Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-185/2023 09.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2 Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi K4 katibliyi ilə. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdəcəsinə 528,74 manat məbləğində ( o cümlədən, vergilər üzrə 313.85 manat ,faizlər üzrə 114,89 manat, maliyyə sanksiyası üzrə 100 manat) İcbari Tibbi Sığorta Fonduna olan 145.54 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1899.78 manat, İşsizlikdən sığorta fonduna olan 181.33 manat, ümumilikdə 2755.39 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix -xx xxxxxx 1994-cü il, doğulduğu yer-Azərbaycan, Yardımlı rayonun Mirimli kəndi Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Yardımlı rayonunun Ərus Bələdiyyəsinin (VÖEN **********) ( o cümlədən, vergilər üzrə 313.85 manat ,faizlər üzrə 114,89 manat, maliyyə sanksiyası üzrə 100 manat) İcbari Tibbi Sığorta Fonduna olan 145.54 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1899.78 manat, İşsizlikdən sığorta fonduna olan 181.33 olmaqla, ümumilikdə 2755.39 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyəcisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********328200, xx.xx.2022-ci il tarixli **********287800, xx.xx.2022-ci il tarixli **********692500, xx.xx.2022-ci il tarixli **********677000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin ərizəçinin nümayəndəsi məhkəməyə ərizə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs hüquqi şəxs Yardımlı rayonunun Ərus Bələdiyyəsinin sədri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-7.2.-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan hüquai şəxs haqqında məlumatdan görünür ki, hüquqi ünvanı ünvanı Yardımlı rayonunun Mirimli kəndində qeydiyyatda olan Qarayev X1 rayonunun Ərus Bələdiyyəsinin sədridir. İşə əlavə edilmiş elektron sənəd mübadiləsi haqqında müqavilədən görünür ki, Maraqlı şəxs ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi arasında elektron sənəd mübadiləsi barədə müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixli **********328200, xx.xx.2022-ci il tarixli **********287800, xx.xx.2022-ci il tarixli **********692500, xx.xx.2022-ci il tarixli **********677000 nömrəli bildirişlərdən görünür ki, Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyəcisi Yardımlı rayonunun Bürzünbül Bələdiyyəsinə xəbərdarlıq edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Yardımlı rayonunun Ərus Bələdiyyəsi (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsinin ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə olan ümumilikdə 2755.39 manat, dövlət büdəcəsinə 528,74 manat məbləğində (o cümlədən, vergilər üzrə 313.85 manat ,faizlər üzrə 114,89 manat, maliyyə sanksiyası üzrə 100 manat) İcbari Tibbi Sığorta Fonduna olan 145.54 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1899.78 manat, İşsizlikdən sığorta fonduna olan 181.33 manat məbləğində,. ümumilikdə 2755.39 manat vergi borcu vardır. Ona görə də Azərbaycan Respublikası MPM-in 355-5.1. və 355-7.3.-cü maddələrinə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinı əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin əsasən Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. (maddə 355-5.2) Vergi Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. (maddə 16.1.1) Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. (maddə 77.1) Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. (maddə 78.1) Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. (maddə 23.1.15-3) Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Maraqlı şəxs ölkədən getmək hüququ müvvəqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-1.12., 355-6, 355-7 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Dövlət büdəcəsinə 528,74 manat məbləğində ( o cümlədən, vergilər üzrə 313.85 manat, faizlər üzrə 114,89 manat, maliyyə sanksiyası üzrə 100 manat) İcbari Tibbi Sığorta Fonduna olan 145.54 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1899.78 manat, İşsizlikdən sığorta fonduna olan 181.33 manat, ümumilikdə 2755.39 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxs Yardımlı rayonunun Ərus sədri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: X2
Məhkəmə qərarları › İş №2(038)-185/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-185/2023
09.03.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver