Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-963/2024 11.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən hakim Hüseynov İlqar Vidayət oğlu, iddiaçı X1 cavabdeh İsmayıllı Rayon Polis Şöbəsinə qarşı “inzibati qərarın ləğvi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli qərarın, həmin qərar əsasında yazılmış İXP6235116 saylı protokolun ləğv edilməsi, Opel markalı avtomobilin sürücüsünə inzibati protokol tərtib edilməsi, onu təhqir və təhdid etdiyinə görə müstəntiq Lətifov İmranın cəzalandırılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan, geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və xahiş etdi hissəsindən görünür ki, Azad Manaflı 22 aprel 2024-cü il tarixli cinayət işi materiallarına xitam verilməsi barədə qərardan şikayət vermək istəmiş,lakin sözügedən tələbi iddia ərizəsi formasında tərtib edərək məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırki tələbə məhkəmə nəzarəti qaydasında baxılmalı və ərizə qərardan şikayət formasında tərtib edilməli olduğu halda, iddia ərizəsi formasında verilmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1,152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə verildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Habelə, iddia qaldırılarkən iddiaçı X2 tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsində göstərilmişdir ki, iddiaçı tərəfindən müəyyən olunmuş məbləğdə və qaydada dövlət rüsumu ödənilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Belə hesab edirəm ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikası MPM-in 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməklə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı X1 cavabdeh İsmayıllı Rayon Polis Şöbəsinə qarşı “inzibati qərarın ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizə ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardadın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-963/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-963/2024
11.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver