Məhkəmə qərarları › İş №2(037)-96/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-96/2021

01.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-96/2021 01.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" İstehsalat Birliyinin Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “İddiaçı” İstehsalat Birliyi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) təbii qazdan istifadəyə görə yaranmış 224 manat 90 qəpik borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 583 manat 20 qəpik itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 224,9 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın 224,9 manat miqdarında dəyərini bu günə kimi ödəməmişdir. Bundan başqa xx xxxxxxx 2020-ci il tarixdə “İddiaçı” İB-nin X7 X2 Xidmət Sahəsinin əməkdaşları tərəfindən cavabdehin İsmayıllı şəhərindəki evinin qaz xəttinə baxış keçirilərkən sayğacdan kənar əlavə qaz xətti aşkar olunmuşdur. Bununla bağlı həmin tarixdə “Təbii X3nın pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən Ağsu RQİİ tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə qərar qəbul edilərək cavabdehin abonent koduna 583,2 manat məbləğində itirilmiş qazın dəyəri vurulmuşdur. Cavabdehin abonent koduna vurulmuş məbləğlər istifadə etdiyi qazın və sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonent tərəfindən ödənilməlidir. Cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 224,9 manat borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 583,2 manat itirilmiş qazın dəyəri və 30,4 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, maddi imkanı olmadığından istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəyə bilməmiş və 224,9 manat qaz pulu borcu yaranmışdır. Borcunu hissə-hissə ödəyəcəkdir. Onun istifadəsində PQ-4 markalı qaz piltəsi, 1 ədəd radiator və 1 ədəd axınlı su qızdırıcı vardır. Evdə ağır xəstə olduğundan məcburiyyət qarşısında qalaraq sayğacdan əvvəl qaz xətinə qoşulmuş və bir neçə gün təbii qazdan bu formada istifadə etmişdir. Törətdiyi əməlinin məsuliyyətini dərk etməmişdir. Qaz idarəsinin əməkdaşları bu faktı xx xxxxxxx 2020-ci il tarixdə aşkar etmiş və müvafiq sənədləşmə apararaq dərhal qaz xəttini ləğv etmişlər. Nəzarətçi hər ayın sonunda onun istifadəsində olan sayğaca baxış keçirir. Sonuncu dəfə 2020-ci ilin sentyabr ayın sonunda nəzarətçi istifadəsində olan qaz sayğacına növbəti baxış keçirilmiş və heç bir qanun pozuntusu halı aşkar etməmişdir.O sayğacdan kənar bir neçə gün təbii qazdan istifadə etsə də və bu hal tərtib olunmuş sənədlərlə bir aydan az müddətə olduğu təsdiq olunsa da, Qaz İdarəsinin əməkdaşları müvafiq sənədləşdirmə işləri apararkən istifadəsində olan qaz avadanlıqlarının sayı və bu avadanlıqların qaz sərfiyyatı gücləri, qış fəsli olmamasını nəzərə almadan iki qaz avadanlığının iş rejimi 24 saat olmaqla 90 günə vuraraq 583 manat ziyan hesablamışlar. Hesab edir ki, həmin məbləğ şişirdilmiş olduğundan silinməlidir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin qismən – qaz pulu borcuna dair hissədə təmin olunmasını, dəymiş ziyan hissədə isə rədd edilməsini xahiş edir. Şahid ifadə verərək göstərdi ki, “İddiaçı” İB-nin X7 X2 Xidmət Sahəsində nəzarətçi çilingər işləyir. İdarə tərəfindən ona nömrələnərək qaytanlanmış smart sayğacların qeydiyyatı jurnalı verilmişdir. Xidmət göstərdiyi ərazidə yerləşən abonentlərin qaz sayğaclarına ayda bir dəfə baxış keçirir və sayğacların işçi vəziyyətinə nəzərat edərək qeydiyyat aparır. O cümlədən cavabdehin yaşadığı M.Orucov küçəsi mənzil 46 ünvanında olan qaz sayğacına da ayda bir dəfə baxış keçirmişdir. 2020-ci ilin sentyabr ayının sonunda da cavabdehin istifadəsində olan qaz sayğacına baxış keçirmiş və sayğacdan əvvəl qaz xəttinə qoşulma olmadığını müəyyən etmişdir. Cavabdehin qaz xəttinə qanunsuz qoşulması idarənin əməkdaşları tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə aşkar olunmuş və dərhal da qanunsuz qoşulma ləğv edilmişdir. Cavabdeh hər ay təxminən 40- 60 manat qaz sərfiyyatı üçün pul ödəyir. Bu da payız qış mövsümü üçün normal qaz sərfiyyatıdır. Əvvəllər cavabdeh tərəfindən qaz xətdinə qanunsuz qoşulma və sayğaca müdaxilə halları olmamışdır. Şahidlər X1 və X4 şahid Şahid ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. X7 İstismarı İdarəsi ilə cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını kefiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylacı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür . xx xxxxxxx 2020-ci il tarixli Qaz X2 Xidmət Sahəsinin əməkdaşları və cavabdehin iştirakı ilə tərtib olunmuş aktın surətindən görünür ki, İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən yeni mənzilə qeyri-qanuni qaz xətti quraşdırıldığı aşkar olunmuş və həmin gün xətt ləğv edilmişdir. Tərtib olunmuş aktı cavabdeh imzalamışdır. xx xxxxxxx 2020-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktının surətindən görünür ki, cavabdehə məxsus yaşayış sahəsinin qaz təsərrüfatında olan qaz sayğacına yerində baxış keçirilmişdir. Sayğac xx xxxxxx 2019-cu il tarixdə dövlət yoxlamasından keçirilmiş və xx xxxxxxxx 2019-cu il tarixə cavabdehə məxsus evin qaz xəttinə quraşdırılmışdır. Baxış zamanı abonentin istifadəsində PQ-4, axınlı su qızdırıcı və radiator olduğu müəyyən edilmişdir. “İddiaçı” İB-nin “Təbii X3nın pozulması haqqında” xx xxxxxxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, cavabdehin evinin qaz xəttinə baxış keçirilmiş, baxış zamanı qaz sayğacından kənar qeyri-qanuni qoşulma aşkar olunmuşdur. Tərtib olunmuş aktı abonent imzalamışdır. “İddiaçı” İB-nin Ağsu Regional X6nin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilmişdir. Dəymiş ziyanın həcmi abonentin istifdəsində olan PQ-4-ün və 1 ədəd qeyri-standart su qızdırıcısının iş rejimləri 24 saat və hesabat müddətləri 90 günə vurulmaqla hesabat aparılmış və itirilmiş qazın miqdarı 5832 kub metr müəyyən edilmişdir. Abonentdən həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. xx xxxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, cavabdehin **********00160 nömrəli abonent koduna 2020-ci ilin oktyabr ayının sonuna akt üzrə 583 manat 20 qəpik borc, təbi qazdan istifadəyə görə isə 224,9 manat borcu olduğu göstərilmişdir. xx xxxxxx 2020-ci il tarxli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir . Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdehin 2020ci ilin oktyabr ayının sonuna istifadə etdiyi təbii qaza görə 224,9 manat borcu yaranmışdır. Bundan əlavə xx xxxxxxx 2020-ci il tarixli Qaz X2 Xidmət Sahəsinin əməkdaşları tərəfindən cavabdehin yaşadığı İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən yeni mənzilə qeyri-qanuni qaz xətti quraşdırıldığı aşkar olunmuş və həmin gün xətt ləğv edilmişdir. Bu barədə cavabdehin iştirakı ilə akt tərtib olunmuş və cavabdeh aktı imzalamışdır. Cavabdehə məxsus sayğac xx xxxxxx 2019-cu il tarixdə dövlət yoxlamasından keçirilmiş və xx xxxxxxxx 2019-cu il tarixə cavabdehə məxsus evin qaz xəttinə quraşdırılmışdır. Baxış zamanı abonentin istifadəsində PQ-4, axınlı su qızdırıcı və radiator olduğu müəyyən edilmişdir. “İddiaçı” İB-nin Ağsu Regional X6nin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2020ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında dəymiş ziyanın həcmi abonentin istifdəsində olan PQ-4-ün və 1 ədəd qeyri-standart su qızdırıcısının iş rejimləri 24 saat və hesabat müddətləri 90 günə vurulmaqla hesabat aparılmış və itirilmiş qazın miqdarı 5832 kub metr müəyyən edilmişdir. Abonentdən həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. Cavabdehin **********00160 nömrəli abonent koduna 2020-ci ilin oktyabr ayının sonuna akt üzrə 583 manat 20 qəpik borc və təbi qazdan istifadəyə görə 224,9 manat borc vurulmuşdur. İddiaçının nümayəndəsi cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 224,9 manat borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 583,2 manat itirilmiş qazın dəyəri və 30 manat 40 qəpik ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh istifadə etdiyi təbii qaza görə yaranmış 224,9 manat borcunu ödəyəcəyini bildirərək həmin hissədə təmin olunmasına etiraz etmir.Lakin iddia tələbinin maddi ziyan hissəsi ilə razılaşmayaraq qaz idarəsinin əməkdaşları müvafiq sənədləşdirmə işləri apararkən onun bir neçə gün sayğacdan kənar qaz xəttindən istifadə etdiyi, həmin müddətin tərtib olunmuş sənədlərlə bir ay olduğunun təsdiq olunmasını, istifadəsində olan qaz avadanlıqlarının sayını və bu avadanlıqların qaz sərfiyyatı güclərini, qış fəsli olmamasını nəzərə almadan hesabat apardığından həmin hissədə iddia tələbini qəbul etmədiyini bildirir və iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. “X3”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Məhkəmə iddia tələbinin istifadə edilmiş təbii qaza görə yaranmış 224,9 manat borc tələbinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq cavabdeh istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının cavabdehdən 5832 kub metr itirilmiş təbii qazın dəyəri olan 583,2 manat məbləğində dəymiş ziyanın tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından və şahd kimi ifadə vermiş iddiaçı təşkilatın nümayəndələrinin ifadəlindən görünür ki, cavabdehin istifadəsində olan sayğaca xx.xx.2020 – ci il tarixdə baxış keçirilmiş, sayğacda və qaz xəttində heç bir nöqsan olmadığı müəyyən edilmişdir. Qaz xəttinə qanunsuz qoşulma isə xx.xx.2020 – ci il tarixdə aşkar olunmuş və dərhal da ləğv edilmişdir. Göründüyü kimi qaz xəttinə qanunsuz qoşulma 30 gün müddətində olmuşdur. İddiaçı tərəfindən dəymiş ziyan məbləği barədə hesabat abonentin istifdəsində olan PQ-4ün və 1 ədəd qeyri-standart su qızdırıcısının iş rejimləri 24 saat və hesabat müddətləri 90 günə vurulmaqla aparılaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən qanunsuz qoşulmanın bir ay müddətində olmasına baxmayaraq hansı əsasla qaz avadanlıqlarının iş rejimlərinin 24 saat və hesabat müddətlərinin 90 günə vurulmasını müəyyən etmək olmur. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, qanunsuz qoşulmaya görə cavabdehin istifadəsində olan qaz avadanlıqlarının iş rejimləri 24 saat olmaqla hesabat müddətlərinin 30 günə vurularaq dəymiş ziyan 194 manat məbləğində müəyyən edilməlidir. Ona görə də məhkəmə iddia tələbinin dəymiş ziyan tələbinə dair hissəsinin qismən – 194 manat məbləğində təmin olunmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 224 manat 90 qəpik borc, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə hesablanmış 194 manat itirilmiş qazın dəyəri və 20 manat dövlət rüsumu, cəmi 438 (dörd yüz otuz səkkiz) manat 90 (doxsan) qəpik məbləği alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar