Məhkəmə qərarları › İş №2(038)-176/2023

Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-176/2023

24.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-176/2023 24.02.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Mən Yardımlı rayon məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə, həmçinin üçüncü şəxslər Cavabdeh MMC və YeloBank ASC-yə qarşı Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin qərarı əsasında yenidən qiymətləndirilmə barədə qərarının etibarsız hesab edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi barədə iddia ərizəsinə baxaraq Müəyyən etdim: İddiaçı cavabdeh Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə, həmçinin üçüncü şəxslər Cavabdeh MMC və YeloBank ASC-yə qarşı Yardımlı rayon Məhkəməsinə iddia ərizəsi göndərərək Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin qərarı əsasında yenidən qiymətləndirilmə barədə qərarının etibarsız hesab edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş iddia ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən, həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlarar adan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, qeyd edilənlərə əsasən hesab edirəm ki, İddiaçı cavabdeh Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə, həmçinin üçüncü şəxslər Cavabdeh MMC və YeloBank ASC-yə qarşı Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin qərarı əsasında yenidən qiymətləndirilmə barədə qərarının etibarsız hesab edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi barədə iddia ərizəsi MPM-nin 152-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq Qərara aldım : İddiaçı cavabdeh Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə, həmçinin üçüncü şəxslər Cavabdeh MMC və YeloBank ASC-yə qarşı Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin qiymətləndirilmə barədə qərarının etibarsız hesab edilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməsi barədə iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlarar adan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yardıml ıRayon Məhkəməsinə şikayət veriləbilər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar