Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-186/2025 06.03.2025 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X24 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, cavabdeh Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra mətndə 6 saylı ƏVBİ) «Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə verərək, Yardımlı rayon Ostayir bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 78,6 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1921,51 manat, işsizlikdən sığorta fonduna olan 161,7 manat, İcbari Tibbi Sığorta Fonduna olan 359 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxx 1965-ci il, Doğulduğu yer - Azərbaycan, Yardımlı; ostayır kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixdə imzalanmış, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Yardımlı rayonun ostayır Bələdiyyəsinin (VÖEN: **********) dövlət büdcəsinə 78,6 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 78,6 manat), Dövlət Sosial Müdafiə Fonduna 1921,51 manat, İcbari Tibbi Sığorta Fonduna 359 manat, İşsizlikdən sığorta fonduna 161,7 manat olmaqla, ümumilikdə 2520,81 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********881000, xx.xx.2024-cü il tarixli **********851300, xx.xx.2024-cü il tarixli **********818200, xx.xx.2024-cü il tarixli **********819900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirmişdir ki, ərizənin mahiyəti ona aydındır, o əvvəllər Yardımlı rayonu, Ostayir bələdiyəsinin sədri vəzifəsində işləmişdir. Bələdiyyənin sədri işlədiyi vaxt 1 işçisi olmuş, 5-6 aydan bir əmək haqqı verilirdi, imkansız ailə idi. O, işləməmişdən əvvəl də bələdiyyənin vergi borcları olub və həmin borclar üstüstə yığılmışdır. Vergi yığmaq hər yerdə çətin olduğu kimi onlarda da çətin olmuşdur, sonradan bələdiyyə birləşdirilməsi ilə bağlı işdən çıxmışdır. Sonradan Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş qanunla bələdiyyələr birləşdirildi və Ostayir bələdiyyəsi Yardımlı şəhər bələdiyyəsinə birləşməklə yeni bələdiyyə yaradıldı. Sonradan 2025-ci ilin yanvar ayında ölkədə yeni bələdiyyə seçkiləri keçirildi. O hazırda Yardımlı bələdiyyəsinin üzvü olsa da, bələdiyyə sədri kimi fəaliyyət göstərmir. Bununla bağlı Yardımlı bələdiyyəsinin iclas prokolundan çıxarışı da məhkəməyə təqdim etmişdir. Hazırda xəstədir, xarici ölkəyə müalicəyə gedəcəkdir, odurki ərizənin rədd edilməsini xaiş edir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 355-7.2-ci maddəsinə görə məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə MPM-nin 355-7.2.-ci maddəsinə əsasən ərizəyə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Hüquqi şəxs haqqında məlumatdan görünür ki, Yardımlı rayonu, Ostayır kəndində qeydiyyatda olan X1 rayonunun Ostayır Bələdiyyəsinin sədridir. Elektron sənəd mübadiləsi haqqında müqavilədən görünür ki, X15 ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi arasında elektron sənəd mübadiləsi barədə müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli **********881000, xx.xx.2024-cü il tarixli **********851300, xx.xx.2024-cü il tarixli **********818200, xx.xx.2024-cü il tarixli **********819900 nömrəli bildirişlərdən görünür ki, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyəcisi Yardımlı rayonunun Porsova Bələdiyyəsinə xəbərdarlıq edilmişdir. Azərbaycan Republikası Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindəki məlumatından görünür ki, Yardımlı rayon bələdiyyəsinə üzv kimi X11, X5, X6, X16, X23, X17, X2, X10, X12, X18, X13, X9, Maraqlı şəxs seçilmişdir. Yardımlı rayon bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 1 №-li protokolundan görünür ki, X11 həmin bələdiyyənin sədri seçilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Azərbaycan Respublikası Yardımlı rayonun ostayır Bələdiyyəsinin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 78,6 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 78,6 manat), Dövlət Sosial Müdafiə Fonduna 1921,51 manat, İcbari Tibbi Sığorta Fonduna 359 manat, İşsizlikdən sığorta fonduna 161,7 manat olmaqla, ümumilikdə 2520,81 manat borcu vardır. Ərizəçi vergi borcu olan Yardımlı rayonu Ostayir bələdiyyəsinin icra orqanının rəhbərinin öklədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmə qaydasında tələb edir. TƏTBİQ EDİLƏN MADDİ VƏ PROSESSUAL HÜQUQ NORMALARİ: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinı əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. MPM-nin: 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-6. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-7.5. Qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. «Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında» Azərbaycan Respublikası xx.xx.2024-cü il tarixli Qanununun 52.4-cü maddəsinə əsasən Bozayran, Köryədi, Ostayır və Yardımlı bələdiyyələrinin əhatə etdiyi Yardımlı şəhərində və Bozayran, Dəlləkli, Dəryavar, Köryədi, Qabaqdibi, Mişkireyn, Osnakəran, Ostayır, Vəlixanlı kəndlərində yeni Yardımlı bələdiyyəsi yaradılmışdır. (qanun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytında xx.xx.2024-cü il tarixdə dərc edilmişdir). Azərbaycan Republikası Mərkəzi Seçki Komissiyasının xx.xx.2024-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Müəyyən edilmiş vergi borclarını ödəməyən vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qaydası MPM-nin 40-2-ci fəslində nəzərdə tutulmuş qaydada tənzimlənir. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında qanunvericiyin məqsədi vergi borclarını ödəməyən hüquqi şəxsə müvafiq borcların ödənilməsi üçün təsir tədbirlərinin görülməsidir. Lakin hazırki işin hallarından isə müəyyən edilir ki, 6 saylı ƏVBİ tərəfindən ərizə imzalandığı vaxt, yəni xx.xx.2024-cü il tarixdə icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb edilən vergi ödəyicisi - Yardımlı rayon Ostayir bələdiyyəsi mövcud olsa da, sonradan bələdiyyələrin birləşdirilməsi yolu ilə xx.xx.2024-cü il tarixdə həmin bələdiyyə Yardımlı rayon bələdiyyəsinə birləşdirilmişdir. Daha sonra isə xx.xx.2025ci il tarixdə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri keçirilmişdir. Ərizə məhkəməyə daxil olan vaxtı artıq Yardımlı rayon Ostayir bələdiyyəsi mövcud olmamış, maraqlı şəxs X4 isə həmin bələdiyyənin sədri deyil, Yardımlı bələdiyyəsinin üzvü olmuşdur. Göründüyü kimi məhkəmədə işə baxılan zaman nə X4 vergi ödəyicisinin icra qurumunun rəhbəri olmamışdır. Belə olan halda X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunvericiliyin yuxarıda qeyd olunan məqsədilə nail olmağa imkan vermir. Digər tərəfdən ərizəçi 6 saylı ƏVBİ-yə keçirilmiş bələdiyə seçkilərindən sorna Yardımlı rayon, Ostayir bələdiyyəsinin «hüquqi şəxs haqqında məlumat» cədvəlinin yenilənmiş formasının məhkəməyə təqdim edilməsi bildirilsə də, sonuncu məhkəməyə bu barədə hər hansı məlumat verməmişdir. Bundan başqa ərizəçi özü şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəni xx.xx.2024-cü il tarixdə tərtib etsə də, həmin ərizəni məhkəməyə 6 aydan sonra məhkəməyə vermişdir. Bu da məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, ərizəçi özü vergi borclarının effektiv ödənilməsinin təmin edilməsinə yönələn təsir tədbirlərinin tətbiq edilməsinə formal yanaşmışdır. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, ərizəyə baxılan zaman icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb edilən vergi ödəyicisi - Yardımlı rayon Ostayir bələdiyyəsi mövcud olmadığından, habelə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb olunan maraqlı şəxs də hər hansı hüquqi şəxsin icra orqanının rəhbəri olmadığından ərizəçi 6 saylı ƏVBİ-nin «Yardımlı rayon Ostayir bələdiyyəsinin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 305-1.12., 355-5, 355-6, 355-7 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin «Yardımlı rayon Ostayir bələdiyyəsinin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X28
Məhkəmə qərarları › İş №2(038)-186/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-186/2025
06.03.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver