Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-14/2023 06.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Tahir Binyatali oğlunun katibliyi ilə. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh 1357.14 manat sığorta ödənişi, dövlət rüsumuna ödənilmiş 34 manat, cəmi 1391.14 manat subroqasiya qaydasında pul tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “London Taxi TX-4” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Cherry Tiggo” markalı ** TT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “Cherry Tiggo” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Cherry Tggo” markalı ** TT *** qeydiyyat nişanlı avtomobilə 6000 AZN (altı min manat) ziyan dəymişdir. **********3 saylı sığorta müqaviləsinin 088381 saylı sığorta aktına əsasən İddiaçı ASC Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Cherry Tiggo” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 6000 (altı min manat) AZN məbləğində ödəniş həyata keçirilmişdir. "xxxx" ASC “London Taxi TX-4” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta şirkəti olaraq subroqasiya qaydasında dəymiş zərərin 4642.86 AZN (dörd min altı yüz qırx iki manat səksən altı qəpik) ödənişi İddiaçı Sığorta Şirkəti ASC-yə ödəmişdir. Yekun olaraq Cavabdeh tərəfindən ödənilməli olan məbləğ 1357.14 AZN təşkil edir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarında öz əksini tapmışdır. Odur ki, İddiaçı Sığorta Şirkəti ASC qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində 1357.14 AZN məbləğində dəymiş ziyanın cavabdehdən tutulmasını tələb edir. İddiaçı Sığorta Şirkəti ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçı tərəfin iştrakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan 088381 saylı, 15 sentyabr 2020-ci il tarixli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC X2 xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 6000 manat sığorta ödənişi təyin etmişdir. **********3 saylı sığorta müqaviləsinin 088381 saylı sığorta aktına əsasən İddiaçı ASC Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Cherry Tiggo” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 6000 (altı min manat) AZN məbləğində ödəniş həyata keçirilmişdir. "xxxx" ASC “London Taxi TX-4” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta şirkəti olaraq subroqasiya qaydasında dəymiş zərərin 4642.86 AZN (dörd min altı yüz qırx iki manat səksən altı qəpik) ödənişi İddiaçı Sığorta Şirkəti ASC-yə ödəmişdir. Yekun olaraq Cavabdeh tərəfindən ödənilməli olan məbləğ 1357.14 AZN (bir min üç yüz əlli eddi manat on dörd qəpik) təşkil edir. İşdə olan ödəniş tapşırığından və ödəniş tağşırığına əlavə edilmiş cədvəldən görünür ki, İddiaçı ASC tərəfindən X2 6000 manat sığorta ödənişi ödənilmişdir. xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol yazılmışdır. xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan pretenziyanın surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh sığorta məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılması üçün ümumlikdə 34 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Cherry Tggo” markalı ** TT *** qeydiyyat nişanlı avtomobilə 6500 AZN (altı min manat) ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 may 2023-cü il tarixli, 9/1374 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatda və fiziki şəxs X4 tərəfindən tərtib edilmiş aktda olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Chery Tiggo” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5701,0 manat müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşdə olan sübutlara əsasən və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “London Taxi TX-4” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Cherry Tiggo” markalı ** TT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “Cherry Tiggo” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Cherry Tggo” markalı ** TT *** qeydiyyat nişanlı avtomobilə 6000 AZN (altı min manat) ziyan dəymişdir. **********3 saylı sığorta müqaviləsinin 088381 saylı sığorta aktına əsasən İddiaçı ASC Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Cherry Tiggo” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 6000 (altı min manat) AZN məbləğində ödəniş həyata keçirilmişdir. "xxxx" ASC “London Taxi TX-4” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta şirkəti olaraq subroqasiya qaydasında dəymiş zərərin 4642.86 AZN (dörd min altı yüz qırx iki manat səksən altı qəpik) ödənişi İddiaçı Sığorta Şirkəti ASC-yə ödəmiş, qalan 1357.14 AZN (bir min üç yüz əlli eddi manat on dörd qəpik) sığorta borcu Cavabdeh tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1. və 936.2.-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.6.-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələblərinə görə, delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanunu əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdeh X3 hərəkətləri ilə dəymiş ziyan arasında səbəbli əlaqənin olması öz təsdiqini tapır. Ona görə də iddiaçı tərəf subroqasiya qaydasında pul tələbində haqlı hesab olunmalıdır. Məhkəmə ödənilməli olan pul məbləğini müzakirə edərək qeyd edir ki, məhkəməəmtəəşünaslıq ekspertizasının 17 may 2023-cü il tarixli, 9/1374 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatda və fiziki şəxs X4 tərəfindən tərtib edilmiş aktda olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Chery Tiggo” markalı, ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5701,0 manat müəyyən edilmişdir. Belə olan halda, tələb həmin ziyan məbləğinə uyğun hesablanmalıdır. İş materiallarında görünür ki, "xxxx" ASC “London Taxi TX-4” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta şirkəti olaraq subroqasiya qaydasında dəymiş zərərin 4642.86 AZN (dörd min altı yüz qırx iki manat səksən altı qəpik) ödənişi İddiaçı Sığorta Şirkəti ASC-yə ödəmişdir. Belə olan halda 5701- 4642,86=1058,14 manat həddində iddia təmin olunmalıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq X1, KOD 210005, VÖEN **********, Müxbir Hesab: AZ41NABZ********************, SWİFT: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, Büdcə səviyyəsinin kodu: 3, Büdcə təsnifatının kodu: 142595 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1058.14 manat sığorta ödənişi, dövlət rüsumuna ödənilmiş 34 manat, cəmi 1092.14 manat tutularaq İddiaçı Sığorta Şirkət ASC-nin hesabına köçürülsün. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq X1, KOD 210005, VÖEN **********, Müxbir Hesab: AZ41NABZ********************, SWİFT: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, Büdcə səviyyəsinin kodu: 3, Büdcə təsnifatının kodu: 142595 hesabına köçürülsün. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(038)-14/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-14/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver