Məhkəmə qərarları › İş №2(037)-983/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-983/2021

05.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-983/2021 05.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 05 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 592,34 manat maddi ziyan məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh meşə fondu ərazisində qanunsuz olaraq müxtəlif ölçülərdə, müxtəlif cinsdən olan 39 sayda ağac kəsmişdir. Bu barədə mərkəzin əmakdaşları 12 avqust 2021ci il tarixli akt tərtib edərək meşə fonduna 592,34 manat maddi ziyan vurulduğunu müəyyən etmişlər. Dəymiş ziyanın ödənilməsi cavabdehdən tələb olunsa da o ziyan məbləğini ödəməmişdir. Ona görə də məhkəməyə müraciət olunmuşdur. Cavabdehdən 592,34 manat maddi ziyan məbləğinin alınaraq Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, həmkəndlisinə məxsus pay torpaq sahəsinin ətrafında yerləşən xırda gövdəli ağacları həmin torpaq sahəsinin sahibinin icazəsi ilə kəsmişdir. Həmin ağacların meşə fonduna aid olduğunu bilməmişdir. Meşə mühafizəsinin əməkdaşları tərəfindən araşdırma aparılarkən tərtib olunmuş qiymət cədvəli şişirdilmişdir. O, cədvəldə qeyd olunan miqdarda və sayda ağac kəsməmişdir. İddia tələbinin rədd olunmasını xahiş edir. 12 avqust 2021-ci il tarixli 64868 nömrəli aktın və həmin akta əlavə edilmiş həcm qiymət cədvəlinin surətlərindən müəyyən edilir ki, 12 avqust 2021-ci il tarixdə Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin əməkdaşı tərəfindən araşdırılma aparılan zaman cavabdeh tərəfindən diametri 12 sm olan 1 ədəd, diametri 16 sm olan 5 ədəd, diametri 24 sm olan 4 ədəd, diametri 28 sm olan 6 ədəd, diametri 32 sm olan 2 ədəd, diametri 48 sm olan 1 ədəd, cəmi 19 ədəd palıd, diametri 8 sm olan 4 ədəd, diametri 12 sm olan 5 ədəd, diametri 16 sm olan 2 ədəd, diametri 20 sm olan 2 ədəd, diametri 24 sm olan 4 ədəd, diametri 32 sm olan 2 ədəd, diametri 40 sm olan 1 ədəd, cəmi 20 ədəd vələs cinsindən olmaqla ümumilikdə 39 ədəd ağaclar kəsildiyi aşkar olunmuşdur. Maddi ziyan məbləği hesablanaraq 592,34 manat olduğu müəyyən edilmişdir. 12 avqust 2021-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolun surətindən görünür ki, cavabdehin İXM-253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmişdir. 30 avqust 2021-ci il tarixli MN ******* №-li İnzibati xəta haqqında qərarın surətindən görünür ki, cavabdeh İXM-253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə аraşdırması ilə müəyyən edildi ki, 12 avqust 2021-ci il tarixdə Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin əməkdaşı tərəfindən araşdırılma aparılan zaman cavabdeh tərəfindən diametri 12 sm olan 1 ədəd, diametri 16 sm olan 5 ədəd, diametri 24 sm olan 4 ədəd, diametri 28 sm olan 6 ədəd, diametri 32 sm olan 2 ədəd, diametri 48 sm olan 1 ədəd, cəmi 19 ədəd palıd, diametri 8 sm olan 4 ədəd, diametri 12 sm olan 5 ədəd, diametri 16 sm olan 2 ədəd, diametri 20 sm olan 2 ədəd, diametri 24 sm olan 4 ədəd, diametri 32 sm olan 2 ədəd, diametri 40 sm olan 1 ədəd, cəmi 20 ədəd vələs cinsindən olmaqla ümumilikdə 39 ədəd ağaclar kəsilmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində təbiətə cəmi 592,34 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. Törətdiyi əmələ görə cavabdeh AR İXM 253.1-ci maddəsi ilə təqsirli bilinərək 30 avqust 2021-ci il tarixli qərarla 700 manat məbləğində inzibati cərimə olunmuşdur. İddiaçı təşkilatın əmakdaşları tərəfindən tərtib edilmiş akt və həmin akta əlavə edilmiş həcm qiymət cədvəlinə uyğun olaraq hesablanmış maddi ziyan məbləğini cavabdeh ödəməmişdir. İddiaçı cavabdehdən 592,34 manat maddi ziyan məbləğinin alınaraq Şamaxı Regı̇ onal Meşə Təsərrüfatı Mərkəzı̇ nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh kəsdiyi ağacların meşə fonduna aid olmayan ərazidən olduğunu bildirərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Həmin Qanunun 79-cu maddəsinin 4-cü bəndinə əsasən ətraf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər, onların təqsiri müəyyən edildikdə ətraf mühitə vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi cavabdeh meşə fondunun kənarından müxtəlif cinsli ağacları kəsdiyini etiraf edir və həmin ağacların meşə fonduna aid olmayan ərazidən olduğunu əsas gətirərək iddia tələbini qəbul etmir. Məhkəmə cavabdehin izahatını onun məsuliyyətdən yayınmaq məqsədi ilə verməsi kimi qiymətləndirir. Qeyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehin meşə fondu ərazisində qanunsuz olaraq ağac kəsməsi nəticəsində təbiətə 592 (beş yüz doxsan iki) manat 34 (otuz dörd) qəpik maddi ziyan dəydiyi sübuta yetirildiyinə görə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 592 (beş yüz doxsan iki) manat 34 (otuz dörd) qəpik maddi ziyan məbləği alınaraq iddiaçı X3 Təsərrüfatı Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar