cavabdehin abonent bazasındakı koduna vurulmuşdur. Cavabdehin abonent koduna vurulmuş məbləğlər istifadə edilmiş təbii qazın və sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən cavabdehdən mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 973,12 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 615,6 manat itirilmiş qazın dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. X3 İstismarı İdarəsi ilə cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab üzrə tam şəkildə ödəməlidir. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxx 2018-ci il tarixdə cavabdehin İsmayıllı rayonun İvanovka kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacının hesablama mexanizminin giriş klapanı qırıldığı və plombunun qırıq vəziyyətdə olduğu aşkar edilmişdir. Tərtib olunmuş aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin “Təbii X2nın pozulması haqqında” xx xxxx 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd dəmir soba və 1 ədəd su qızdırıcı vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, cavabdehin yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 6156 kub metr müəyyən edilmiş və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-cu ilin mart ayının sonuna cavabdehin **********00290 nömrəli abonent koduna akt üzrə 615,6 manat borc vurulmuşdur. xx xxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2020-ci ilin noyabr ayının sonuna cavabdehin **********00290 nömrəli abonent koduna qaz sərfiyyatına görə 973,12 manat borc vurulmuşdur. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdehin 2020-ci ilin noyabr ayının sonuna 973,12 manat borcu yaranmışdır. Eyni zamanda “İddiaçı” İB-nin əməkdaşları tərəfindən xx xxxx 2018-ci il tarixdə cavabdehin fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X2na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli aktda 16020394 nömrəli qaz sayğacının hesablama mexanizminin klapanının qırıldığı, plombun qırıq vəziyyətdə olduğu qeyd edilmişdir. Sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş həmin aktı abonent imzalamaqdan imtina etmişdur. Cavabdehin yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın klapanının sındığı, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuşdur. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən cavabdehin yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 6156 kub metr müəyyən edilmişdir. Cavabdehdən 6156 kub.metr itirilmiş təbii qazın və sayğacın dəyərinin ödənilməsi tələb olunmuşdur. “İddiaçı” İstehsalat Birliyi iddia tələbinin təmin olunaraq cavabdehdən mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 973,12 manat borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 6156 m3 – 615,6 manat itirilmiş qazın dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabadeh təkrarən məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. “X2”nı 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdehdən tələb olunan 973,12 manat borc məbləği tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq cavabdehin istifadə etdiyi təbii qazın dəyəridir. Bundan başqa cavabdehin istifadəsində olmuş qaz sayğacının klapanının sındığı, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi və bunun nəticəsində də 615,6 manat qaz itkisi olması işin faktiki halları ilə təsdiq olunur. Cavabdeh iddia tələbinə münasibət bildirmədiyindən həmin əməlin törədilməsində cavabdehin təqsirsiz olduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə cavabdehin məhkəmə iclaslarına gəlməməsini işin nətisində maraqli olmaması və iddia tələbi ilə razılaşması kimi qiymətləndirir. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 973 manat 12 qəpik borc, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 615 manat 60 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 1619 (bir min altı yüz on doqquz) manat 12 (on iki) qəpik məbləği alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-95/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-95/2021
22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver