Məhkəmə qərarları › İş №2(037)-98/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-98/2021

22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-98/2021 22.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, "İddiaçı" X1 Rəşid Hörmət oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası, Cavabdeh "İddiaçı" İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "İddiaçı" İstehsalat Birliyi iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 302,4 manat itirilmiş qazın dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “İddiaçı” İstehsalat Birliyi tərəfindən **********00120 nömrəli abonent koduna vurulmuş 3024 kub metr təbii qazın dəyəri 302,4 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia tələbini müdaiə etdiyini, qarşılıqlı iddia tələbinin isə qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə “İddiaçı” İB-nin X14 X7 Xidmət Sahəsinin əməkdaşları tərəfindən Cavabdeh İsmayıllı şəhərində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacına baxış keçirilmişdir. Qaz sayğacının hesablama mexanizminin qapağı gövdədən aralandığı aşkar olunmuş və sayğac növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akt Cavabdeh tərəfindən imzalanmışdır. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamasından keçirilmiş və tərtib edilmiş akta əsasən sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların kənar təsir nəticəsində öz oxundan çıxdığı aşkar olunmuş və sayğac istismara yararsız hesab edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii X8nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Akta əsasən həmin tarixdə qərar qəbul edilərək 3024 kub.metr itirilmiş qazın dəyəri 302,4 manat məbləği hesablanaraq Cavabdeh abonent bazasındakı koduna vurulmuşdur. Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 302,4 manat itirilmiş qazın dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və qarşılıqlı iddia ərizəsi verərək izahatında göstərdi ki, o, xx xxxxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayaraq X4 və ailə üzvlərinə məxsus fərdi yaşayış evini satın almışdır. Fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir. “İddiaçı” İB-nin tabeçiliyində olan Ağsu Regional X9 əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş aktı o, imzalamışdır. Bir müddət sonra “İddiaçı” İstahesalat Birliyi tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və yoxlama zamanı sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların kənar təsir nəticəsində öz oxundan çıxdığı aşkar olunmuş, istismara yararsız hesab edilmişdir. Ona görə də xx xxxxxx 2018-ci il tarixdə “Təbii X8nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 3024 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. Tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Hesab edir ki, “İddiaçı” İB tərəfindən itirilmiş təbii qazın dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. xx xxxx 2019-cu il tarixdə ona təqdim edilən bildiriş-xəbərdarlıqda onun 0,20 manat qaz pulu borcu qaldığı qeyd olunmuşdur. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. X9 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəyir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. İddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin olunaraq abonent koduna vurulmuş 302,4 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. xx xxxxxxxx 2018-ci il tarixli ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən grünür ki, X2, X3, X5 və X6 mülkiyyətlərində olan İsmayıllı şəhəri Əkrəm Cəfər küçəsi ev 15 ünvanında yerləşən fərdi yaşayış evini cavabdeh almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli ******* saylı Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri Əkrəm Cəfər küçəsi 15 saylı ev mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmışdır. “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh İsmayıllı rayonun Brovdal kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X8na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı abonent imzalamışdır. “İddiaçı” İB-nin “Təbii X8nın pozulması haqqında” xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd axınlı su qızdırıcı və 1 ədəd radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin Ağsu Regional X9 əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 3024 kub metr müəyyən edilmiş və sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. xx xxxx 2019-cu il tarili bildiriş-xəbərdarlıqdan görünür ki, xx xxxx 2019-cu il tarixə cavabdehin 0,20 manat borcu qaldığı göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2018-ci ilin dekabr ayının sonuna Cavabdeh **********00120 nömrəli abonent koduna akt üzrə 302,4 manat borc vurulmuşdur. xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “İddiaçı” İB-nin əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X8na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı abonent imzalamışdır. Cavabdeh yaşadığı evin qaz xəttindən açılmış sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların kənar təsir nəticəsində öz oxundan çıxdığı aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii X8nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “İddiaçı” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı abonent imzalamaqdan imtina etmişdir. “İddiaçı” İB-nin Ağsu Regional X9 əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Cavabdeh yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 3024 kub metr müəyyən edilmişdir. Cavabdeh 3024 kub.metr itirilmiş təbii qazın və sayğacın dəyərinin ödənilməsi tələb olunmuşdur. “İddiaçı” İstehsalat Birliyi iddia tələbinin təmin olunaraq Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 3024 kub metr itirilmiş qazın 302,4 manat dəyərinin və 30,4 manat dövlət rüsumu məbləğinin alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinin rədd edilməsini, qaz sayğacına özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilmədiyini, sayğacın zədələnməsi barədə heç bir məlumatının olmadığını, X9 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən azı ayda bir dəfə baxış keçirilərkən sayğacda hər hansı zədə, əzik aşkar olunmadığını, qaz sayğacının həyət qapısından çöldə yerləşdiyi üçün işçi vəziyyətinə nəzarət etməsinin mümkün olmadığını göstərərək “İddiaçı” İstehsalat Birliyi tərəfindən **********00120 nömrəli abonent koduna vurulmuş 3024 kub metr təbii qazın dəyəri 302,4 manat debitor borcun silinməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş edir. “X8”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə “İddiaçı” İstehsalat Birliyi tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, abonentin istifadəsində olan qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən abonentin yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca “İddiaçı” İstehsalat Birliyinin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə Cavabdeh məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 3024 kub metr miqdarında, yəni 302,4 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, “İddiaçı” İB tərəfindən Cavabdeh hesabına işlənmiş 3024 kub metr itirilmiş təbii qazın dəyəri 302,4 manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1 və 8.1.2-ci maddələrinə əsasən məhkəməyə verilən iddia ərizəsinə görə iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilmiş və qarşılıqlı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumlarına münasibət bildirərək məhkəmə qeyd edir ki, ilkin iddia tələbi rədd edildiyindən “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı qarşılıqlı iddia tələbi üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilməli olan 20 manat dövlət rüsumu ilə əvəzlənməli, ödənilmiş 10 manat dövlət rüsumu isə özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Cavabdeh qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 302,4 manat itirilmiş qazın dəyərinin və 30,4 manat dövlət rüsumunun alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh **********00120 nömrəli abonent koduna vurulmuş 3024 kub metr təbii qazın dəyəri 302 (üç yüz iki) manat 40 (qırx) qəpik debitor borc məbləği silinsin. “İddiaçı” İstehsalat Birliyi tərəfindən ilkin iddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə “İddiaçı” İstehsalat Birliyi tərəfindən ödənilməli olan 20 (iyirmi) manat dövlət rüsumu ilə əvəzlənsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar